kostyum satılan şöbənin qabağında dayanıb Turalın qulağına pıçıldadı:
– Bilirsən nə var, Tural? İstəyirəm ki, neft-kimya institutunun tələbəsi yoldaş Tural Qarabağlı öz kəndlərinə, anasının yanına… Sevgilin var? – Tural pul kimi qızardı. – Hə, rəngin dəyişdi, yəqin gözaltın var… Anasının yanına, sevgilisinin yanına təzə kostyumda getsin, yaxşı?
Turalı tər basdı. O, pörtdü, az qala ağlayacaqdı.
– Yox, lazım deyil. Siz elə bilirsiniz biz lap kasıbıq? Siz elə bilirsiniz…
Tural özünü saxlaya bilmədi. Dodaqları titrədi, gözləri doldu.
Ülviyyə ərklə onun saçlarını qarışdırdı:
– Mən elə bilirdim sən kişisən, lap uşaqsanmış ki… Alacağam, vəssalam! Sən məni güllə təbrik edə bilərsən, mən səni yox?
– Axı gül başqa, bu başqa. Almayın, yalvarıram, almayın, anam alar!
– Bilirsən nə var? Day sənə icazə vermirəm danışasan! Razmerin neçədir?
– Nəyim?
– Razmerin, yəni kostyumunun ölçüsü.
Tural dinmədi. Əvvəla, o, doğrudan da ölçüsünü bilmirdi. Digər tərəfdən bilsəydi də deməzdi. Ülviyyə satıcıya müraciətlə:
– Xanım qız, xahiş edirəm, bu oğlan üçün bir kostyum seçəsiniz. Tələbəyə yaraşan kostyum olsun.
Satıcı qız sevinclə:
– Qəbul olunub? – soruşdu və özü də sorğusuna cavab almadan: – Təbrik edirəm! Böyük xoşbəxtlikdir! – dedi.
Ülviyyə ilə satıcı qız Turalı güc-bəla ilə pərdənin dalına keçirdilər. Yasəmən rəngli kostyum elə bil Turalın əyninə tikilmişdi.
– Hə, indi qaldı köynəklə ayaqqabı!
Tural yenə etiraz etdisə də, Ülviyyə fikrindən dönmədi, Turalı geyindirib-keçindirib yataqxanaya qədər ötürdü.
– Hə, indi get, yola hazırlaş. Bilet pulun var?
Tural dedi:
– Vallah var, anamın canı üçün var!
– Yaxşı, elə isə xudahafiz. Axşam saat 7-də bizdəsən!
Maşın şütüyüb uzaqlaşdı. Tural yuxulu adamlar kimi gözlərini döyə-döyə maşının arxasınca baxdı. Maşın uçurdu, sanki şəhərdən çıxır, havaya qalxır, üfüqlərdə qanad çalırdı.
«KİŞİNİN OĞLUNU VURUBLAR!»
Tural Ağdam stansiyasına səhər tezdən düşdü. Stansiyada saysız-hesabsız taksilər, şəxsi maşınlar, avtobuslar dayanıb sərnişin gözləyirdi. Şoferlərin bəziləri hövsələsizlik eləyib sərnişinlərin qabağına çıxır, onların hara getməsi ilə maraqlanırdılar. Bəziləri isə maşınlarının. yanında dayanıb ucadan müştəri çağırırdılar:
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.