öləcəyini ciddiliyə almır. Aylın – Sərdara: mənə pul lazımdır doğrudur, mənim andım var valideyinlərimin borcunu ödəməkçün, səndə bunu bilirsən. Bəs nədən dostunun yanında başqa cürə ifadə edərək, niyə səhf məlumatlandırırsan? mən pul düşkünü deyiləm. Atanın dediyi qədər pulun iki qatınıda almayacam, yerinə yetirəcəyim işin qarşılığında borcumu ödəsin, qalanı uğrumda belə deyil. Mən sadəcə bu dünyadan rahat getmək istəyirəm anamın yanına, gözləri yaşardı. Aylın gözlərini uşaq kimi qoluna silib getdi mətbəxtdə,
Tahir çox pis oldu – Sərdara: niyə qızı acıladın? görmürsənmi halını? Sərdarada toxundu Aylının bu sözləri. Dərindən nəfəs alıb -Tahirə: qardaşım məndə onun gedib orda gəbərməsini istəmirəm, dəfələrlə dedim bundan betər acıladım alçaltdım, yenə əl çəkmədi dediyindən tərs keçi. Masaya barmağını əsəblə vuraraq – Tahirə: silah səsinə qulaqlarını tutursa, sən de ora gedib nə… edəcək? Tahirdə üzüldü duyduqlarından, çarəsiz baxa qaldı. Sərdar – Tahrə: bilə – bilə onu ölümə hazırlaşdırıram vicdan əzabı çəkirəm qardaşım, anlayırsanmı? nəqədər ondan xoşum gəlməsədə fikir məni öldürür, yuxuda yata bilmirəm rahat.
Biraz vaxtdan Aylın gəldi əlində sinidə iki qəhvə fincanı ilə, Tahirlə Sərdar bir – birinə baxdılar təcüblə. Aylın gətirib qəhvələrini qarşılarına qoyub – Tahirə: mənə düşmənlərimin qarşısında kövrək olmaq qəti qadağandır. Tahir Sərdara baxdı ki, Aylın bu sözü özlərinəmi deyirdi? Aylın keçib əyləşib – olara: hər şeyə hazırıqlı olmalıyam, elə deyilmi Sərdar bəy? Sərdar Aylına baxıb nə demək istədiyini anlamağa çalışırdı, ancaq fikrini toplaya bilmədi. Aylın – Tahirə: sənin bacın varmı? – Aylına: hə var məndən kiçikdir, Aylın bir anlıq fikirə dalaraq – Tahirə: mənimdə dostumun bacısı var adı Nərgizdi. Mənədə bacı sayılır, çox şıltaqdı balaca uşaq kimi, hər dəfə boynumuza sarılıb gəzməkçün şirin dilini işə saldığında adamı avtomotik gipnoz edir, yox demək qeyri mümkün olur. Sərdar diqqətlə Aylına baxıb onu anlamağa çalışırdı, Tahir – Aylına: ayy demə, bacıların hanmısı belədirlərmiş? mən elə bilirdim təkcə mənim bacım şıltaqdır. Sərdar bizə gəldiyində ondan yapışır ki aparın gəzməyə. Aylın Sərdara baxıb – Tahirə: dostundan nə isə xayiş etməkdə mümkünmüşmü? Sərdar gözlərini qıyıb – Aylına: sən nə etməyə çalışırsan? Aylın – Sərdara: sayəndə artıq özümü aktyor sanıram. Rol gedirəm görmürsənmi? Tahir bilirdi Sərdarla Aylın itlə – pişik kimi yola getmirdilər, davasız qeyri mümkündür yan – yana oturmalarıda. Tahir qəhvəsini götürüb içərək – Aylına: mənim dostum çox gözəl ürəklidir Aylın xanım, o sadəcə işində çox ciddidir, sən bacarıb çoxda şəxsi qəbul etmə xayiş edirəm. Sərdarla Aylın sanki Tahiri duymurdular, gözlərini qırpmadan bir – birinə baxırdılar nifrət dolu baxışlarla. Aylın kinlə gözünü çəkmədən gülümsəyib, – Tahirə: gərək yox tərifinə dostunun. Səndə gözünün şahidi oldun şövbədə nə qədər ciddi olduğunun, ayağa qalxıb Sərdara tərs – tərs baxıb getdi.
