Ələsgər Siyablı

Dünya tarixinin Turan Dövrü


Скачать книгу

ilə yaranmışdır. Bəzi qaynaqlarda “Tuz” şəklində ifadə olunan söz “Tur” kəlməsinin “z” ləhcə ifadəsinə xas şəklidir. Bu söz “yaranış-oluşum” və “intizam-qayda” mənasında işlənmişdir. İran dastanında türklərin əcdadı kimi təqdim olunan Tur və Tuz eyni adlardır. Bəzi alimlər “Turan” sözünü yunan mənbələrinə əsasən Aral gölünün arxasında yaşayan “Tur”lara aid olduğunu və onların da yanlışlıqla irani bir tayfa olduğunu fərz edirlər. (Z.V.Togan, giriş. 1981, Səh. 44)

      Türk adının mənası müxtəlif şəkildə izah edilmişdir. Türk adının “güclü, qüvvətli” demək olduğu fikrini F.V.Müller, A. Le Coq, V.Thomsen, Qy.Nemeth, L.Bazin, L.Rasonyi, L.Qumilyov və Y.Öztuna kimi bilim adamları dəstəkləmişlər.

      Türk adını Tür kökünə dayanaraq “törəmiş, insan, yaradılmış” mənasında izah edənlər isə Z.V.Toğan, A.Vamberi, F.Sümer kimi bilim adamları olmuşlar. Z.Göyalp və V.Bartold Türk adını “törəli, yəni törəyə malik olan” şəklində izah edirlər.

      Mahmud Kaşğari “Divanü Lüğat-it Türk” əsərində Türk sözünü “olğunluq çağına, yetişkənlik çağına çatmış” şəklində izah edir. Ərəb yazılı qaynaqlarında Türk adı ilk dəfə Cahiliyyə dövrünün VI əsr şairi Al Nabiqa əl-Zübyaninin əsərində çəkilmişdir.

      Bizans mənbələrində Türk adını ilk dəfə İstanbulun fəthindən sonra İtaliyaya gedən Bizanslı Th. Qazesin İtalyan humanisti F.Filelfoya yazdığı məktubda İstanbulu fəth etməklə Türklərin öz əcdadları Troyalıların intiqamını yunanlardan aldığı haqqında bəhs edərək çəkmişdir. (C. Anadol. 1996, Səh. 12)

      Fikrimizə görə Türk sozünün ilkin ifadə forması sumer dilində mövcuddur və bu söz sumer dilinin leksikası əsasında uğurla izah edilə bilər. Yuxarıda bu sözün sumer dilində ilkin variantları kimi Turqumannu, Turqu, Turukku və s. şəklində Oppertin, Lenormanın, Norrisin və digər böyük assuroloqların şərhində öz əksini tapdığını qeyd etmişdik. Bu böyük bilim adamlarının da qeyd etdikləri kimi, sözün kökünü Tur eponimi təşkil edir. Söz iki tərkibdən ibarətdir Tur-qu və ya Tur-uqu. Öncə də qeyd edildiyi kimi sumer dilində Tur sözünün anlamlarından biri də “oğul” deməkdir, sözün ikinci tərkib hissəsi isə uq/uqu/uku kəliməsindən ibarətdir ki, sumer dili lüğətlərində bu sözün mənası “insan, əhali, xalq, kütlə, ölkə” kimi izah olunur. (J.Halloran, Sumerian lexicon, Səh. 18)

      Y.Oppertin, F.Lenormanın və keçmişin digər böyük assuroloqlarının Tur-qu eponiminin izahına əsaslanaraq bu sözün qədim deyiliş forması ilə Turuk və müasir deyiliş şəkli olan Türk və ya Türük etnoniminin də kökünü təşkil etdiyi fikrindəyik. Yəni Türk adının mənası da özünün sumer dilindəki qədim fonetik şəkli olan Turuq kimi “oğulun xalqı” və daha doğrusu yuxarıda şərh olunduğu kimi “tanrının oğlunun xalqı” deməkdir. Qədim türk dilində uq sözünün bir mənası da “xalq”, “qəbilə”, “nəsl” deməkdir. (ДТС, 1969, səh. 367)

      Tur-qu sözünün sumer dilində digər mənası da “kutsal, müqəddəs doğum yeri” anlamı daşıyır. Yəni varlığın, kainatın yarandığı məkan. (J.Halloran, 1999. Səh. 149)

      Bir çox qohum dillərdə olduğu kimi Turqu sözü kassi dilinə də keçmişdir.

