Fatma Axmed kızı Nabieva

Günahsız günahkar. Roman. Hissə – 1


Скачать книгу

lakən rayonunun Püştətala sovetliyində anadan olmuşam. Qamış tala kəndində böyümüşəm. Atam göndolov Əhməd, Balakən rayonunda dağ kəşviyyatı idarəsində, uzun müddət can həkimi olaraq çalışıb. Anam Alqayeva Şahizər, oxuduğum Qaravəli orta kənd məktəbində, iftidayi sinif Müəlliməsi olaraq, 30 ildən çox çalışıb. Ailəmiz 5 bacı, 2 qardaşdan ibarətdir, mən evimizin ən kiçik evladıyam. Balakən rayonunun Katex kəndində, ailə qurmuşam. Bir evladım var, uzun illərdir Russiyanın Tomsk şəhərində yaşayıram. Harda yaşadığımdan asılı olmayaraq, yaşadığım yerə və İnsanlarına sayğı duyuram. Hər zaman sadəliyə və düzgünlüyə üstünlük verməyi xoşlayıram. Fəvvarit sözüm, İNSAN OL.

      Fatma Nabieva

      Aylın əlindəki gül dəstəsini nənəsinin məzarı üstə qoydu. Gözlərinin yaşını silib məzara baxıb öz – özünə: anamın – atamın yoxluğundan sonra həyatda tutunacaq tək dayağım sən qalmışdın, səndə məni tərk etdin biçarə qoydunuz, haqsızlıq etdiniz mənə qarşı. Ata – anasının məzarlarina yaxınlaşıb baş daşlarına əlini çəkib gözləri yaşlı baxaraq – olara: sizinçün çox darıxıram, mən sizsiz yaşaya bilmərəm belə tək – tənha, yanınıza gələçəyim o günümü səbirsizliklə gözləyəcəm. Dayısı dərindən nəfəs alaraq – Aylına: qızım belə demə sən tək deyilsən, səninlə biz varıq. «Aylın bilirdi dayısi arvadının pis xasiyyətli olduğunu, anasi dəfələrlə danışmışdı özlərini sevmədiyini və, köbut davrandığını deyərdi hər zaman». O səbəbdən heç buralardan dayısıyla getmək istəmirdi. Anasının məzarına baxaraq – dayısına: anamın – atamın üstünə yük maşınını sürən o şərəfsizi hələdə tapa bilməmişlər polislər. Mənim əlimdən valideyinlərimi alanı tutuqlayaraq haq cəzasına çatdığını görmədən, necə gedim buralardan? sizin məzarlarınızı hər gün ziyarət edərək buranı ikinci evimiz kimi sevməyə başadım mən. Bir vijdansız səbəb olaraq əlimdən sevdiklərimi aldı apardı qara torpağa. Mənim ürəyim rahat olmaz o alçaqı tapmayinca. Dayisi çarəsiz baxışlarla baxaraq, yazıği gəlirdi Aylın elə dedikcə çox üzülürdü, arvadınında xasyətıni yaxşı bilirdi. Bunuda yaxşı bilirdi ki, Aylını burdan aparmağıyla qıza orda xoş günlər yaşatmayacaqdı. Ancaq başqa çarəsi yox idi, qızı burda tək qoyub gedə bilməzdi. Evdən çıxdığında Aylının ardınca getdiyini bildiyində arvadı gətirməsinə mane olmağa çalışamışdı, hətta təhtid edərək davalaşmışdı gətirməsin deyə. Dayısı – Aylına: qızım bir gün haq yerini tapacaq inan mənə, o qaçan qatil cəzasını çəkəcək mütləq, indi isə gedək uçağımıza az vaxt qalıb. Yaxınlaşıb Aylinin qolundan tutdu, son dəfə ürək acısıyla məzarlara nəzər salıb – Aylına: üzmə oların ruhlarını gedək mənimlə. Aylin çarəsiz dayısıyla gedərkən, dönüb arxaya baxırdı gözləri yaşlı. Dayısınında ürəyini göynədirdi qızın bu halına. Aylını ordan uzaqlaşdırmaqçün məcbur qolundan tutub yanınca aparırdı arxaya baxmadan. Gəlib maşına əyləşdilər, dayısı – şoferə: vaxdımız azdır uçaqa çatmalıyıq, şofer maşını işə salaraq güzgüdən baxıb – dayısına: narahat olmayın mən sizi çatdıracam vaxdında hava limanına, qaza basdı. Maşın uzaqlaşdıqca Aylın həyəcanlanırdı, dayısıyla başqa şəhərə getmək istəmirdi. Sanki anası gillərdən zorla alıb qoparırdılar yazığı, gözlərindən süzülən yaş üzünə damcılayırdı.

