deyirdi. Arkadi Lvovic deyirdi:
Avropanın bütün ölkələrini say! Tez!
Onun özü ingilis dilində çox yaxşı danışırdı. Çox sonralar mən müəllimimi vəfatından bir qədər öncə gördüm. Arkadi Lvoviç çoxdan təqaüddə idi, Leninqradda (Sankt -Peterburqda: -C.P.) yaşayırdı. Mən, şəhərə konsert proqramı ilə qastrola gəlmişdim, həmin zaman “Böyük teatr” Leninqradda səfərdə idi. Yadımdadı, mən restoranda şam yeməyi təşkil etdim, “Böyük teatr”ın bir neçə solistini və Arkadi Lvoviçi dəvət etdim. Şam yeməyi əla keçdi, çox yaxşı alındı…
Başqa bir yaxşı pedaqoq isə Aron İzrailoviç idi. O, bizə musiqi savadı fənnindən dərs deyirdi. Ömrümün sonuna kimi bir məqamı heç vaxt yaddan çığartmayacam. Musiqi savadı haqqında hələ heç nə bilmirdik o, isə bizə deyirdi:
Mən sizə deməyəcəm salam, uşaqlar! Əyləşin! Siz də mənə cavab olaraq deməyin: Salam, Aron İzrailoviç! Mən sizə deyəcəm:
-Si-mi-lya-re-sol-do-fa . Siz isə mənə cavab verəcəksiniz Fa-do-sol-re-lya-mi-si.
Bununla da biz həmişəlik yadda saxladıq ki, notun üzərində hansı diyes olmalıdı. Bizdə “oyunbaz, məsxərəçi, təlxək” qrupuna botanika müəlliməsi Yekaterina Minayevna daxil edilmişdi. Onun hərəkətlərində, sanki, qeyri-adilik var idi. Bu, müəllimənin mənə qarşı meyl gostərməsi hiss olunurdu. O, daima nəyi isə mənə irad tuturdu:
-Maqomayev, sən nə edirsən?
-Heç nə.
-Nə lazımdı, onu elə!
Nəyin lazım olduğunu və necə etməyi isə mən anlamırdım. On üç yaşım olanda mənim bığlarım çıxmağa başladı. Bir dəfə müəllimə mənə dedi:
-Maqomayev niyə sənin bığların çıxmağa başlayıb?
Bu, yaşlı qadının tamamilə azyaşlı oğlandan bunu soruşması mənim üçün qaranlıq qalırdı. Əlbəttə, mən qısa cavab verərək dedim:
-Bilmirəm! Mən tanış kişidən soruşaram, nə edim ki, bığlar böyüməsin.
Ən gülməli isə o idi ki, bizim müəllimənin bığcığı mənim bığımdan böyük idi”.
Sözsüz ki, məktəbdə baş verən proseslər Müslümünn şəxsi baxış bucağı hesab oluna bilər. Çünki bəzən elə olur ki, məktəbdə bundan qat-qat, daha artıq, daha maraqlı və ya, əksinə, kifayət qədər başqa neqativ hallar yaşanır.
1958-ci ildə “Böyük teatr” Bakıya qastrol səfərinə gəlir. Müslümün bu teatrla ilk tanışlığı məhz, həmin zamana təsadüf edir. Hamıya yaxşı bəlli idi ki, “Böyük teatr” sabiq SSRİ məkanında opera və balet sənətinin etalonu hesab olunurdu. Qeyd etmək yerinə düşər ki, sovetlər ölkəsində ən yaxşı opera müğənniləri və balet ustaları “Böyük teatr”da cəmlənirdi. Bu, teatr, sözün həqiqi mənasında, “Böyük” idi. Çünki opera və baletin məbə-di hesab olunan bu, mədəniyyət ocağı Avropanın (İtaliya, Fransa, Böyük Krallıq) , o cümlədən dünyanın (ABŞ, Yaponiya, Çin) ən aparıcı kollektivləri ilə rəqabət aparmaq gücünə malik olan bir musiqi məbədi idi. Belə bir məqamdan istifadə edən rəhbərlik Müslümü yoxlamaq qərarına gəlir.
