Низами Гянджеви

Oğluma nəsihət


Скачать книгу

biri kara gəlmir, hər ikisi yorulmuş,

      Otyeyən bir heyvanın önündə məğlub olmuş.

      – Məgər elə indicə, ey şah, – dil açdı kaman, –

      Qarşında deyildimi dilsiz-ağızsız heyvan?

      Gəzirdi zirehinin himayəsində yazıq,

      Kimin həddi var ki, de, zirehinə sanca ox?68

      Böyüklərə xoş gəlməz, bəlkə, dəyər kefinə,

      Gəlib özgə əl vursa çalğıçının dəfinə.69

      Ucalan, dağları ara, ey şahım, müdam,

      Ta ki yüksək durarsan ucaların dağından.

      İnsanlıq sifətidir hər yaxşılıq, duysanız,

      Xidmətidir kişiyə şərəf gətirən yalnız.

      İlkin yaranışdakı əhdə sadiq olmaqdan,

      Ülvi nə var? Qoy desin hünərli, məğrur insan!

      Əhdin kəmərinə qoy vəfa əlini hər an,

      Ta ki verdiyin sözü heç vədə pozmayasan.

      Keşik çəkən ilanın xəzinədə gözü yox,

      Çünki başdan-ayağa xidmət kəməridir o.70

      Kainatın tacıdır xidmət edən kəhkəşan,

      Hər şey xidmət kəməri bağlamışdır binadan.

      Hünər riştəsi tutan dilavərlər, qoçaqlar,

      Belinə öz əlilə xidmət kəməri bağlar.

      İşıq qaynağıdır mum – bal şanının zinəti,

      Arıya xidmətilə qazanmış bu dövləti.

      Sən ki xidmət yolunda kəmərini bağladın,

      Qalx, ey Nizami, yüksəl, açıqdır qol-qanadın.

      Meyvəsatanla tülkünün və cibkəsənin hekayəti

      Yəməndə meyvə satan bir dükançı yaşardı,

      Dükanını qoruyan tülkü yavrusu vardı.

      Təlim-tərbiyə görmüş gözətçiydi bu yavru,

      Sahibinin malını diqqətlə qoruyurdu.

      Yüz cür oyun çıxartdı, fənd işlətdi cibkəsən,

      Əsərlənmədi əsla bala tülkü kələkdən.

      Fikirləşdi cibkəsən, yumdu gözünü dərhal,

      Çoxdan yatıbdır guya, yuxusu da şəkər, bal.

      Tülkü bu qoca qurdu yatmış görüb yumşaldı,

      Yerə qoydu başını, o da uyğuya daldı.

      Tülkünü yatmış görüb fürsət tapdı cibkəsən,

      Çaldı pul kisəsini. Getdi, itdi nəzərdən.

      Keşikdə duranların qorxuludur yatmağı,

      Ya başı əldən gedər, ya başından papağı.

      Uyuyacaq yer deyil dünya, oyan, Nizami!

      Hər şeyi etməyin çoxdan çatıb məqamı.

      Tövbəsini pozan zahidin hekayəti

      Məscid əhli bir sofu uydu bir gün şeytana,

      Məsciddən üz çevirdi, aldı onu meyxana.

      Mey dilinə dəyincə mey kimi nalə qıldı:

      – Zavallı canım! – dedi, – özgə nə çarə qaldı?

      Nəfs ilə həvəs quşu könlümdə axtardı dən,

      Heyhat, tələ qurdular təsbeh danələrindən.

      Kəbəm çıxdı əlimdən, Kəbə artıq mənə yad,

      Ev-eşiyim dəyişdi, dönüb oldu xərabat.71

      Qara taleyim məni, gör kimlərə tay etdi,

      Qələndərlik öyrətdi, imanımı zay etdi.

      Niqab örtdü, yaşındı əqlin gözləri məndən.

      Xərabatın özü də xarab oldu əlimdən.

      Bu dünya darlığından qurtula bilsəydim, ah!

      Ətəyimdən ləkəni bir silə bilsəydim, ah!

      Qəzadan deyilmi bu? Mən hara, bu “Lat” hara?

      Mübarək məscid hara, viran xərabat hara?

      Bir gənc pərdə dalından dinləyərək zahidi,

      Təmiz, pak nəfəsindən od saçaraq söylədi:

      – De, qəzadan sənə nə? Sənintək yüz min gəda,

      Qəzanın nəzərində dəyməz bir arpaya da.

      Tövbə qapısına gəl, təmizlə günahını,

      Başqa hədyan söyləmə, seç Tanrı dərgahını!

      Üzr istəyib, tövbə qıl, keçərlər günahından,

      Qolu bağlı gedərsən yoxsa ora bir zaman.

      Çöldə ot otladığın, yatdığın yetər artıq,

      Bir az da fələklərin yaşıl bağçasına çıx.

      Ayıltmasa göy səni çəkil, hicra guşəyə,

      Bir azca azuqə yığ o dünyaya köçməyə.72

      Qanlı yaşlar tökməyin axı nə mənası var?

      Çoxdan gəbərib gedib sağlığında yatanlar.

      Səni yuxu sərsəmi görən “Şəfəq sahibi”,

      Yayınacaq gözündən, endirəcək niqabı.

      Fələk köçü yüklədi, qalx, ey Nizami, oyan!

      Kimdir bu gecə yarı73 ayağını bağlayan?

      İsa peyğəmbərin hekayəti

      İsanın ayaqları yol açıb dünyalara,

      Gəlib çıxmışdı bir gün balaca bir bazara.

      Gördü bir çoban iti, canavar kimi nəhəng,

      Yol üstündə uzanmış cansız, nəfəssiz köpək.

      Dörd yanını bürümüş adamlar qatar-qatar,

      Leş yeyən quzğun kimi başına toplaşıblar.

      Biri dedi: “Çatladar beynimizi bu cəmdək,

      Yanan çıraq küləkdən uzaq gərək, gen gərək!”

      Biri dedi: “Rədd edin, görünməsin bu murdar,

      Gözümüzü kor eylər,