      Uçaq hava limanına enmişdi. Aylın dayısyla əllərində çantalarla hava limanindan çıxdılar. Dayısı ətrafa nəzər yetirib, özlərini qarşılamaqçün gələcəyinə söz vermiş oğlunu axtarırdı. Aylın o qədər fikirli idi ki, dayısının kimi axtardığını belə soruşmurdi. Biraz vaxtdan cavan oğlan yaxinlaşdı gülümsəyərək, – olara: xoş gəldiniz. Oğlan çantaları əllərindən götürüb yardım etmək istədıyində dayısı əsəbləşidi, – oğlana: burax nə edirsən? çantaları əlindən geri çəkərək acıqıandı. Oğlan gülümsəyərək, Həsən dayı məni oğlunuz Ramiz göndərib sizi qarşilayım, narahat olmayın verin çantalarınızı baqaja qoyum. Dayısı oğlunun adını eşitdikdə anladı yad birisinin olmadığını. Dayısı – oğlana: hardan biləydim səni yaramaz oğlum göndərmiş bizi qarşılmağa? burda bəzən taxsi şoferləri söz dinləmədən çantanı əlindən alıb aparıb baqaja qoyurlar. Məndə səni taxsi şoferi zənn etdim, oğlan gülümsəyərək – dayısına: artıq bildiniz taxsi şoferi olmadığımı, əllərindən çantalari götürüb maşına tərəf getdi. Maşının baqajını açıb çantaları qoyub baqajı örtüb baxdı, Ramizin söz verərək qarşılamağa gəlməməsindən əsəbi olduğu üzündən bəlli idi atasının. Oğlan – olara: orda niyə dayanmısınız? artıq bildiniz kiməm, buyurun gəlin əyləşin. Maşının qapılarını açaraq əyləşmələrini gözlədi, dayısı – Aylına: gəl qızım gəl, görünür oğlumun bizi qarşılamağa vaxtdı olmayıb, maşına yaxınlaşdılar. Aylin keçib arxada əyləşdi, dayısıda qabaqda oğlanın yanında əyləşdi. Oğlan qapıları örtüb tez gedib sükan arxasına əyləşdi, əlini uzadaraq mehribanlıqla gülümsəyərək, Həsən dayı mən Ramizin ən yaxın dostuyam, adım Kamildir. Dayısı əlini sıxaraq – Kamilə: çox gözəl Kamil sevindim tanışmamıza, mərəfətli oğlana bənzəyirsən. Bax bizi qarşılamaqçündə vaxt tapmışsan oğlumdan fərqli olaraq. Oğlumun yaxın dostusan dedin, elə deyilmi? Kamil maşını işə salaraq qaza basdı, maşını idarə edərək – Həsənə: hə elədir, yaxın dostuyam Həsən dayı. Həsən – Kamilə: bəs mən niyə səni görmədim indiyə qədər bizdə? Kamil gülumsəyərək, Həsən dayı mən gəldiyimdə siz işdə olursunuz. Siz evdə olanda mən gələ bilmirəm, məndə şirkətdə atamla çalışıram və o üzdən bu günə qədər rastlaşmadıq sizinlə, qismət bu günəymiş tanış olduq sonunda. Arxada kefsiz oturan Aylina baxdi maşının güzgüsündən, – Aylına: şəhərimizə xoş gəldiniz, ümid edirəm xoşunuza gələcək buralar. Aylın cavab vermədi Kamilə, heç ürəyindən deyildi bura gəlməyidə, yazıq içindən yanıb qovrulurdu. Maşinin aynasından dışarı baxdı fikirli – üzgün, Kamil qızın kefsiz – üzgün olduğunu anladı üzünün