Bu, barədə Müslüm xatirələr kitabında yazırdı: “Mən, Mefistofelin “Faust” əsərindən kupletlər, “Sevilya bərbəri” operasından isə Fiqaronun kavatinasını, həmlarçinı, bir neçudı Təqribən saat yarım oxudum. Heç bir münasibət… Daş si-fətlər…
–Sağ ol, gənc oğlan! Siz bir qədər dəhlizdə gəzişin, biz isə yoldaşlarla məsləhətləşək.
Müzakirə çox uzandı. Nəhayət ki, bizim qeyri-adı komissiya Niyazı əminin rəhbərliyi altında burunlarını sallayaraq otaqdan çıxdılar. Orda nəyin baş verdiyini anlamadığım üçün, bizim teatrın solisti Bünyatzadəyə yaxınlaşıb soruşdum:
-Bünyad əmi, niyə bizimkilərin burnu yernən gedir?
O, isə belə bir cavab verməklə, sanki, məni sakitləşdirdi.
-Əh, nə olsun ki, hərdən belə də olur, oğlum! QocalIblar! Cavanları başa düşmürlər.
Mən qətiyyətlə Bünyad əmiyə yenə muraciət etdim və soruşdum:
-O, nə dedi?
-Heç nə demədi. Sürünün, -dedi, -onunla əhəmiyyətli heç nə. Yaxşı səsi olan oğlandı, bundan artıq heç nə…
Mən əməlli-başlı həyəcanlandım, amma tez də soyudum”.
Müslümün doğmaları hələ də narahat olmaqda idilər. Onlar əmin idilər ki, uşaqda mutasiya davam edir, ola bilsin ki, səs tamamilə dəyişsin və ya birdəfəlik itsin. Odur ki, Müslümü mütəxəssisə gostərmək lazım gəlir. Elə bu, zaman Camaləddinin gozünə bir qəzet məqaləsi sataşır. Həmin məqalədə deyilir:
“Moskva ətrafında, ya larinqoloq-müğənni, ya da müğənni-həkim yaşayır”.
Çox nadir hallarda olur ki, insan, həm səs tellərinin, həm də vokalın incəliklərini mükəmməl bilsin. Mən, Müslümün həyatının kiçik bir anını xatırladan bu hissədə, əmisi Camalın diqqət və qayğısı ilə yenidən rastlaşdım. Bir daha əmin oldum ki, Ayşət xanımın oğlu Müslümün “acılı uşaqlıq illəri” ilə bağlı söylədiyi fikirlər tamamilə yanlışdı. Ziyalı mühitində böyüyən Müslüm əmisindən və onun həyat yoldaşından kifayət qədər yaxşı təlim-tərbiyə, isti, mehriban, doğma münasibət görmüşdü. Əks təqdirdə onun kim olacağı böyük sual altında qala bilərdı. Göründüyü kimi, hətta, yaşla bağlı səs tellərində yaranan dəyişikliklər bu, iki insanı bərk, həmçinin, kifayət qədər ciddi narahat edirdi. Muslum bu, məqamı qələmə alaraq yazırdı:
“Camal əmim mənə dedi:
-Mən, Moskvaya gedirəm. Yığışdan, mənimlə gedəcəksən. Bu, həkimi taparsan və onun üçün oxuyarsan. Qoy o, sənin boğazına diqqətlə baxsın.
Mənim yaşımın keçici dövrü əmimə rahatlıq vermirdi. Ancaq səsin keçiciliyi artıq yox idi. Qurtardi! Cənubda yaşayan uşaqların hamısında olduğu kimi: burda, yetişmə dövrü tez baş verirdi.
Moskvaya gəldik! “Moskva” mehmanxanasında dayandıq. Bizim nömrəmiz binanın ən yüksək yerində yerləşirdi. Burdan paytaxta baxış meydançasında oldugu kimi tamaşa edirdim. Moskva haqqında olan ilk təəssuratlarımı geniş danışmayacağam: ağzımı açıb hər keçənin üzünə baxıb gəzirdim. Həmin vaxt Moskva yaxşı təmizlənmiş və bəzədilmiş təsiri bağışlayırdı. İnsanlar gülərüz, səmimi, mehriban, xoş görünürdülər, çünki başqa zaman idi, tamamilə indiki dövrə, qaşqabaqlı-qayğılı, özünə qapanoxan-fikirli insanları olan. Əmimin SSRİ Dövlət Plan Komitəsində işi var idi: həmin vaxt o, Azərbaycan Nazirlər