Александр Беляев

Amfibiya adam


Скачать книгу

heyrətləndirdi. Onun kürəyində sanki bədənindən çıxan balaca meymunun döşü, əlləri, başı görünürdü.

      Kristoya elə gəlirdi ki, yuxu görür. Cim hindunu kiçik, sərin otağa gətirdi. Əlləri ilə başa saldı ki, bu otaq Kristonun ixtiyarına verilir. Sonra gedərək Kristonu tək qoydu.

      ÜÇÜNCÜ DİVAR

      Kristo onu əhatə edən qeyri-adi mühitə yavaş-yavaş alışdı. Birinci gün onu çox qorxudan yaquar dərili itlər indi Kristonun ardınca gəzir, əllərini yalayırdılar. Tutuquşular çiyninə qonurdular.

      O, bəxtindən şikayət edə bilməzdi – işi az idi, yaxşı yemək verirdilər. Onu narahat edən bir şey vardısa, o da nökərlərin qaradinməzliyi idi. Kristo əmin idi ki, Salvator onların dillərini kəsmişdir. Doktor Kristonu hərdənbir öz yanına çağıranda hindu hər dəfə fikirləşirdi: «Yəqin, dilimi kəsəcək».

      Kristo bəzən evdə yır-yığış edərkən laboratoriyaya girirdi. Orada gördüklərinə mat qalırdı. Məhlulla dolu şüşə bankalarda müxtəlif orqanlar tərpənirdi. Kəsilmiş əllər və ayaqlar yaşamaqda davam edirdi. Bütün bunlar Kristonu dəhşətə gətirirdi.

      Salvatorun qulluq etdiyi bağ başqa bir divarla hasarlanmışdı. Həmin divarın arxasındakılar Kristonu çox maraqlandırırdı. Bir dəfə günorta vaxtı hamı dincələndə o, uca divarın yanına gəldi. Divarın arxasından uşaq səsləri gəlirdi, hindu dilində danışırdılar. Lakin arabir uşaq səsinə daha cır səs qarışırdı, həmin səs sahibi anlaşılmaz dildə sanki uşaqlarla mübahisə edirdi.

      Bir dəfə Salvator bağda Kristonu görərək ona yaxınlaşdı və adəti üzrə düz gözlərinin içinə baxaraq dedi:

      – Kristo, bu gündən etibarən sən aşağı bağda işləyəcəksən. Sən orada xeyli yeni şey görəcəksən. Amma şərtimizi unutma: əgər dilini itirmək istəmirsənsə, onu dişlərinin arxasında möhkəm saxla.

      – Mən sizin lal xidmətçilərinizin arasında danışmağı, demək olar ki, yadırğamışam, doktor, – Kristo cavab verdi.

      – Lap yaxşı. Susmaq qızıldır. İndi isə get. Cim səni aşağı bağa ötürər.

      Kristonun aşağı bağda gördükləri onun gözlədiyindən artıq oldu.

      Böyük çəmənlikdə lüt uşaqlar oynaşırdılar. Onlar müxtəlif hindu qəbilələrinin uşaqları —Salvatorun xəstələri idilər. Əksəriyyətinin üzərində cərrahiyyə əməliyyatı aparılmışdı. Sağalan uşaqlar burada oynaşır, ətə-qana dolduqdan sonra ata-anaları onları evlərinə aparırdılar.

      Burada uşaqlardan başqa, meymunlar da yaşayırdılar. Quyruqsuz, tüksüz meymunlar. Ən təəccüblüsü bu idi ki, meymunlar danışa bilirdi. Onlar uşaqlarla mübahisə edir, donquldanır, cır səslə çığırırdılar.

      Bağla tanış olduqdan sonra Kristo gördü ki, bu bağ körfəzə enən yerdə salınmışdır. Bağın axırı divar kimi dik qayaya dirənir. Görünür, dəniz bu divardan çox da uzaq deyildi, divarın arxasından dəniz ləpədöyəninin gurultusu eşidilirdi. Bir neçə gündən sonra Kristo qayanı diqqətlə yoxlayaraq əmin oldu ki, bu, süni qayadır. O, sıx sarmaşıq arasında boz dəmir qapı gördü. Qapı qaya rəngində rəngləndiyinə görə ondan qətiyyən seçilmirdi. Deməli, Salvatorun ərazisi bu divarla qurtarmır. Görəsən, bu divardan o yana nə var?..