      Amerikan assuroloqu H.Hilprext Nippur məbədinin kassi arxiv sənədlərinin linqvistik təhlilini verərkən belə nəticəyə gəlir ki, Kassilərin Turqu tanrı adı iki tərkibdən ibarət olub Tur “ər” Uqu isə “arvad”dır və kainatın vəhdətini, ilkin başlanğıcını təşkil edən qadınlığı və erkəkliyi təcəssüm edirlər. Tur sumerlərin An tanrısının, Qu isə Ki tanrısını təmsil edir. Onun şərhinə görə kassilərin Turqu tanrısı sumerin yerin və göyün vəhdətini təcəssüm edən Anki tanrısının ekvivalentidir. (Hilprecht H. 1908, Səh. 21)

      An və Ki-nin, yəni göyün və yerin birləşməsi nəticəsində kainat yaranmışdır. Hilprextin də şərhindən aydın görünür ki, Tur və Qu paralel olaraq sumer tanrılar panteonunda iki ilkin başlanğıcı, göyü təcəssüm etdirən An tanrısını və yeri təcəssüm etdirən Ki tanrısının ekvivalentləridirlər. Turqu kassi mifologiyasında teonim olaraq həyatın ilkin başlanğıcını, göyün və yerin vəhdətini özündə təcəssüm etdirir. Sumerlərin An-Ki və onun kassi ekvivalenti olan Tur-Qu Türklərin dini inanclarında da, öz əksini tapmışdır. Türklərin yaradılış əfsanəsinə görə kainat yerlə göyün birləşməsi nəticəsində yaranmışdır. Göy Türk dövlətinin hökmdarı Bilgə Xaqan kitabəsində yazılmışdır: “Üze Gök Tenqri Asra yaqız yer kılındukta ekin ara kişi oqlu kılınmış. (Yukarıda mavi göy, aşağıda qara yer yaradıldığında ikisi arasında insanoğlu yaradılmışdır)”. (Aysun Ata. Orhun Türkcesi. Eskişehir, 2011, Səh. 159)

      Sumer əfsanəsinə görə hökmdarların Quza adlanan hakimiyyət taxtı göydən tanrı tərəfindən endrilmişdir, yəni hakimiyyət tanrının seçmiş olduğu şəxsə tanrı tərəfindən əta edilmiş və ona Kut verilmişdir. Əfsanəyə görə Sumerdə hakimiyyət taxtı ilk olaraq Erudi şəhər dövlətinə verilmiş və onun ilk sahibi 28000 il hakimiyyət sürmüş Alulim olmuşdur. Sumer mifologiyasında Alu An tanrısının öküzü, ilu isə Tanrı deməkdir. Sözün mənası “Tanrının öküzü” anlamındadır. (Friedrich Delitzsch. 1896, Səh. 60)

      İngilis assuroloqu Vaddel Sumerin ilk hökmdarı Alulimin digər bir adının Ukus olduğunu yazır. (Waddell L. 1930, Səh. 204)

      Ukus sözü türkcəmizdə öküz sözünün qədim fonetik şəklidir.

      Sumerdə hakimiyyətə sahiblik növbəli olmuş, hər bir şəhər bəylik dövlətinin ölkə üzərində hakimiyyət dönəmi başa çatdıqdan sonra hakimiyyət taxtı digər şəhərə verilmişdir.

      Hakimiyyətin türklərə tanrı tərəfindən verildiyi Göy Türk Bilgə xaqan kitabəsində də, öz əksini tapmışdır. Bilgə xaqan kitabəsində özünün Tanrı kimi göydə yaradıldığını, Tanrı buyurduğu üçün, kutu olduğu üçün xaqan olaraq taxta oturduğunu yazmışdır. “Annem hatunu yücəltən Tanrı, vatan verən Tanrı Türk halkının adı sanı yok olmasın deyə beni o Tanrı, kağan olaraq o taxta oturtdu”. (Aysu Ata. Orun Türkcesi, Eskişehir. 2011, Səh. 143, 164)

      Yuxarıda qeyd edildiyi kimi Y.Oppert də Turqumannu sözünü “insan oğlu” kimi izah edir. Sumerlərin Turqu eponimi sonrakı dövrlərdə kassilərin Turqu kralı, Hititlərin Tarku, Etruskların Tarxon və Turan, İbranilərin Turax tanrılarının kökünü təşkil etmişdir.

      Elmdə Türk adının ən qədim yazılış formasının ilk dəfə Tu-kyu şəklində 542-ci ildə Çin səlnamələrində rast gəlindiyi fikri hakimdir.

      Çinşünas Klaprotun yazdığına görə çin dilində r hərfi olmadığı üçün Tür-ük adı Tu-kyu şəklində yazılırdı. Türk etnoniminin ən qədim deyiliş forması kimi qəbul olunan “Tür-ük” və ya “Tör-ök” etnonimləri “Tür”, “Tör” və “ük”, “ök” olmaqla iki hecadan ibarətdir. Burdakı “ük” və “ök” kəlimələri türk dilində “ok-oq” qəbilə mənasında izah edilir. Türük adındakı qəbilə anlamı verilən ük sonluğu sumer dilində insanlar, əhali, çoxluq, insan qrupu anlamı daşıyan uq sözünün dəyişik fonetik şəklidir. Türk dillərindəki uqul/oğul sözü də kök etibarı