Ələsgər Siyablı

Dünya tarixinin Turan Dövrü


Скачать книгу

əlaqədar kütləvi xarakter almışdır. Bürünc dövründə onlar artıq böyük kütlə halında Avropada məskunlaşmışdılar. (Boule Marcellin. 1921, Səh. 351)

      M.Ball yazır ki, Pumpellinin Türkistanda tədqiqatları neolit dövründən başlayaraq müasir dövrümüzə qədər bir-birini ardıcıl əvəz edən beş mədəyyəti aşkar etmişdir. Ordakı ilk mədəniyyət m. ö. 8-ci minilliyə aiddir. (Boule Marcellin, 1921, Səh. 356)

      Çex tarixçisi Bedrix Hroznı Ön Asiyada dolixokefal və braxikefal antropoloji tiplərin mövcudluğunu bu ərazinin ən qədim xalqı olan Sumerlərin braxikefal və dolixikefal olmaqla iki antropoloji tipə mənsub qafatasları və qədim heykəllərilə müəyyən olunduğunu və bu fərqliliklərin onların müxtəlif dövrdə iki axınla gəlib Mesopotamiyada yerləşmələri ilə izah edilməli olduğunu yazır. (B.Hrozni. 1953, Səh. 39–40)

      Ural-altaylı türklər əsas etibarı ilə dolixokefal idilər, onların içərisində rast gəlinən broxikefallıq içlərinə qarışmış olan monqol ünsürlərin mövcudluğundan irəli gəlirdi.

      Avropanın görkəmli tarixçi və antropoloqları Avropada tarixin ilkin dövrlərində məskunlaşan turanlı xalqların etnik kimiliyini müəyyənləşdirərək onların yayılma coğrafiyası və miqrasiya hərəkətlərinin istiqamətlərini də təsbit etmişlər. Avropanın bu qədim turanlı etnosları ümumi adla iberlər və liqurlar adlanaraq öz tərkiblərində çoxsaylı qədim tayfaları birləşdirmişdilər.

      Fransız antropoloqu Jak Morqan da Avropanın, Qədim Asiyanın və Afrikanın şimalındakı əhalinin neolit döründə dolixokefal tipə mənsub olduqlarını yazır. Morqan hind-avropalıları və ariləri broxikefal tipinə aid edir. (Jacques de Morgan, 1925, Səh. 155, 172)

      Təkcə İtaliyanın deyil, bütövlükdə Avropanın iberlərlə yanaşı ən qədim əhalisi olan və bu qitənin tarixində önəmli rol oynayan liqurların turanlılara mənsub olduğu fikrinin ilk müəllifi də Nikolucci olmuşdur. (Francesco Molon, 1880, Səh. 35)

      İtaliyanın görkəmli tarixçisi Custin Nikolucci zəngin tarixi və etnoqrafik dəlillərə əsaslanaraq belə bir nəticəyə gəlmişdir ki, İtaliyanın bu günki liqur əhalisi qədim tarixi dövrdə təkcə İtaliyada deyil, həmçinin Fransada və İspaniyada məskunlaşmış liqurların birbaşa varisləridirlər. Avropada arilərə qədər məskunlaşmış əhali malik olduqları keyfiyyətlər baxımından turanlılar olmuşlar. Arilər İtaliyaya gəldikdən sonra digər bölgələrin turanlı əhalisi onlarla qaynayıb qarışaraq assimilyasiyaya uğrasalar da İtaliyanın şimalında Alp dağları ilə dəniz arasındakı Pyemont və Liquriya bölgəsinin qeyri ari əhalisi öz dillərini, adət-ənənlərini və etnik xüsusiyyətlərini qoruyub saxlayaraq vahid bir millət kimi təşəkkül tapmışlar. (Arturo İssel, Liguria Geologica e Preistorica, Səh. 69)

      Molon yazır ki, İtaliyada, İspaniyada və Fransanın cənubunda məskunlaşan qədim xalqı Nikolucci və digər antropoloq bilim adamları ligurlar adlandrır və onları fin-uqor ailəsinə aid edirlər. Mən onları liquroidlər adlandrıram və onların liqur və iber olmaqla iki qoldan ibarət olduqlarını təsbit etmişəm. (Francesco Molon, 1880, Səh. 21)

      Yuxarıdakı şərhlərdən də göründüyü kimi bir çox antropoloqlar liqurları ural-altay ailəsinin uqor/oqur qoluna aid edirlər.

      Emmanuele Kelesia Liqur sözünün önündəki “li”-nin ön şəkilçi olduğunu və etnonomin “gur” və ya “quri” ola biləcəyini yazır. (E. Kalesia. Dell Antichissimo İdioma de Liguri, Səh. 10)

      Bizim fikrimizə görə də Avropanın qədim turanlı xalqı olan Liqurların adları uqur-uqor etnoniminin qədim fonetik şəklidir. Bir çox müəlliflər də uqur və oqurları uyğur türkləri ilə eyniləşdrirlər.

