Ataqam

Qanadlı körpü


Скачать книгу

“ağoğlan”, arxada “havalı” dediyi Aban Müəzzini görəndə təzim eləyirdi.

      Kənaanın başı Luay Abdullahın dükanının arxasında öz əliylə əkdiyi, günaşırı məscidin həyətindən daşıdığı su ilə suvardığı zeytun ağacına qarışdığından, Aban Müəzzini görmədi. Heç Aban Müəzzin də onun gözdələn baxışlarına tuş gəlmək istəmirdi. O zeytun ağacına, illah da o ağacdan asdığı yazılara görə, Kənaanın başı çox ağrımışdı. Uzunsaqqal qəsəbə kişilərinin, yalnız sürməli gözləri görünən qarapaltar qonşu qadınların qınağı bir yana, Əl-Kəbir məscidinin imamı ilə “müqavimət”çi[8] başqanın açıq hədəsi onu çox qorxutmuşdu. Təkcə ətirçi bəhayi Luay Abdullahla Aban Müəzzin Kənaanın “kadima”çıların[9] “likud”çulara[10], onların da “müqavimət”çilərlə “azadlıq”çılara[11] qoşulub birgə öldürdükləri qəzzalıların adını ağ boya ilə dəmir lövhəciklərə yazıb zeytunun budaqlarından asmasına təmkinlə baxırdı. Kənaan Luay Abdullahın da, Aban Müəzzinin də küləkli havada zeytun ağacının altında əlləri qoynunda durub yel vurduqca cingildəyən dəmir addaşların qarışıq müsiqisini dinlədiyini çox görmüşdü. Ötən milad bayramı gecəsi üç qarapaltarlı qadının da pir zeytunun altında ağlaşdığını, addaşlardan birini növbə ilə sığallayıb öpdüklərini görən olmuşdu.

      Rəfah tuneli uçub dörd nəfər torpaq altında qalan gün isə Kənaan ətirçi ilə ağoğlanın “Əl-Fürqan” savaşı zamanı Qəzzaya girən tank tırtılları yeri titrədərkən addaşların vahiməli cingilti qopartmaları haqda xəlvəti söhbətini eşitmişdi.

      Qəzzalılar Aban Müəzzinin harda sərçə gördü, “gürzə” bilib, çapan çala-çala dalınca qaçdığını Ayişənin qırxı çıxana qədər qəhərli boğazla, qırxdan sonra qəhqəhə ilə seyr eləyirdilər. Arvadlar isə Aban Müəzzini görəndə zağruta[12] çalıb lülüləyib şənlənirdilər.

      Onun qəfəsində neçə sərçə olduğunu da hamı əzbər bilirdi: ara günlər iki, cümə günləri beş sərçə. Hər sərçə on şekel qazanc gətirirdi. Həftəlik qazancı pitaya[13], hummusa[14], bir də tütünlə qəhvəyə bəs eləyirdi. Bir-iki dəfə Luay Abdullah Aban Müəzzinə falafel[15] təklif etsə də, o, “toxam” deyib ətirçinin əlini geri qaytarmışdı.

      Aban Müəzzinin hara gedəcəyini də hər kəs bilirdi: sahildəki üç tərəfi qamışla hasarlanmış “Baradays Qahve va İstiraha” kafesinin müştəriləri həmişə əliaçıq olurdu, müştərilər onunla mərcə girməsələr belə, kafenin yiyəsi Cəmal Atamneh onu heç vaxt əliboş qoymazdı.

      Aban Müəzzin, adəti üzrə, qumsallıqdan balıqqulağı götürüb Luay Abdullahın pəncərəsinə sarı tulladı. Ətirçi səsə başını qaldırdı, “Əl-Əyyam”ı[16] qatlayıb kənara atdı, əlini yelləyib ona salam verdi.

      Sərçələrin cikkiltisi gəlmirdi, eləcə, Aban Müəzzin addımladıqca, millərin üstündə müvazinətlərini saxlamaq üçün qanadlarını çırpırdılar.

      Aban Müəzzin əlində su qabı, gözü dolmuş Kənaanı qarşısında görəndə duruxdu. Kənaan ona yüngülcə təzim edib ləpədöyən qayalığı göstərdi. Aban Müəzzin gözucu o tərəfə baxdı, qayalara aramsız çırpılıb sönən dalğalardan, bir də leş üstündə dimdikləşən iki kərkəsdən başqa bir şey görməyib Kənaanın başını sığallayıb alnından öpdü, salavat çevirıb şəhərə doğru addımladı.

