catıb qapını döydü. Aylin gəlib qapını açdı, – Aylına: bağışla qızım narahat etdim səni, xanım yanına çagırır. Məlik əlini uzatdı – Aylına: bayaq imkan olmadı qızım səninlə görüşməyə, adım Məlikdir, bir daha xoş gəldin səni gördüyümə çox sevindim. Uzun illərdir bu evdə çalışiram, dayına və ailəsinə sadiq biriyəm. Aylin Məliyin əlini sıxaraq, məndə şad oldum sizi görməyimə Məlik dayı. Sağlığında anam sizdən bəhs edərdi, çox hörmətçil insan olduğunuzu deyərdi. Kişinin gözləri doldu, – Aylına: sənin adını demışdı mənə rəhmətlik anan unutmadım. Qızıma Aylın adı verdim ki, adının mənası kimi həyatını işıqlı – parlaqlıqlı yaşamasını arzu etdim demişdi. Səni çox istəyirdi anan, məkanları cənnətlik olsun qəbirləri nurla dolsun inşallah, bir namərd səbəb olub həyatdan tez getdilər yazıqlar. Aylin ağlamamaqçün zorla saxlayırdı özünü, Allah olardan kəsən ömürlərini sənin ömrünə calasın qızım. Aylın – Məliyə: mənə oların ömürləri lazım deyil Məlik dayı, hər kəs verilən ömrünü yaşasaydı haqsızlıq olmazdı dünyada bu qədər. Məlik gözlərinin yaşını sildi, – Aylına: düz deyirsən qızım səninlə bu fikirdə razıyam, çox haqsızlıqlar edir bəzən bizlərə qarşı zalım fələk. Qismətimizdir qaçılmazdır deyib, vaxtsız dözülməz dərtlərlə düçar edir. Aylın qarşısında yaşlı insanın ağlamasını istəmirdi, – Məliyə: anam yanılmadı mənə Aylın adını qoymasında. Bir bilsə həyatım necə işıqlı – parlaqlı oldu oların ölümündən sonra, dərindən nəfəs alıb baxdı Məliyə. Aylın gördü kişinin əlləri əsir, tez söhbəti dəyişdi, bilmirsənmi xanım nəyçün çağırır məni? heç onunla üzləşmək istəmirəm. Məlik əsən əlləriylə gözlərinin yaşını silib – Aylına: bilmirəm qızım demədi səbəbini. Sənə kobutluqmu etdi gələn kimi? dayının xətrınə döz bir təhər yola ver qızım. Mən uzun illərdi burda çalışıram və, tək məni bu evə bağlayan Ramizin varlığıdır. Əlbəddə sözsüz birdə dayının mənə qarşı insan davranışıdır. Aylın dərindən nəfəs alaraq – Məliyə: indi burda olmağımın səbəbi elə dayıma görədir Məlik dayı. Oğlunu tanımıram görmədim heç, yəqin xanım kimi oda üstən aşağı baxandı bizim kimilərinə. Məlik – Aylına: yox – yox qızım Ramiz başqadır, gördüyündə sevəcəksən onun gözəl ürəyni. Aylın – Məliyə: o hələ kəsilməmiş qarpızdır gördüyümüzdə qiymətləndirərik, ancaq bunu deyim mən səni çox sevdim Məlik dayı. Məlik – Aylına: sağol qızım mənimçündə evlad sayılırsan, bundan sonra nə lazım olsa mənə de çəkinmə, tamammı? arvadın səsi gəldi bağıran. Nə oldu Məlik hansı cəhənnəmdəsiniz? harda qaldınız. Aylın – Məliyə: gedək Məlik dayı mən səbəb olub xanım sənidə acılmasın.
