əkir ki, ağacı, şum zamanı məqsədə bara – çata – məhsul dərə).
3. Şum uri eşcə, mən bir kal-kal alam, şuluxçi bir maham,
(Şum yumrularına hamar çəkəndə, mən bir kal-kal alam, şuluxçu bir məxluqam),
4. Əkürsə bir qələm ki, adam, nika (havayı) gedib bəyəm?
5. İsmə Dağan, qış xurməsi bəzi xarabsa, say e, say cütdəyəm.
6. Enlil İsmə Dağan, tum u ki, ağaca nəmlük ala,
7. Ana-bala təkin bir hara süd.
(Ana balanı isti südü ilə qidalandıran təki, toxum da ağacı yerdəki nəm rişə ilə qidalandırır).
8. Xışçı gəlsə, cütdə biyim.
Hər şeydən əvvəl onu qeyd edək ki, MUSİQİ sözünün özü “şumerlərdən” (qədim türklərdən) alınmadır. Halbuki dünya ensiklopediyaları təsdiq edir ki, söz öz kökünü yunan dilindəki μουσική мosike-dən alır. Haqlıdırlar. Şərtsiz, bütün Avropa dilləri minlərlə məişət sözlərini və əsasən elmin bütün sahələrinin, xüsusilə, tibb və musiqi terminlərinin çoxunu latın, yunan dillərindən alıblar. Avropalılardan Şərqə, xüsusən “şumerlərə” coğrafi məkanca tarixən ən yaxınları da elə məhz yunanlar olublar. Türk mənşəli etruskların isə latınlılarla bir dövlətdə yaşadıqlarını, bu günkü italyanlıların çoxunun kökündə durduqları faktı çox gizli mətləblərdən xəbər verir. Ona görə də avropalıların musiqi terminini yunanlardan aldıqları fikri həyatı reallığın əksidir. Bununla belə, mixi yazıların yeni oxunuşu bizə daha dərin köklü mətləblərdən danışır.
Digər ulu yazarımız Şəmsi Ədəd Abi ərəbin onun Türükkü (Türk) adlandırdığı millətinin başına gətirdiyi fəlakətdən qəzəblənərək, ona üz vermiş faciəni bir anlığa unutmaq üçün musiqiyə və bir cam şəraba müraciət edir:
Çal müziim, rah caam (bir cam şərab), al qəm!..
Samma hurrayam (horrayam, sıyığam)!
Bu kitabın elmi redaktoru prof. Rafik İmrani bu cür tərcüməmə irad turur. O qeyd edir ki, burada Rah şərab kimi işlənməyib. Rah muğamlarımızdan, Cam isə qədim müsiqi alətlərindən birinin adıdır. Əgər qəmi götürmək üçün şərq, xüsusilə Azərbaycan şairlərinin daima şəraba müraciət ənənələrini bir kənara qoysaq, bu versiya da çox mümkündür. Belə olduqda, biz həm mixi yazılarda aşkar olunan muğamlarımıza, həm də musiqi alətlərimizə birini də əlavə edə bilərik: Rah – muğamı və Cam – musiqi aləti.
O zaman sətir belə tərcümə edilməlidir:
Çal müziyim, ey Cam Rah çalıb da, qəmləri al!.. Tamamilə mümkündür.
Digər antik qadın yazarımız Бikə gil yazılı poemasında deyir:
Çıkaru restü, Tan hakkısı (Nə çıxarı, nə qalığı oldusa-hamısı açılan Dan haqqı)
Ana Mahur rəqsi aradı, (Dana (Erə) Mahur rəqsi sifariş verdi),
Haş Huri aradı, (Haş – qalmaqal, huri – azadlıq),
Müzik kannı! (Qanı musiqidən yoğrulmuş)
II.2. TARVARDISA, MUĞAMVARDI, UD, SAZ, ZIL, CAMVARDISA, MUĞAMOXUNURDU
Yenidən tərcümə olunmuş mixi yazılı mətnlərində mahur və uşşaq muğamlarının adlarına rast gəldiyimizdən, Azərbaycan ictimai fikrində mövcud olan “Muğamın ərəb və ya fars musiqisi növünə aid edilib, onlardan iqtibas edilməsi” və yaxud onun “islamın (azanın) məhsulu olması” fikrinin də yanlış söylənildiyini cəsarətlə təsdiq edə bilərik. Bir həqiqəti qeyd edək ki, yuxarıda dediyimiz kimi, Cıqqur At məbədinin adı belə öz-özlüyündə muğamatın mənşəini təyin və təmin edir.
