Fatma Axmed kızı Nabieva

Günahsız günahkar. Roman. Hissə – 5


Скачать книгу

lakən rayonunun Püştətala sovetliyində anadan olmuşam. Qamış tala kəndində böyümüşəm. Atam göndolov Əhməd, Balakən rayonunda dağ kəşviyyatı idarəsində, uzun müddət can həkimi olaraq çalışıb. Anam Alqayeva Şahizər, oxuduğum Qaravəli orta kənd məktəbində, iftidayi sinif Müəlliməsi olaraq, 30 ildən çox çalışıb. Ailəmiz 5 bacı, 2 qardaşdan ibarətdir, mən evimizin ən kiçik evladıyam. Balakən rayonunun Katex kəndində, ailə qurmuşam. Bir evladım var, uzun illərdir Russiyanın Tomsk şəhərində yaşayıram. Harda yaşadığımdan asılı olmayaraq, yaşadığım yerə və İnsanlarına sayğı duyuram. Hər zaman sadəliyə və düzgünlüyə üstünlük verməyi xoşlayıram. Fəvvarit sözüm, İNSAN OL.

      Fatma Nabieva

      Sərdar Aylını qucağına alıb, otağa gətirib yatağına uznadırdı. Ardınca Ramizdə gəldi. Sərdar – Ramizə: su gətir həkim çağır, özü tez gəlib Nicatın əlindən qapıdan içəri düşmüş silahı götürüb, belinə qoydu. Ətrafa baxıb, silahdan atılmış boş gilzənidə tapıb cibinə qoydu, otağa qayıtdı.

      Ramiz Aylının üzünü şillələyirdi ayılsın deyə. Sərdar gəlib – Ramizə: mənə bax, birazdan polislər gələcəklər bura. Nicatın silahı məndədir, sən heçnə görmədin, anladınmı?

      Ramiz hələdə özündə deyildi. Şaşqın baxarq – Sərdara: kamera var yuxarda, bəs o? – Ramizə: onu mən həll edəcəm narhat olma, dediyimi et sən.

      Nicatı polis şövbəsinə gətirib, dəmir barmaqlıqlara salmışdılar. Nicat etdiyi işə elə peşman olmuşdu ki, sözlə ifadəsi yox idi, üzündən bəlli idi üzüntüsü. Gözünün önündən getmirdi Aylının o halı, öz – özünə: mən nə etdim Allahım, bağışla məni canım bağışla. Gecdə olsa anlamışdı, Fazil alçağı öz əliylə Aylına arxadan zərbə vurdurmuşdu. Nacat əlləriylə başını tutub, divara söykənib dərindən nəfəs aldı. Peşman – peşman düşündü, düşündükcə üzündə nifrət dolu ifadə yaranırdı. Əsəbindən ikki əlinidə yumuruq sıxaraq divara vurdu, bağırdı!.

      Aylın özünə gəldi, gözlərini açdığında yanında tək oturan Ramizi görüb həyəcanlandı. Sərdar hanı? qalxmağa istəyirdi Ramiz qoymadı, – Aylına: burdadır canım, yaxşıdır narahat olma. Sərdar gəldi əlində su bakalıyla. Aylın Sərdara nəzər yetirib, yaralanmadığını gördüb öz – özünə: çox şükür Alalhım. Sərdar gəlib yanında əyləşib – Aylına: qorxma bir şeyim yoxdur, yaxşıyam mən. Həkim dedi dinlənəcəksən, anladınmı?