***

      Zurita pırpız bığlarını səbirsizliklə dartışdıraraq deyirdi:

      – Əgər o bu gün də gəlməsə, mən sənin köməyindən imtina edəcəyəm, Baltazar, özümə daha zirək və etibarlı adam götürəcəyəm.

      Baltazar yolun qırağında əyləşib susurdu. Bir müddət əvvəl o, qardaşı Kristonu Salvatorun yanına casus göndərmişdi. Onlar bir hindu qəbiləsində xəstə uşaq tapıb anasına söz vermişdilər ki, onu sağaldıb qaytaracaqlar.

      Baltazardan on yaş böyük olan Kristo tülkü kimi hiyləgər idi. Bərk ayaqda ona etibar etmək olmazdı. Kristo xeyir görsəydi, doğma qardaşını da sata bilərdi. Baltazar bunu bilirdi, ona görə də Zuritadan az narahat deyildi. Qardaşını bu işə qoşduğuna görə peşman olmağa başlamışdı. O, tezliklə bu təhlükəli işdən əl çəkmək istəyirdi.

      Bu zaman fit səsi eşidildi. Baltazar cəld yerindən qalxdı.

      – Odur! Axır ki, gəldi!

      Kristo gümrah addımlarla onlara yaxınlaşıb Baltazar və Zurita ilə salamlaşdı.

      – Hə, nə oldu, dəniz iblisini görə bildinmi? – Zurita soruşdu.

      – Hələ yox, amma oradadır, Salvator iblisi dörd divar arasında saxlayır. Əsas işi görmüşəm: Salvatorun yanında qulluq edirəm, o da mənə inanır. Mənə bir az da vaxt verin. Tələsib onu şübhələndirə bilərik.

      – Olsun! – Zurita səsləndi: – Ancaq gələn görüşdə səndən dəqiq məlumat gözləyirəm.

      Onlar növbəti görüşün vaxtını dəqiqləşdirib ayrıldılar.

      AMFİBİYA ADAM

      Kristo bağda quru yarpaqları yığmaqla məşğul idi. Birdən Salvatorun səsi gəldi:

      – Kristo, haradasan?

      – Buradayam.

      – Arxamca gəl, Kristo, sənə bir şey göstərəcəyəm.

      Salvator qayada gizlədilmiş boz dəmir qapıya yaxınlaşaraq qapının qabarıq yerini basdı. Qapı açıldı, onlar bağa girdilər. Salvator sarmaşıqla örtülmüş kiçik evin yanından keçərək bağın ortasındakı hovuza tərəf yönəldi. Aşağı əyildi, hovuzun yanındakı otu eşələdi və kiçik yaşıl lövhəni bərk basdı. Gurultu eşidildi. Hovuzun dibində qapaqlar açıldı. Bir neçə dəqiqədən sonra hovuz boşaldı. Hovuzun dibindən yerin altına aparan dəmir pilləkən göründü.

      – Gedək, Kristo.

      Kristo Salvatorun ardınca yerin altına endi. Onlar xeyli yol getdilər. Əvvəlcə yuxarıdan zəif işıq gəlirdi. Lakin tezliklə qaranlıq oldu.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

/9j/4AAQSkZJRgABAQEAYABgAAD/4QBORXhpZgAATU0AKgAAAAgABAMBAAUAAAABAAAAPlEQAAEAAAABAQAAAFERAAQAAAABAAAOw1ESAAQAAAABAAAOwwAAAAAAAYagAACxj//bAEMABQMEBAQDBQQEBAUFBQYHDAgHBwcHDwsLCQwRDxISEQ8RERMWHBcTFBoVEREYIRgaHR0fHx8TFyIkIh4kHB4fHv/bAEMBBQUFBwYHDggIDh4UERQeHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHv/