qurması qanunla qadağan edilməlidir. Qadağanı pozan şəxslər ən azı ölkə vətəndaşlığından çıxarılmalıdır.
9. Broyler fabrikləri bağlanmalıdır. Bazarlarda, ərzaq mağazalarında yalnız kənd toyuqlarının satışına icazə verilməlidir. Qadağanı pozan şəxslər ən azı beş illiyə islah-əmək düşərgəsinə göndərilməlidir.
10. Hər bir şəxs gün ərzində yüz əlli qram süd məhsulları, iki yüz qram meyvə-tərəvəz qəbul etməlidir. Bu proses qanunla tənzimlənməlidir.
11. Hər bir vətəndaş ildə bir ağac əkməlidir. Bu proses qanunla tənzimlənməlidir.
12. Bütün estetik əməlliyatlar (həmçinin silikon, tatuaj, botoks, liposakşn, rinoplastika, javline…) qadağan olunmalıdır. Qadağanı pozan şəxslər ən azı beş illiyə ciddi rejimli islah-əmək düşərgəsinə göndərilməlidir.
13. 23:00-dan sonra hər kəs yatmalıdır. Bu proses qanunla tənzimlənməlidir.
14. Sintetik narkotik vasitələrinin istehsalı, satışı və istifadəsi ilə məşğul olan şəxslər ən azı yeddi illiyə ciddi rejimli islah-əmək düşərgəsinə göndərilməlidir.
15. Bəstəkarlara, yazıçılara, şairlərə, rəssamlara sevgi mövzusuna müraciət etmək, sevgi mövzusunda əsərlər yaratmaq qadağan edilməlidir. Qadağanı pozan sənətkarlar ən azı iki illiyə ciddi rejimli islah-əmək düşərgəsinə göndərilməlidir. Sevgi mövzusunda yaradılmış əsərlər, insanları yumuşaq desək, yoldan çıxarır. Hər kəsə elə gəlir ki, başqasının həyatında çox ciddi, çox böyük sevgi olub, onun isə sevgi məsələsində bəxti gətirməyib, onun bəxtinə sevmək və sevilmək düşməyib. Kökündən səhv, olduqca zərərli düşüncələrdir. Belə səhv, zərərli düşüncələr insanın əmək qabiliyyətinin aşağı düşməsinə münbit şərait yaradır. İnsanların əmək qabiliyyətinin aşağı düşməsi isə avtomatik olaraq ölkənin müxtəlif sahələr üzrə inkişaf etməsinə mənfi təsir göstərir. İyirminci əsrin ən böyük yazıçılarından biri, Romen Qari təxminən belə demişdir: “Bəlkə də hardasa qarşılıqlı sevgi var, amma mənim buna ümüd etməyim mənasızlıq olardı”.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.