      Aylın – Sərdara: mənim dinlənməyim Nicatı bu günə saldı, gördün nə oldu. Bir həftə etibar etdim söz verdim dinlənəcəm, düşdüyümüz hala bax. Aylın yerində oturdu, – Ramizə: Nicatı şövbədən çıxarmağım lazımdır mənim. Nicat orda qalarsa, Fazil tipi daha betər şeylər edə bilər. Nicatın həyatı təhlükədədir. Sərdar – Aylına: Nicatı birazdan buraxacaqlar, sən narahat olma mən həll etdim o işi, dedim dinlənəcəksən. Aylın Ramizə baxdı anlamadı, öz – özünə: birazdan buraxacaqlarmı? Sərdar heç kefini pozmadan, – Aylına: babanla danışdım o həll etmiş, buraxacaqlar. Əlbətdə bizi sözsüz dindirəcəklər. Babanla planımız budur, Nicatın etdiyi doğum günü zarafatıydı bu qədər, anladınmı? ortalıqda silah yox, sübut yox. Bunu sizdə təsdiq edəcəksiniz və bağlanacaq iş. Aylın – Sərdara: səni az qala vuracaqdı, nədən etdin bunu? Sərdar – Aylına: mən sualımın cavabını hələ səndən ala bilməmişəm bura gəldiyimdən. Sən düzgün cavab verdiyində, məndə sənə deyəcəyəm nədən etdiyimi, danışdıqmı?

      Aylın – Sərdara: mənimlə polis cildində danışmana son qoysana sən. Sərdar əlindəki suyu uzadıb – Aylına: polislər bəzən formalarını dəyişsələrdə, xasiyyətlərini əsla dəyişməzlər. Sərdar Aylının, Tahirlə özünə etdiyi zarafatı xatırlatdı. Aylın kövrəldi, suyu almadan başı dönsədə, bir təhər ayağa qalxdı. Ramiz qolundan tutub yardım etmək istəyirdi, Aylın toxunma deyə işarə etdi, getdi vanna otağına. Qapını örtüb suyu açıb, səsini içinə salıb ağladı. Aylının nə üçün vanna otağına getdiyini Sərdar çox gözəl bilirdi, əlində su bakalı havada hələdə uzananılı qalmışdı. Çox pis təsir edirdi Aylının üzülməsi, ağlaması. Ayağa qalxıb – Ramizə: bir azdan Nicatı buraxacaqlar, sən get onu al şövbədən apar səninlə qalsın bu gexəlik. Ona göz – qulaq ol ki, bir dəlilik edib özünü yandırmasın təkrar. Mən sonra Aylını evinə çatdıracam.

      Ramiz artıq bir söz demədi, deyəcək sözüdə qalmamışdı Nicatın etdiyi böyük səhvi üzündən. Ramiz – Sərdara: mən Nicatı aparacam bizə, sən Aylına göz – qulaq ol sabaha qədər. Yenə gizlin bir plan qurub, oda səhvən dəlilik edib vaxtsız özünü yandırmasın Nicat kimi. Ramiz vanna otağı tərəfə baxıb, dərindən nəfəs alaraq çıxıb getdi otaqdan. Sərdar əlini üzünə çəkib, vanna otağına gəlib qapını döyərək, – Aylına: gələ bilərəmmi? biraz gözlədi. Təkrar qapını döyərək qapını açmaq istədi, qapı içəridən kilitli idi. Sərdar – Aylına: bax bilirsən xasiyyəyimi, qapını sındırtma mənə aç.

      Az vaxtdan qapını Aylın açıb, yaşlı gözləriylə baxaraq – Sərdara: sizin əlinizdən mən hara gedim? nədir mənim sizlərdən çəkdiyim. Sərdar anlayırdı, indi Aylınşün çox çətin idi, Nicatın səhvi ucbatından həyəcan kecçiriridi. Sərdar – Aylına: gəl biraz uzan, dinlənmən lazımdır. Aylın gözlərini silib, – Sərdara: mənim getməyim lazımdır, yatmaq dinlənmək filan bitddi. Çox gözəl dinləndim, həftə sonunda bravo Nicatada, bu qədərinə qadir ola biləcəyini heç axlıma belə gətirə bilməzdim.