      O, daş yoldan sağa, kafeyə tərəf dönəndə, Cəmal Atamneh özü onu qarşılayardı. Bu dəfə belə olmadı. Cəmal qaşqabaqlı idi, Aban Müəzzinə dilucu “Səbah əl-Nur” deyib küncdəki boş kətili göstərdi. Dirəyə bərkidilmiş radiodan kafeyə Fayruzun[17] “Bektob esmak, ya habibi”[18] sızıltısı axırdı. Cəmal Atamneh radionun səsini alıb Aban Müəzzinlə üzbəüz oturdu. Cəzvədəki qəhvəni qarışdırıb onun fincanına tökdü.

      – Aban Müəzzin, həbibi, – Cəmal ayağının ucu ilə qəfəsi mizin altına itələyib dedi, – tezdən “müqavimət”çilər gəlmişdi, səni soruşdular, dedilər, mərc qoşmaq şəriətdə yasaqdı. Ehtiyatlı ol, ya Aban, yaman acıqlı danışırdılar!

      Aban Müəzzin dinmədi. Şəriət yasaqlarından xəbəri vardı. Dodaqlarını tərpədib hər cümlənin başında işlətdiyi “mafii müşkila”sını[19] deyib ayağa durdu, əlini bir neçə dəfə yüngülcə Cəmalın kürəyinə vurdu, qəfəsin quşqusunu barmağına keçirib qəhvəxanadan çıxdı.

* * *

      Dənizdən əsən nəsim çirkab suların üfunətini ətrafa yayırdı. Aban Müəzzin arxasını dənizə çevirmişdi. Qayıqları batırılıb iki balıqçı yoldaşını itirəndən sonra o, dənizə ancaq gözucu, sabahın havasını öyrənmək üçün baxardı. Elə bilirdi dənizə çox baxsa, orda mütləq Ala’anın suya qarışmış qanını görəcəkdi.

      Əl-Kəbir məscidindən günorta azanının ucalması ilə işıqların sönməsi bir oldu. Maqnitofona yazılmış azan bir dəfə “Allahu-Əkbər” deyib susdu. Generatorlar uğultu ilə işə düşdü. Azan səsi generatorların qara tüstüsünə qarışıb Qəzzanın içinə doğru süründü.

      Sahildə gəzişən iki ahıl kişi Ərəfatın[20] “Oazis” kazinosu haqda qızğın mübahisə eləyə-eləyə Aban Müəzzinin qarşısından keçib getdilər, amma bir azdan qayıdıb onun yanına gəldilər. Kişilərdən biri əlini açıb beş şnekeli Aban Müəzzinin gözü qabağına tutdu:

      – Oynayaq?

      Aban Müəzzin dinməzcə qəfəsdəki sərçələrdən birini çıxarıb ovcunda gizlədi. Sərçənin başı ilə quyruğu görünürdü.

      Aban Müəzzin rəqibinə baxdı.

      – Ölüdü! – rəqibi kefikök dilləndi.

      – Yox, diridi!

      Rəqibi dostuna baxıb irişdi, Aban Müəzzinin burnuna bir çırtma vurdu:

      – Dedim. ölüdü!

      – Di-ri-di!!! – Aban Müəzzin var gücü ilə bağırdı.

      Sahildə top qovan uşaqlar bir anda çəkişənləri dövrəyə aldı.

      Rəqibi gülüşüb qışqırmağa hazır durmuş uşaqlara baxıb əlini Aban Müəzzinin əlinin üstünə şappıldatdı:

      – Diridisə, aç, baxaq.

      Aban Müəzzin barmaqlarını aralayan kimi sərçə qanadlarını sürətlə çalıb dənizə tərəf uçdu, amma tez də burulub Əl-Kəbir məscidinə sarı uçub getdi. Uşaqların sevinclə atılıb-düşməsi xeyli çəkdi. Ahıl kişi beş şnekeli bir-bir qumun üstünə atdı. Aban Müəzzin ona təşəkkür etdi, yerdən dəmir pulları götürdü, tozunu üfürüb təmizləyib qəfəsin küncünə