Аббас Сиххат

Yay səhəri


Скачать книгу

xaliq qızıl yaratmış,

      Camedir hər cürə lətafətləri,

      Tamam etmiş həqq80 onda nemətləri.

      Gözəl torpaq, gözəl ölkə, gözəl yer!

      Dünya üzrə bimislü bibədəl yer!

      Bu cür gözəl məmləkəti kim sevməz?

      Bunca firavan neməti kim sevməz?

      Mən vətəni canım kimi sevərəm,

      Ruhum, ətim, qanım kimi sevərəm.

      MƏKTƏB UŞAĞI

      İştə bir ayineyi-süni81 xuda,

      İştə, bir dahiyeyi-əqlü zəka.

      İşdə bir tifləki-məsumsifat,

      İştə, bir kudəki82-şirinhərəkat.

      Olmuş elmü ədəbə çox mail,

      Bir zaman dərsdən olmaz qafil.

      Hər sabah uykudan olcaq bidar.

      Dərsi-duşinəsin eylər təkrar.

      Geyinib məktəbinin formasını,

      Zivəri-duş eləyir çantasını.

      İstəyir yaxşı bilə elmi-hesab,

      Cəhd edir öyrənə tarixi-kitab.

      Gecə-gündüz çalışır mərdanə,

      İstəyir sibqət83 edə əqranə84.

      Bütün əfalı85 təalipərvər86.

      Bütün amalı məaliküstər,

      Könlünün arizuyi-yektası

      Vətənü millətinin əhyası.

      Fikrü zikri bütün əhraranə87,

      Lövheyi-sinəsi məsumanə.

      Zehni ayineyi-rövşən kimi saf,

      Çeşmeyi-abi-bəqa tək şəffaf.

      A çocuq! Ey şərəfəfzayi-vətən,

      Ey güli-gülşəni-rənayi-vətən!

      Sən əzizi-vətənü millətsən,

      Səməri88-nəxleyi-ülviyyətsən.

      Oxu, ey bülbüli-şeydayi-vətən!

      Ta sənə fəxr edə əbnayi89-vətən.

      Nəğəmatında var asari-nicat,

      Oxu, ey bülbüli-şirinnəğəmat.

      ANA VƏ OĞUL

      Hər sabah gün ki saçar aləmə nur,

      Danədən ötrü uçar cümlə tüyur90,

      Quşlar ol dadlı civiltilə oxur.

      Aç gözün uyğudan, ey tifli-qəyur91.

      Yatma bu payədə rahət, a çocuq!

      Etmə tənbəlliyi adət, a çocuq!

      Gün çıxıb dağü daşa nur səpər,

      Hamı dünyada çalışmağı sevər,

      Hərə bir səmtə gedər əhli-hünər.

      Ana övladına şəfqətlə deyər:

      – Yatma bu payədə rahət, a çocuq!

      Etmə tənbəlliyi adət, a çocuq!

      Yanaşar bəstəri92-ətfala ana,

      Uyqudan yavrusu istər oyana,

      Əyilər ta üzü-üzə dayana,

      Çox yavaşca söyləyər onda ona:

      – Yatma bu payədə rahət, a çocuq!

      Etmə tənbəlliyi adət, a çocuq!

      O gözəl, sevməli, ol nurlu bəbək,

      Uyqusundan oyanar əsnəyərək,

      Didə məxmur93, özü misli-mələk,

      Madəri94 onda edər böylə dilək:

      – Yatma bu payədə rahət, a çocuq!

      Etmə tənbəlliyi adət, a çocuq!

      Ayıl, oğlum, bu qədər eyləmə xab95,

      Dur götür qoltuğuna indi kitab.

      Məktəbin vaxtı keçir, eylə şitab96,

      Cəhd elə, elm oxu həngami-şəbab97,

      Yatma bu payədə rahət, a çocuq!

      Etmə tənbəlliyi adət, a çocuq!

      CÜCƏLƏR

      Cücələrim birər-birər,

      Suyu görüb yavuq98 gələr,

      İçər, gedər eşələnər.

      Yeyər, içər cücələrim,

      Doyub qaçar cücələrim.

      Cücələrim lümək-lümək99,

      Qanadları gödək-gödək,

      Yem axtarar, tapar yemək,

      Yeyər, içər cücələrim,

      Doyub qaçar cücələrim.

      Gecə dönəndə gündüzə

      Cücələrim gəzə-gəzə,

      Səhər hindən qaçar düzə.

      Yeyər, içər cücələrim,

      Doyub qaçar cücələrim.

      Cücələrim bəzəklidir,

      Bəzəklidir, düzəklidir,

      Sarı, çil-çil, hər rənglidir.

      Yeyər, içər cücələrim,

      Doyub qaçar cücələrim.

      QARI VƏ QULLUQÇULARI

      Bir qarının bir xoruzu var idi,

      Hər gün obaşdandan o banlar idi.

      Sübh çox ertə oyanardı qarı,

      Durğuzar idi hamı xidmətkarı.

      İnciyib axırda o qulluqçular,

      O xoruzu öldürübən atdılar,

      Ta ki kəsilsin səsi, asudəcə,

      Bəlkə,