düşünürdü? Yaxşı olardı ki, bunu onun öz dilindən, daha doğrusu, onun xatirələrindən oxuyaq.
“Sonralar mənim həyatımda çeçen mövzusu yer almağa başladı. Hərşey Çeçenistana olan iki həftəlik qastrol səfərimdən sonra başladı. Qroznıdan Bakıya jurnalist Bəşir Çaxkiyev və onun iş yoldaşı gəldilər. Onlar mənim babam haqqında şəhərlərində muzey yaratmaq üçün material toplayırdılar. Əlbəttə, onlar mənimlə tanış oldular və təklif etdilər ki, onlarla gedim, Qroznı filarmoniysında işləyim, həmçinin, mənim babamın atası Məhəmmədin vətəni şolum tanı”.
Söhbətin bu yerində, Müslümün yadına onların ailəsində daima danışılan bir əfsanə düşür. Bu, əfsanə dağlı-qəhrəman Şamil ilə bağlı olur. Əfsanə haqqında Müslüm daha ətraflı yazmağı məqbul sayır və belə də edir:
“Keçən əsrdə (XIX əsr nəzərdə tutulur: -C.P.) dağlı-qəhrəman Şamil qoşunu ilə Şimali Qafqaz xalqlarını birləşdirmək missiyası ilə çox gözəl ęrfəxə O, yaşı az olan oğlan uşaqlarını bir kənddən götürüb başqa bir kəndə gətirir. Bu, missiya bütün kəndləri əhatə edir və bununla tayfalararası, xalqlararası qarışdırma aparılır. Hələ uşaqlıq illərini yaşayan və anlaqsız oğlan olan babamın atası Məhəmməd də bu qarışıqlığa düşür. Şamilin onu haradan gətirməsini heç kim bilmir. Mənim üçün, bu bir o qədər də əhəmiyyət kəsb etmirdi. Çünki mənim bədənimdə o qədər etnik qan qarışığı var ki, bu məni təbiətən, istər-istəməz beynəlmilər edir. Həyatın çətin olmasına baxmayaraq Məhəmməd övladlarına təhsil verir… Babamın bacısı Malikə çoxdan dünyasını dəyişibdi. Sağ olanda mən ondan bizim nəsilin mənşəyi haqqında soruşdum. O, isə hiyləgərcəsinə gülümsəyərək məni bu fikirdən yayındırdı və Şamil haqqında əfsanəni danışdı…”.
Müslüm dağlı Şamil haqqında əfsanəni danışmaqla, nəinki, özünün, ümumiyyətlə, Şimali Qafqaz tayfa və xalqlarının milli mənşəyi ilə bağlı çox böyük bir sualı gündəmə gətirmiş oldu. Sözün, həqiqi mənasında, təbiətcə beynəlmilər fəlsəfəsinə mənsub olan müğənnidən başqa bir cavab gözləmək absurd, cəfəngiyyat olardı. O, çeçen mövzusu ilə bağlı fikirləri birdəfəlik alt-üst etmək üçün söhbətinə davam edərək xatirələr kitabında yazırdı: “Bir dəfə Kremldə növbəti dövlət, yoxsa bayramla bağlı və ya hansısa ildönümü münasibəti ilə keçirilən konsertdə iştirak edirdim. Yüksək səviyyəli adi konsert idi. Burda “xalq” çinli artistlər iştirak edirdilər. Mən, artıq məşhur adam idim və çoxları mənim nəsil səcərəm ilə maraqlanırdılar. Çıxışdan sonra foyeyə çıxdım, gördüm ki, bir qruppa dayanıb, mərkəzdə isə Mahmud Esambayev onlara həvəslə nə isə danışır. Məni gördu və dedi:
Müslüm , biz sənin haqqında danışırıq. Özün onlara denən, sən milliyyətçə kimsən?
Mən cavab verdim:
Azərbaycanlı!
Mənim bu, cavabımdan çaş-baş qalan Mahmud Esambayev acıqlı, hirsli dillənərək dedi:
Necə azərbaycanlı?!
Mahmud təəccüb içində qaldı, hətta, məşhur papağını əzdi. Mən isə onun sualını cavablandıraraq dedim:
Belə… Əgər sən demək istəyirsənsə mən milliyyətçə çeçenəm, bunu mən böyük inamla təsdiqləyə bilmərəm, çünki özüm düzünü bilmirəm. Ancaq dəqiq bilirəm ki, mənim vətənim Azərbaycandı, mən orda doğulmuşam. Bu , torpaq məni bəsləyib, tərbiyə edib. Bakıda mən təhsil almışam, şükürlər olsun ki, mən indi varam.”
