– gözlənilmədən Reymonddan səs çıxdı.
Çarli başını qaldırdı:
– Mənə deyirsiniz?
Amma Reymond heç ona baxmırdı. Bütün diqqəti bloknotda idi, kağızla danışırdı.
– Hə, budur, oturacağın dərisinin rəngi də başqadır… Əslində… o, qəhvəyi rəngdə olmalıdır… Bu yazıqsa qırmızıdır…
Nəhayət, Çarli də Reymondla maraqlandı. Qarşısındakı bu bəstəboy adamın yaşını müəyyən etmək mümkün deyildi. Təxminən demək olardı ki, qırx beşə yaxın yaşı ola bilər. Görünüşündən fağır adama oxşayırdı. Başqa xəstələr kimi sadə və təmiz geyinmişdi, qısaqol çit köynəyini sinəsinə qədər çəkdiyi pambıq şalvarının altına salmışdı. Köynəyinin döş cibindən içi dolu plastmas qələmdanının ucu çıxırdı. Saç düzümü başının pulsuz qırxıldığını göstərirdi. Tükləri bir tərəfdə keçə kimi yapıxmışdı, o biri tərəfdə biz dururdu. Bununla belə, xəstənin qayğı və yaxşı qulluq gördüyü nəzərə çarpırdı.
Reymondun üz cizgilərində yaddaqalan bir şey yox idi: bir-birinə yaxın balaca, qara gözlər, ətli burun. Bu sifəti yalnız onun heç nə ifadə etməməsi ilə yadda saxlamaq olardı. Sanki o heç vaxt kədərlənmir, gülmürdü. Lap uşaq rəsmlərində baş yerinə çəkilmiş, həyat nişanəsi olmayan girdə halqalar kimi…
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.