Yazılı dəlillərə əsaslanaraq demək olar ki, bu məbədlərdə göylərə və yaxud Nəbü Naidə, Rəbbə, Ilaya, Bariya, Allaha dua edən qədim dövr insanı öz duasını ucadan, məqamla və xüsusi avazla ifa edirdi – tarın, udun, sazın, zilin, camın müşaiyəti ilə. Bu mənada məqam sözünün ərəbə məxsusluğu ideyası da puçdur. Musiqi janrının yaradıcısı ulu nəsildirsə, yaratdığı əsərin adını o hələ dünyaya gəlməmiş özgədən necə ala bilərdi? Elmi ədəbiyyatın təsdiqinə görə ərəbin yaşı beş min ildir. Muğam isə yeddi min il öncə yaranmış təbiət möcüzəsidir. Məbəddə məqamla dua oxumalar uşşaq, mahur, rast, dağuna, demüzi, rah muğamlarının ifası ilə baş verirdi. Və muğam termininin məqam sözündən yarandığını deyənlər, çox yəqin ki, həqiqəti söyləyirlər. Bəlkə ona görə də, bütün dinlərdə allaha duanın aramla səslənməsində uluların öz allahlarına məqamla – muğamla müraciətləri durur. Allah “melcesindən” (ocağından) sonsuz göylərə bu yolla üztutma sonralar şərqdə yaranan bir sıra dinlərə də sirayət edirdi. Yəhudi, xüsusilə, ərəb ölkələrində yaşayan yəhudilərin sinaqoqlarda Allaha duaları, müsəlman məscid və camelərində imam, molla və ya azançının muğam avazıyla hündürdən Allaha sonsuz müraciətləri, xristian kilsələrində orqanla müşayiət olunan azman xorların varlığı, ulularımızın Cıqqur At məbədində həyata keçirdikləri həm kütləvi sitayişlərin, həm də bayram şənliklərinin azman tarixi əks-sədalarıdır.
Yəhudilər də lap bizim kimi, ərəblər kimi muğam oxuyurlar yəhudi makamı adı altında. Tarın, kamanın, tütəyin müşayiəti ilə. Tamamilə Azərbaycan muğamının rəngı üstündə çalınan deyək ki, elə şur adlandırdıqları muğam müəyyən mənada ərəb fəsiləsində səslənsə də, kök eynidir. Cıqqır At məbədinə Babildəki yəhudilər də gəlirdilər və öz vətənlərinə döndükdə yeni ölkədə eşidib sevdikləri musiqi ərməğanı ilə öz dinləyicilərini məftun edirdilər. İndi də yəhudi sinaqoqlarında Eloximə dualar makamlar üstündə səsləndirilir.
Şahidi olduq ki, məbəddəki silindri ən qədim yazılı mənbə kimi qəbul etsək də, o, muğam barədəki informasiyası ilə yeganə tarixi yazılı şahid deyil. Ulu əcdadlarımızın sonrakı, yaxud məbəddən öncəki yaradıcılıqlarındada musiqi alətlərimizin adlarına tez-tez rast gəlirik. Fikir verdinizsə, yuxarıda yaradıcılığı barəsində söhbət açdığımız Enlil İsmə Dağan qəzəllərinin birndə deyir:
Du gə, du gə, du gə ey, mən azuni nükur udam!
Yəni, Du gə, şahidi ol ki, mən ən azı naxışlı (sədəfli) udam!
Filosof şair və astronomun bu cür etirafı, müəyyən mənada tələbəlik illərində Bakının “Dağlı məhəlləsi”ndə rəssam qardaşım Fəxrəddinlə kirayənişin yaşadığım illəri xatırlatdı mənə. Oranın yerli “dağlı” əhalisi içərisində salam verdiyin şəxsdən soruşanda, məs., “Necəsiniz, Əzizə Xanım?” böyük qətiyyətlə verdiyi “Dəf kimi!” cavabı bizi təəccübləndirməyə bilməzdi. Özünü saz olan və dinləyicilərini sevindirən musiqi alətinə bənzətmək xasiyyəti, göründüyü kimi, yazılı tariximizin u başında da adət olub.
Bir parçasını tərcümə edə bildiyimiz və kontekstindən “Anasının ölümünə” yazıldığı bəlli olan Ağıda (Elegiya) Enlil İsmə