yıxıldı. “Xilas edin, – o xırıldadı, – məni təqib edirlər”. Məsələni aydınlaşdırmağa vaxt yox idi. Bir anda çamadanı çarpayının altından çəkdim, naməlum adam ora girdi və dərhal çamadanı əvvəlki yerinə itələdim.
Qapı bərkdən döyüldü. Ağlıma gəldi ki, bu saat əlində tapança Peycet, yaxud missioner içəri soxulacaq. Ancaq gözlədiyimin əksinə, qarşımda qulluqçu qız peyda oldu.
– Bağışlayın, miss! Çağırmısınız?
– Yox! – sözünü kəsdim.
– Üzr istəyirəm, miss, amma sərxoş bir centlmen gəmidə veyillənir.
– Ümid edirəm ki, o bura girməyəcək, – süni təlaşla dedim.
– Əlbəttə, miss. Ancaq lazım gəlsə, zəngi çalın. Gecəniz xeyrə qalsın.
Sərxoş! Gör nəzakətsizliklə kayutuma soxulan kim imiş.
– Bu saat rədd olun! – deyə tələb etdim.
Cavab gəlmədi. Çamadanı kənara çəkdim. Kişi tərpənmədi. Bu vaxt gördüm ki, onun uzandığı yerdə döşəmə qana bulaşıb. Yad adamın sol çiynində yara vardı. O ayıldı, çətinliklə çarpayının altından çıxdı və səndirləyərək qalxdı.
– Mən sizi ötürərəm, – ona ürəyim yandı.
– Dəyməz, – təşəkkür bildirmədən köməyimdən imtina etdi.
– Səfehləməyin! Nədir, bu vəziyyətdə gəmidə gəzməyə hazırlaşırsınız?
Sözlərim təsir etdi və bundan sonra bacardığım kimi yarasını sarıdım.
– Belə-belə işlər. İndisə, buyurun, izah edin görək bütün bunlar nə deməkdir?
– Başqasının işinə qarışmayın!
– Elə niyə?
– Köhnə bir həqiqəti xatırlasanız, pis olmaz: əgər istəyirsənsə ki, sirrini hamı bilsin, onu hər hansı bir qadına söylə.
– Yəqin ki, bunu göstərdiyim yardıma təşəkkür kimi başa düşmək lazımdır.
Nəhayət, bayaqdan bəri ilk dəfə ona əməlli-başlı diqqət yetirdim. İşıqlı boz gözləri, qarabəniz, yanağında çapığı vardı. O sıçrayıb stuldan qalxdı. Məni itələyərək qapıya yönəldi. Qapıya çatanda qəfil geri qanrıldı:
– Sizə təşəkkür etməyə borclu deyiləm. Lakin borc haqqında unutmaram və imkan düşən kimi qaytararam.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.