Tahir- Sərdara: dostum ömründə heç etmədiyini etməyə çalışdın, onuda üzümüzə – gözümüzə bulaşdırdıq damğa kimi qaldı alnımıza yapışıb bəçərəsizliyimiz. Sərdar -Tahirə: az qalıb, işimiz bitdiyində artıq bunu görməyəcəyik sən narahat olma. İşimiz bitincədə mən ondan o heyifimizi elə alacam ki, özünün alnında – yaddaşında qalacaq dediyin o damğa, min peşman olacaq mənimlə dirəşdiyinə. Tahir qəhvə fincanını masaya qoyub – Sərdara: dostum məsləhətim axlındakıları unut, lazım olan təlimini keç yandırma özünü, Sərdar Tahirə baxdı. Tahir – Sərdara: deyirəm çox dərinə getmə bilmədən o qarışıq özündə batarsan, Sərdar üzünü turşudub -Tahirə: onunlamı bataram? sən Allah qardaşım zarafatını belə etmə. O düşüncəsiz başdan xarabla məni tay tutma, Allah onu düşmənimədə qismət etməsin bu həyatda, çox demirəm başqası üç günə axılını yerindən oynadar bunula. Mənim bunun kimiləri ilə həyatım keçdi, alışıq olduğumdan dözürəm çətində olsa atamın xətrinə. Tahir dərindən nəfəs alıb diqqətlə dostuna baxdı şüphəli baxışlarla. Sərdarında əsəbləri pozulmuşdu, Aylın haqda elə desədə başqa nədən isə narahat olduğu hiss olunurdu, Tahir başını narazılıqla sirkələyərək kənara baxdı.
Sadiq tanışları ilə restoranda oturub söhbət edirdilər, birdən gözü kənarda əyləşən qızların birisinə sataşdı, qız Sadiqə şaşqın baxışlarla baxırdı. Sadiq qızı tanıyıb nifrətlə baxdı ona, yanındakı tanış oğlanlarda baxdılar qıza tərəf, dostları – Sadiqə: qardaşım bu o qız deyilmi? səni atıb gedən, ay səni vijdansız necə baxır utanmadan. Bir – birilərinin arasında qızın dalınca deyindilər, Sadiq çox əsəbləşdi qızı görüb qalxıb çıxdı restorandan. Dostları anladılar Sadiqin nə səbəbdən masanı tərk etdiyini, üzüldülər qıza nifrətlə baxdılar.
Sadiq dışarı çıxıb bir kənarda dayanıb dərindən nəfəs alaraq nifrətlə baxdı, az vaxtdan arxadan Sadiq canım deyən səs duydu, qızın səsindən tanıdı dönmədən – qıza: canımmı? güldü kinlə. Bir dəfə axtarmadın qansız – vijdansız, hansı candan danışırsan? qız gəlib arxadan Sadiqin belinə sarılıb, üzünü kürəyinə qoydu. Məni zorla apardılar buralardan, mən səndən ayrılmazdım bilirsən bunu, qız ağlayırdı Sadiqi arxadan qucaqlayıb, çox zəng etdim sənə zəngim çatmadı. Agladı içini çəkə – çəkə, bu gün döndük şəhərə sənə gələcəkdim, rəfiqəm sənin artiıq yeridiyini dedi çox sevindim. Mən sənə bütün olanları anlatmaqçün mütləq gələcəkdim evinə rəfiqəmlə, bu üzdən burda görüşmüşdük. Qismətə bax burda qarşılaşdıq səninlə, Sadiqi bərk – bərk qucaqlayıb kürəyindən öpərək üzünü qısıb tutdu. Sadiq – qıza: indi necə oldu ki valideyinlərin sənin mənimlə görüşməyinə icazə verdilərmi? yəqin sağaldığıma görədir elədrmi? – Sadiqə: atam rəhmətə getdikdən sonra hər şey dəyişdi. Sadiqin qızın əllərini belindən açaraq dönüb qızın qolundan tutub əsəblə – qıza: sən məni sevsəydin mütləq bir yolunu tapacaqdın. Gərçəkdən sevən sevdiyiçün nələr etməz ki? orda sənin əllərini bağlayaraqmı saxlamışdılar? qaçıb gələrdin. Sevsəydin məni tək qoymazdın, rəfiqən burda deyildimi? onunla bir söz göndərərdin, olanlardan xəbərdar edərdin məni. Sən vəfasız heç birini etmədin, sənə olan nifrətimi, əsəbimi, başqa günahsız insanlardan çıxırdım. Sən səbəb olub anamı – atamı qırdım kobutladım, sən məhv etdin məni elə vəziyyətimdə atıb getməyinlə, imansız yalançı. İndi gəlib qarşımda yalandan göz yaşlarını axıtma xeyri yoxdur, mən yoxam artıq get kimləri çox sevirsən olara. Qız ağlayaraq – Sadiqə: inan canım mən belə olmasını istəməzdim, atam məni zorla apardı niyə inanmırsan axı? Sadiq qıza nifrətlə baxaraq, get birdə qarşıma çıxma. Sənin getdiyin o gündən bitdi hər şey, Sadiq qızın qolunu koburca buraxıb, yanından çiyninə bilərəkdən qolunu vuraraq itələyib keçib getdi. Qız çiynini tutub baxdı Sadiqin ardınca çarəsiz baxışlarla.
Sərdara zəng gəldi, ayağa qalxıb gedib mətbəxtdə danışdı kiminləsə, Aylın gəldi – Tahirə: bir daha qardaşını itirmək istəmirsənsə mənimlə razılaşacaqsan, Tahir Aylına baxdı şüphəli baxışlarla. Aylını üzünün ciddiliyindən anladı nə isə demək istəyirdi özünə. Aylın keçib əyləşib mətbəxt