      F.Molon yazır ki, Mərkəzi Asiyadan gələn Turanlıların ural-altaylılara mənsub liqur və iber qolu laplandlar və finlərdən sonra Avropaya gələn ikinci miqrasiya idi. O, keltlərin timsalında iran-ari irqinə mənsub insanların turanlılardan xeyli zamanlar sonra Avropaya miqrasiya etdikləri fikrini irəli sürür. (Francesco Molon, 1880, Səh. 32)

      “Alb” toponimi liqurların məskunlaşdığı ərazilərdə geniş yayılaraq Alp, Alba, Albano, Alban kimi çoxsaylı toponimlər meydana gətirmişdir. Molon Albion adının Saturnun oğlunun adından götrüldüyü haqqında Pampolio Melanın fikrini inandrıcı hesab etmir və Albano xalqının liqur mənşəli olduğunu və Appenin yarımadası boyunca yayılaraq Latium (Latsio) ərazisində də məskunlaşdıqlarını qeyd edir. (Francesco Molon. 1880, Səh. 36)

      Nikolucci ilə yanaşı İtalyalı tarixçi və antropoloqları İssi, Livi və bir çox fransız antropoloqları da Liqurları turanlı irqinə aid edirlər. (G. Sergi, 1901, Səh. 162)

      Q.Serqi qohum xalqlar olan liqurların və iberlərin yayılma coğrafiyasından bəhs edərək yazır ki, İberlər indiki İspaniyada və Portuqaliyada yeləşərək öz adları ilə böyük yarımadanı İberiya adlandırdılar. Liqurlar müxtəlif adlar altında İtaliyanın müxtəlif ərazilərində məskunlaşdılar və Fransanın güneyindən hərəkət edərək İspaniyada iberlərlə birləşdilər. Pelasqlar Yunanıstanda Peloponnes yarımadasında və dənizdəki adalarda məskunlaşmış, sonradan İtaliyaya və ordan Kiçik Asiyaya keçərək orda Khatti və ya Hitit adıyla yayılmışdılar. (G. Sergi, 1901, Səh. 33)

      Yalnız Türk tarixçilərinin bir qismi deyil Avropa tarixçilərinin də bir çoxu Xattiləri, Hiksosları, Pelasqları turanlı Ön Türklər hesab edirlər.

      G.Serqinin yazdığına görə zamanın gedişatında qarşılıqlı mübarizə, hökmranlıqlar və istilaların təsiri ilə bir çox xalqların adları dəyişikliyə məruz qalmış, digərləri öz adlarını qoruyub saxlamışlar. Pelasqiya Yunanıstan adlanmış, Khatti ölkəsi Finikiyaya çevrilmişdir. (G. Sergi, 1901, Səh. 34)

      Hititlərə bir neçə əsər həsr etmiş italiyalı rahib Sezare De Karaya görə Xatti/Hititlər pelasqlardırlar və eyni zamanda Misiri işğal etmiş hiksoslar da pelasqlardırlar. De Kara hititləri bir xalq yox Misirə, Babilə və ya Assuriyaya birləşmiş bir çox xalqlardan ibarət siyası konfederasyon adlandrır. De Karaya görə Hititlərin ibtidai dağılma bölgələri Suriyanı, Kiçik Asiyanı, Skifiyanın cənubunu yəni Qara dəniz ətrafını və Azovu əhatə edirdi. (G. Sergi, 1901, Səh. 146)

      Lemnos adsında tapılmış yazı etruskların pelasqların qərb qolu olduğuna heç bir şübhə yeri qoymur. Pelasqlar əsasən Yunanıstan və Kiçik Asiya ərazilərində yayılmışdılar. (G. Sergi, 1901, Səh. 166)

      İngilis tarixçisi G.Smit də pelasqların turanlıar olduğu fikrini müdafiə edərək yazır: “Pelasqlar Yunanıstanın və İtaliyanın cənubunun hind-avropalılara qədərki dövrdə məlum olan ən qədim turanlı sakinləridirlər. İoniya və onun qonşuluğundakı adalar ilkin dövrlərdə pelasqlar tərəfindən məskunlaşmışdılar”. (Smith Philip. 1888, Səh. 424)

      Amerikalı antropoloq Harvard universitetinin professoru Vilyam Ripli “Avropa irqi” adlı əsərində bəşəriyyəti Tevtonik, Alp və Aralıq dənizi olmaqla üç antropoloji tipə ayırır və Aralıq dənizi tipini eyni zamanda İberiya tipi adlandırır. V.Ripli Avropanın Alp irqinin Asiya kökənlı olduğunu və türkmənlərin də Alp irqinə mənsub olduqlarını qeyd edir. Ripli Azərbaycanlılar ve Şimali Qafqaz türkləri ilə yanaşı tatarları da Alp irqinə aid edir. (William Z. Ripley, 1899. Səh. 419)

      Ripli Mərkəzi Asiyada, Türkistan dağlarıı ətrafında və şimalda yaşayan türkmənləri, Aral-Xəzər çökəkliyində yaşayan türkləri monqoloid deyil Alp irqinə mənsub olduqlarını yazır. V.Riplinin fikrinə görə Alp irqinə mənsub insanların Avropaya gəlməsi ilə onların