      Sərdar – Aylına: ikimizdə yaxşı bilirik ki, Nicat bunu qanaraq etmədi, onun içkisinə Fazil iti bir şeylər qatdırmış, o üzdən elə durumda idi. Sənin artıq tək başına gəzib – dolaşman qorxuludur, anlayırsanmı? Fazil itinin qurduğu oyun, artıq başladı deməkdir. Aylın – Sərdara: Fazil iti mənə toxunmayacaq narahat olma sən, o əksinə, mənim həyatda qalmağımçün əlindən gələni edib bu günümə kimi. Dediyim kimi çox az qaldı, mənim həyatım üstünə oynalınan oyunun, nöqtəsini qoymağa hazıram artıq. Aylın Sərdarın yanında keçib getmək istəyirdi, qolundan tutub gözlərinə baxaraq – Aylına: birlikdə qoyaq nöqtəsini, icazə ver yanında olum. Aylın qolunu tutmuş əlinə baxaraq – Sərdara: indiyə kimi düşünürdüm, mənə bir şey olarsa davamçım qalmayacaq məndən sonra bu həyatda. Artıq mən tək deyiləmmiş düşündüyüm kimi. Məndən xəbərsizdə olsa, bu həyatda doğma olan qardaşım, anam – atam var. Çox sevindim içim rahatdır, artıq ölümdən belə qorxmuram. Bəs sənin davamçın kim olacaq? Bağışla, mən səni artıq qaranlıq həyatıma ortaq edə bilmərəm. Sənin bundan sonra olanları unudub, gələcəyə baxaraq yaşaman və ailə qurman lazımdır. Ümid edirəm, inşallah sevdiyin mənim kimi etibarsız çıxmaz.

      Sərdar dartıb Aylını özünə çəkib qucaqlayıb öpüb, bağrına basdı, – Aylına: mən səninlə hər zaman fəxr etdim. Sənin kimi gözəl ürəkli – cəsarətli sevgilim olduğuna görə, heç vaxtdı peşman olmadım. İdidə peşman deyiləm inan mənə, bizi bir – birimizdən xaricən ayırsalarda, daxilən əsla ayıra bilməzlər. Mənim ürəyim, canım, ruhum sənə bağlıdır, anlayırsanmı? mən başqa kimsəni nə sevə, nədə görə bilərəm. Aylında Sərdara sarılıb ağladı çarəsiz üzgün, bilirdi Sərdarın qollarından istəsədə çıxa bilməzdi.

      Nicatı Ramiz evinə gətirmişdi, otaqdan çıxmamasıçün çox zor qarşını ala bilirdilər. Nicat Aylına getməkçün dartınırdı, Ramiz qarşısında dayanıb imkan vermirdi. Dilqəmlə Fəda da, gəlmişdilər Ramizə yardıma, olarda duyduqlarından şoka düşmüşdülər. Nicatı saxlamaqçün əllərindən gələni edirdilər. Nicat özünü buraxmıllar deyə bağıraraq! əllərini divara vurub, qarşısından çəkilmələrini tələb etsədə, alınmırdı. Yazıq çox peman olmuşdu etdiyinə, düşünürdü Aylın artıq özünü bağışlamayacaqdı. Dilqəm Nicata sakit olmasını deyirdi. Fəda isə qapının önündə qollarını bir – birinə dolayıb, baxırdı şüphəli baxışlarla.

      Sərdarla Aylın hələdə qapının önündə bir – birinə sarılıb qalmışdılar, gözləri yaşlı. Fələk bitməz – tükənməz oyunlarını oynayaraq, günahsızları yandırırdı. Gərçəkdən haqsız dünyada yaşayırıq. Sərdar Aylını qollarından buraxmaq istəmirdi, uzun müddət sevdiyinə həsrət qalmışdı, gəldiyindən birinciydi ki, Aylına belə sarıla bilirdi. Aylın bilirdi, Sərdar çox güclü – qeyrətli biri idi. Nicatın ona etdiyinə baxmayaraq, onu bağışlayaraq canını zindandan qurtarmışdı. Aylın düşündükcə Sərdara qarşı olan heç vaxtdı unutmadığı