Mahmud Esambayev Müslümlə olan bu söhbətindən sonra bir müddət ondan incik, küsülü düşsə də, bu çox çəkmir. Zəmanənin böyük müğənnisi və rəqs ustası tezliklə barışırlar və onların dostluğu bərpa olunur. Ancaq çox təəssüflər olsun ki, Müslüm Mahmud Esambayevə dağlı Şamil haqqında bildiyi əfsanəni danışmır. Bəlkə, bundan sonra etnik mənsubiyyət baxımından Esambayevin özündə də müəyən fikir ayrılığı yarana bilərdi.
Çeçenistandan gələn yeni “jurnalist-dostlarının” danışığına və vədlərinə inanan Müslüm həyat yoldaşı Ofeliya xanım ilə birlikdə Qroznı şəhərinə gəlirlər və yerli filarmoniyada işə başlayırlar. Bu zaman, Müslümün əmisi Camal dövləti işlə bağlı yeni təyinat alır. Cəmaləddin Maqomayevi Azərbaycanın Rusiyada daimi nümayəndəsi təyin edirlər. O, Moskvaya getməli və Bakıdakı mənzilini dövlətə qaytarmalı olur. Müslüm geniş və rahat mənzili dövlətə qaytarmaq istəyən əmisi Cəmaləddin haqqında ironiyasız deyirdi:
“Sədaqətli və vicdanlı kommunist idi!”
Xalq arasında belə bir deyim var ki, mütəəssir, həssas insanlar özlərinin erkən həyatını çox kiçik yaşlarından yadlarında saxlayırlar. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, bu xüsusiyyət hər kəsə nəsib olmur. Çünki bunun özündə, bir bəxt, bir tale, bir qanunauyğunluq yaşanır, hökm sürür, görsənir. Bu, nöqteyi-nəzərdən Müslümü tez təsirlənən, ürəyi yumşaq, həssas insanlar qrupuna aid etmək olar. Müğənni həyatda sübut etdi ki, həqiqətən o, gözü tox, qəlbi incə, daima kömək əli uzadan, heç kimin xətrinə dəyməyən, tez inciyən, nazikürək birsi Allah bolubndə. Məhz, buna görə də, müslün erkən yaş dövrünə, ümumiyyyyətlə, uşaqlıq illərinə səyahət etmək, olduqca maraqlın üstünə şın və aydınlıq gətir.
O deyirdi: “Bilmirəm, bəlkə mən o qədər sentimentalam ki, erkən həyat tərzim, onu yadda saxlamağım haqqında danışıram. Mənim ilk duyğularımdan biri: küçə ilə birlikdə getdiyim dayə Qrunya xalanın yumşaq və isti əlləri olubdu. Uşağın dayə ilə gəzintiyə çıxması, həm yaxşı, həm də rahat olur. Bir dəfə, mən Qrunya xala ilə şəhərə gəzməyə çıxdım. Evdən buraxılmağımdan istifadə edən qarı məni kilsəyə apardı. İndiyə kimi titrəyən şamlar, təmtəraqlı pravoslav kilsəsi, yanan büxurun iyi yadımdan çıxmayıbdı. Sonralar mən mümkün ola bilən müxtəlif konfekssiya, ayin və mərasimlərin şahidi oldum. Ancaq rus kilsəsi həmişəlik yaddaşımda nağıl teremi kimi əbədi olaraq qaldı…”.
Uşaqlıq illəri ilə bağlı Müslümün söylədiyi bəzi fikirləri bütün uşaqlara şamil etmək olar. Onlara elə gəlir ki, uşaqlıq illərini olduğu kimi xatırlaya bilirlər, amma həqiqətdə bu heç də belə deyil. Onların özləri haqqında danışdıqları sadə təxəyyülün məhsuludu, çünki beyinin özünün yadda saxlama, daha doğrusu, yada yazma prinsipləri mövcuddu və bu elm ilm ilsübdi. Ancaq Müslüm kimi iti zəkaya, phenomenal yaddaşa malik olan insanlar bu nöqteyi-nəzərdən, istisna təşkil edə bilərlər. Bu, yadda saxlamanı uşaqlıq dövrünün ilkin və ya orta mərhələsi kimi də qəbul etmək olar. Ushağa nağılların danışılması ilə, uşağın nağılları özünün oxuması arasında əməlli-başlı, xeyli zaman dayanır. Lakin burda, Müslümlə tamamilə razılaşmamaq qeyri-mümkündü. Onun fəlsəfi yaddaşa malik olması heç kim üçün sirr deyil. Bunu, həm də onun əzbərdən bildiyi və müxtəlif dillərdə səsləndirdiyi opera, ariya, operetta və çoxsaylı neopolitan, estrada və bəstəkar mahnıları sübut edir. O ki,