ifadəsindən. Dayısı – Kamilə: Ramizin nə mühüm işi çıxdı ki, səni göndərmiş qarşımıza? Kamil biraz şaşaraq dostunun yalanının üstünü necə ört – basdır edəcəyini düşündü, – atasına: Həsən dayı demədi mənə nə işi olduğunu. Sadəcə məndən xayiş etdi ki sizi qarşılayım, məndə dedim baş üstə dostum narahat olma qarşılayaram. Heç pis olmadı baxın sonunda sizinlədə tanış olduq, atası narazı baxışlarla baxaraq – Kamilə: vardır onun qarışdırdıgı birşeyləri, yəqin həmişəki kimi içmiş mən görməyim deyə səni göndərmiş. Anası həmişə məndən gizlədir onun səhvlərini, hər dəfə ört – basdır edib mənim gözümü bağlamağa çalışır ki, mən oğlunu acılamayım. Səndə yaxın dostusan deyirsən, oğlumun xasyətini məndən dahada gözəl bilirsən, elə deyilmi Kamil? yenə təxmin etdiyim kimidir, içmiş və mən acılamayım deyə gəlməmiş. Kamil nə deyəcəyini bilmədi susdu, atası əsəblə öz – özünə: evə çataq mən onun dərsini verəcəm yaramaz uşaq. Oğlu böyümüş mənim boyda olmuş boyu, bu hələ uşaq kimi başına dönür ərköyün öyrədir yaramaz oğlunu. Atasına vaxt tapmamış oğlan çox məşğulmuş, göstərəcəm mən sənə bu dəfə vaxtını. Kamil cavab vermədi Ramizin içdiyini bilirdi, dostunun atasından alacağı vardı bunuda yaxşı anlayırdı, gözü arxada fikirə dalaraq səssiz oturmuş Aylında idi. Maşının güzgüsündən baxırdı ara – sıra, çox yorgun və dərtli görünürdü. Ramiz qızın başına gələnləri danışmışdı ona qısada olsa, atasının anasıyla davalaşaraq qızı gətirməyə getdiyinidə demişdi. Kamil bilirdi dostunun anasının bəzi pis xasiyyətlərini, qız orda dahada üzüləçəkdi. Kamil dərindən nəfəs alaraq – atasına: əsəbləşməyin Həsən dayı. Ramizdə bir gün çalışacaq və, hər şeyi öz öftəsinə götürəcək görəçəksiniz. O hələ qarşıda siz varsınız deyə bəlkədə ərköynlük edir azacıq, azacıq dediyində atasının özünə tərs – tərs baxdığını görüb baxışların qaçırtdı, maşının sürəətini artrdı.

      Gəlib çatdılar evin qarşısında Kamil maşını saxladı, dayısı maşından enib qapını örtdü. Aylın fikirli olduğundan çatdıqlarını hiss etməmişdi, Kamil zarafatla – Aylına: çatdıq qəşəng qız. Əgər dayın evinə getmək istəmirsənsə gedək bizə qonağım ol. Aylın çatdıqlarını görüb, cavab vermədən tez maşının qapısını açıb endi. Kamil gülümsəyərək, sükan arxasından enib gəlib baqajı açib çantaları götürdü. Dayısı – Aylına: sən əvəllər heç gəlmədin bizə qısmət olmadı, gəl qızım xoş gəldin öz evindir bundan sonra burası, mehribanlıqla Aylının qolundan tutub apardı evə tərəf. Kamildə çantaları götürüb evə tərəf getdi ardlarınca. Qapını həyətdə qulluq göstərən yaşlı bir kişi açdi,