Vahid Çəmənli

Dəli Çəmənli


Скачать книгу

yaxşı saz çalıb-oxumağı varmış. Səsini eşitmək mənə qismət olmadı. Mən onda balaca idim. Sənin haqqında babamın danışdıqlarından bilirdim ki, sənin hələ çox kiçik yaşlarından saza, sözə həvəsin olub. Babam deyirdi ki, hər səhər sazı simləyib, kökləyib, qoyub işə gedirdim, axşam gələndə baxırdım ki, sazda sazlıq qalmayıb; saz kökdən düşüb, simlər qırılıb…Bir gün babam səni çağırıb soruşur ki, a baia, sən bu sazda sazlıq qoymadın, götür çal görüm, barı bir şey çalmağı öyrənmisənmi? Babamın dediyinə görə, sən sazı elə məharətlə çalmısan ki, babam deyib, bala, ta mən saz çalası olmadım, sazı da bağışladım sənə. Kəndimizdə neçə-neçə köhnə kişilər deyirdi ki, onların toyunu aşıq Valeh edib. İlk dəfə əlinə saz alıb meydana girəndə cəmi 11 yaşın olub. Neçə il Qarabağın müxtəlif kəndlərində toy məclisi keçirmisən.

      Tanrı sənə gözəl səs, gözəl camal, gözəl qədd-qamət vermişdi. Amma sənin da saz çalıb-oxumağını görmək bizə çox az nəsib oldu. Hərbi xidmətdə ürək xəstəliyi tapdın. Əlbətdə, sərbəst həyata öyrəşən bir insan üçün üç il altı ay qürbətdə yaşamaq çətin idi axı…

      Bir dəfə sənin «Abbas və Gülgəz» dastanını danışmağının şahidi oldum. Bərdənin Böyük Qəcər kəndindən Səriyyə xalamın həyat yoldaşı İdris dayı ilə o kəndin sakini Mahmud dayı bizə qonaq gəlmişdi. Şam yeməyindən sonra İdris dayı səndən «Abbasla Gülgəz» dastanını danışmağı xahiş elədi. O zaman mənim cəmi 8 yaşım vardı. Amma gecə yarısına qədər oturub səni dinlədim. Haqq aşığı Abbasın, butası Gülgəzə qovuşmaq üçün keçdiyi sınaqlar yaddaşımda əbədi qaldı.

      Bir gün…1970-ci ilin iyul ayının 11 də ürəyin əbədi dayandı. Mənim yaddaşımda o günün çox qəmli bir xatirəsi qalıb;

      Xəstə idin. Hər gün səhər tezdən yerimdən duran kimi, gəlib sənə salam verirdim. O gün yuxudan gec oyanmışdım. Bilmirəm, necə oldu, sənə salam vermək yadımdan çıxdı. Məndən incimişdin. Üzünü divara çevirdin. Mən də çölə çıxdım, fikirləşdim, bir azdan gəlib könlünü alaram. Qismət olmadı.

      Sən evimizi tərk edib əbədi qəlbimə köçdün. O gündən qəlbimdə yeni bir həyatın başladı, ata. Hər addımımda, hər sözümdə, hər aldığım-verdiyim nəfəsimdə sən vardın. Adın dilimin əzbəri idi. Ən böyük andım «atamın canı üçün» idi. Atalı uşaqları görəndə dodağım həsrətdən paralanırdı. Amma özümü tox tuturdum. Qəribədi, uşaq olanda mənə elə gəlirdi ki, bizim ayrılığımız müvəqqətidi. Çünki, sən heç zaman bizi tərk edib harasa getməmişdin. Ona görə də, bu ayrılığın bitəcəyinə, bir gün evimizə dönəcəyinə içimdə nisgilli bir inam vardı. Nəsə, mənə elə gəlirdi ki, bir gün bu ayrılıq bitəcək.

      Səni gözləyə-gözləyə sənsiz yaşamağı öyrəndim.

      Səni gözləyə-gözləyə sənin kimi ədəb-ərkanla oturub-durmağı, danışmağı öyrəndim.

      Səni gözləyə-gözləyə sənin kimi sevməyi öyrəndim.

      Səni gözləyə-gözləyə dünyanı, insanları sənin kimi duymağı, onlara sənin kimi dəyər verməyi öyrəndim.

      Səni gözləyə-gözləyə anladım ki, sən bir daha geri dönməyəcəksən, anladım ki, bu həsrət heç zaman bitməyəcək. Yazdığım şer də atasız cocuğun gəlimli-gedimli dünyaya sualları idi. Bu suallar uzun zaman cavabsız qaldı. Sonralar, çox-çox sonralar hər şeyi anladım… Bir şeyi də anladım. Bizi ayıran illər, zaman keçdikcə bizi bir-birimizə yaxınlaşdırır.

      İndi mənimlə ünsiyyətdə olan gənclərə həmişə deyirəm:

      Atalarınızı sevin, onların qədrini sağlığında bilin.

      Sən yadıma düşürsən

      Yenə qəlbimdə fərəh,

      Sən yadıma düşürsən.

      Saçımı oxşayır meh,

      Sən yadıma düşürsən.

      Çəmən, meşə göyərir,

      Sən yadıma düşürsən.

      Qış gedir, bahar gəlir,

      Sən yadıma düşürsən.

      Sarmaşıq gül sarılıb

      Səhərlərin boynuna.

      Yoxsa ulduzlar qopub,

      Səpələnib eyvana.

      Vaxt keçir, görünmürsən,

      Qalıb qulağım səsdə.

      Soyuyub buza dönür

      Çayın masanın üstə,

      Sən yadıma düşürsən.

      Gecələrin nəğməsi

      Mənə necə tanışdır.

      Xan çinarın bu gecə

      Təzə nağıl danışır.

      Qızılgül qönçələnib

      Budağında alışır.

      Hardasa toy çalınır,

      İki aşıq yarışır,

      Sən yadıma düşürsən.

      Başımı sığallayıb

      Qonşu bir noğul verdi,

      Qonşu hardan biləydi,

      Nədi körpənin dərdi?

      Qonşu qonşu olsaydı,

      Göz yaşımı silərdi.

      Qonşu bir noğul verdi,

      Atam bir cib verərdi,

      Sən yadıma düşürsən.

      Ay işığı tükənib,

      Sanki süzgəcdən axır.

      Sanki ay da utanır,

      Mənə kənardan baxır.

      Oynamağa səbrim yox,

      Bu gün gözlərim gülmür.

      Gəlib könül almaqda

      Ay da bir məna görmür,

      Sən yadıma düşürsən.

      Kim düzsün ümidləri

      Yoluma düzüm-düzüm?

      Sənsizliyə dözməyə

      Qalmayıb məndə dözüm.

      Bacıma nişan gəlir,

      Ata oluram özüm,

      Mən səni hardan tapım?

      Mən səni harda gəzim?

      Sən yadıma düşürsən,

      Sən yadıma düşürsən…

      1977-ci ildə sənə daha bir şer həsr elədim:

      Ata həsrəti

      Qonşular arabir söz salır səndən,

      Mehriban qəlbini xatırlayırlar.

      Cəndən söz düşəndə-bilmirəm nədən,

      Elə bil qəlbimdə od qalayırlar.

      Конец ознакомительного фрагмента.

      Текст