İkisidə aşağı gəldilər, arvadın qarşısına çatıb dayanıb gözlədilər nə deyəcəyini. Arvad əlindəki məktubla özünü yelləyərək, kobutca – Məliyə: bunu evdə görüləcək işlərlə tanış et. Həyətdə sənə kömək etsin nə iş görsən yanında olsun, indidən işə başını qatsın ki, sonra ipini çəkməyə rahat olsun. Aylın baxıb düşünürdü, “ bu qadın insan üzündə dünyaya gəlmiş şeytan idi sanki, özündən başqasını adam yerinə qoymurdu, mərhəmət yoxdu ürəyində». Bura istirahətə gəlmədiyini anlasın vaxtında, Məlik başını aşağı salaraq yavaş səslə – arvada: xanım bunu Həsən bəy görsə – duysa mənə acıqlanar. Arvad kişinin üstunə yüksək səslə bağırdı, sənə dediyimi et cəhənnəmə acıqlansın, anladınmı? sənə nə deyirəm qabağıma söz qaytarmadan yerinə yetir. Anlamıram yoxsa səndə məni öyrətməyəmi çalışırsan? kişi yavaş səslə – arvada: yox xanım əstəfrüllah. Arvad bağırdı kişinin üstünə, o zaman dediklərimi et cavab qaytarmadan. Aylın gördü ki arvad özünə görə yazıq kişini acılayır, böyük – kiçik qanmır mədəniyyət yoxdur, özünü zor tutdu arvada cavab qaytarmamaqçün. Aylın – kişiyə: Məlik dayi sən məni görüləcək işlərlə tanış et, mən sevirəm iş görməyi. Narahat olma dayım heç bir söz deməz sənə, birdə sənin kimi gözəl ürəkli insanın yanında çalışmağımla qürur duyaram. İnana vaxtımızda gözəl keçər, gedək tanış et işlərlə məni. Yazıq kişinin kövrəldiyini görüb mehribanlıqla qolundan tutdu, gedək Məlik dayı baxcanı göstər mənə. Kişi könülsüz halda – Aylına: buyur qızım. Aylın gedərkən arvada tərs – tərs baxaraq Məliklə getdi həyətə, oturduğu yerdən ardlarınca deyindi öz -özünə: yüksək səslə bağıraraq. Bunun dayısı istəməzmiş, acılayarmış, mən dayısınıda o gətirdiyinidə peşman etməssəm, adım Sənubər olmasın. Masanın üstə məktubu atıb əsəblə ayağa qalxıb bağırdı! – xadiməyə: hansı cəhənnəmdəsən otağıma qəhvə gətir, üzünü turşudub getdi ilan vurmuş kimi otağına.
Kamil atasınada danışmışdı olanlar haqda. Anası çayları gətirib masaya qoydu, – arvadına: çox sağol Solmaz xanım əllərinə sağlıq. Arvadı ərinin zarafatçıl və özünə qarşı çox hörmətçil olduğunu bilirdi, – ərinə zarafatla: nuş olsun Nadir bəy, qızı anasına çayları paylamağa kömək etdi. Anası – qızına: çox sağol qızım əyləş, Nərgiz yaxında olacaq imtahanlarına hazırlaşırdı, qardaşından özünə kömək etməsini xayiş etdi. Bacısı – Kamilə: qardaşım mənə kömək edərsənmi? – Nərgizə: edəcəm ancaq sonra indi yox, biraz işim var həll edim yardım edəcəm söz. Nərgiz uşaq kimi şıltaq idi, – qardaşına: sən demişdin imtahanlarımı yüksək balla qazansam məni istədiyim yerə aparacaqsan, elə deyilmi? Kamil fikirli idi – bacısına: hə aparacam, sən hələ qazan yüksək balını. Nərgiz gülümsəyərək, ana bax sizdə eşitdiniz qardaşım aparacam dedi, – qızına: ay mənim hələdə böyüməyən kiçik qalmış gözəl qızım, yaxşı bilirsən ki qardaşın sənə verdiyi sözünü tutandır. Səndə dərslərinin üstüdə ciddi duraraq çalış ki yüksək bal qazana bilərsən, sonrada qardaşın səni gəzməyə aparsın dediyin yerlərə. Nərgiz – anasına: görəcəksiniz mən sözümü tutacam və, ən yüksək bal toplayacam. Atası qızının şıltaqlığına baxaraq gülümsədi, – inanıram mən qızıma inşallah toplayacaqsan yüksək bal, çaylarını götürüb içdilər. Kamilin axlı qalmışdı Aylının yanında, bunu ata – anası artıq anlamışdılar, biri – birilərinə baxdılar. Əri arvadına işarə etdi ki hər şey yaxşı olacaq, anası istəmirdi oğlu üzülsün dərt çəksin, dərindən nəfəs alıb oğluna baxaraq çayını içdi.
Aylın Məliklə həyətə gəlmişdilər. Məlik əli ilə həyətı göstərib – Aylına: buraların işinə mən baxıram qızım, sən xanımın dediyinə baxma hər işin öfdəsindən gəlirəm mən. Aylın – kişiyə: Məlik dayı məndə sizə kömək edəcəm narazılıq istəmirəm. Dayım mənə görə üzülməsin xalamın dır – dırını eşidib, xanımın gözü önündə olmaqdansa, sənin yanında olmaq xoş olar mənə. Kişi Aylının sözünə gülümsədi, qızım sənin ananda çox mərəfətli qadındı idi, hər gəldiyində mənimlə söhbət edərdi hal – əhvalımı soruşardı. İnan oda eyni sənin kimi deyərdi, çoxu vaxdını bizimlə keçirdərdi. Arvadımla söhbət edərdi, bizimlə bir masada çörək yeyərdi, çox saf ürəkli biriydi rəhmətlik, səndə anana çox bənzəyirsən qızım xasyyətindən, bəxtin oxşamasın. Dayın səslədiyində getmək istəməzdi, sevməzdi xanımın yanında qalmağı, bilirdi söz – söhbət edərək gününə acılıq qatacaqdı qardaşının. Mənə deyərdi, səninlə