Джон Стюарт Милль

Azadlıq Haqqında


Скачать книгу

nümunə dini inanc məsələsidir. Bu nümunə əxlaqi duyğu deyilən şeydə yanılmağın mümkün ola biləcəyinin ən nəzərə çarpan nümunəsini meydana gətirməsi baxımından olduqca öyrədicidir. Çünki səmimi bir fanatikin gözündə odium theologicum4 heç bir şübhə götürməyən əxlaqi duyğu hallarından biridir. Özünü ümumdünya kilsəsi adlandıran şeyin boyunduruğunu ilk qıranlar inanc fərqliliyinə icazə vermə məsələsində bu kilsə qədər az istəkli idilər. Lakin bir-birilə razılaşmamanın şiddətli dövrü tərəflərdən heç birinə tam mənasıyla qələbə gətirmədən sona çatınca və hər kilsə və ya məzhəb ümidini o anda işğal etməkdə olduğu yeri əldə saxlamağa çalışmaqdan başqa bir şey edə bilməyəcək hala gəlincə, azlıqlar çoxluğa çevrilmələri ehtimalı olmadığını görərək, başqa düşüncədə olmağa icazə verilməsini müdafiə etməyə məcbur oldular. Bax beləcə fərdin cəmiyyət qarşısındakı haqlarının prinsiplərin təməlinə əsaslanaraq ortaya atılması və cəmiyyətin müxaliflər üzərində nüfuzundan istifadə etmə iddiasının açıqca müzakirə mövzusuna çevrilməsi bu təməl, hətta demək olar ki, sadəcə bu təməl üzərində olmuşdur.

      Dini azadlığın əldə edilməsinə görə dünyanın borclu olduğu böyük yazarlar ən çox vicdan azadlığının insanın ləğvedilməz haqqı olduğunu iddia etmişlər. İnsanın öz dini inancına görə başqalarına hesab verməyə məcbur olmasını mütləq surətdə rədd etmişlər. Bununla yanaşı, həqiqətən əhəmiyyət verdikləri hər hansı bir şeydə insan üçün dözümsüzlük o qədər təbiidir ki, öz səssizliyinin teoloji döyüşlərlə pozulmasından xoşlanmayan dini laqeydliyin ağırlığını hiss etdirdiyi yerlər istisna olmaqla dini azadlıq az qala heç bir yerdə həqiqətən təsdiqlənməmişdir. Demək olar ki, bütün dindar insanların zehinlərində, hətta ən tolerant ölkələrdə belə, tolerantlıq qəti olaraq ancaq bir sıra çəkingənliklərlə qəbul edilir. Bəziləri kilsə hökuməti məsələsində fərqli düşünməyə dözür, lakin doqma məsələsinə dözümsüzlük göstərir; bəziləri katoliklərlə unitarlar xaricində hər kəsə qarşı dözümlü davrana bilər; bəziləri vəhyə əsaslanan dinə inanan hər fərdə dözümlü davrana bilər; bəziləri də bir az artıq lütfkar ola bilər, lakin bunu Tanrı və axirət inancında dayandıra bilər. Qısa desək, əksəriyyətin duyğusunun qarışıqsız və sıx şəkildə olduğu hər yerdə onun itaət edilmək iddiasından çox az imtina etdiyi görünür.

      Siyasi tariximizin xüsusi hal və şəraitinə görə İngiltərədə ictimai fikrin boyunduruğu ehtimalla daha ağırdırsa da, qanunun boyunduruğu Avropanın digər ölkələrinin çoxunda olduğundan daha yüngüldür. Qanunverici və ya icraedici orqan tərəfindən fərdin davranışlarına birbaşa müdaxilə edilməsinə qarşı böyük bir həssaslıq vardır. Bunun belə olması fərdin müstəqilliyinə qarşı göstərilən hörmətdən daha çox hələ də mövcud olan bir vərdişdən, yəni hökumətə cəmiyyətin mənfəətinə zidd bir mənfəəti təmsil edən gözüylə baxma vərdişindən irəli gəlir. Əksəriyyət hökumətin iqtidarını öz iqtidarı, fikirlərini öz fikirləri olaraq hiss etməyi hələ öyrənə bilməyib. Bunu öyrəndiyi gün fərdi azadlıq ehtimal ki, hökumətin istilasına bugünkü ictimaiyyətin istilasından daha çox məruz qalacaq. Lakin yenə də fərdlərin qanun tərəfindən nəzarət edilməsinə öyrəşmədikləri məsələlərdə qanunun hər hansı bir nəzarət etmə cəhdinə qarşı hərəkətə keçməyə hazır olan yığılıb qalmış hisslər yığını vardır. Həm də məsələnin qanuni nəzarətin qanun sahəsinə girib-girmədiyinə çox da baxılmır. O qədər ki, bütövlüklə son dərəcə möhkəm olan bu hiss xüsusi hallarda tətbiq edilməyə başlayarkən ehtimal ki, çox vaxt yerində istifadə edilmiş olmur. Təcrübədə hökumət müdaxilələrinin uyğun olub-olmadığını hər vaxt məqsədəuyğun şəkildə ölçmək üçün qəbul edilmiş bir qanun yoxdur. Hər kəs bu məsələdə öz fərdi seçimlərinə görə qərar verir. Bəziləri ediləcək hər hansı bir yaxşılıq və ya çarəsi tapılacaq bir pisliklə qarşılaşdıqları zaman hökumətin işi öz üzərinə götürməsini böyük həvəslə təşviq etmək istəyirlər. Digərləri isə bəşəri mənfəətlərinin hökumət nəzarəti altına salınan qisminə yenisini əlavə etməkdənsə, hər cür sosial mənfiliyə dözməyi üstün tuturlar. İnsanlar hər hansı bir məsələdə öz hisslərinin bu ümumi istiqamətinə görə tərəflərdən birinin cərgəsində yerlərini tuturlar. Öz hisslərinin ümumi istiqamətindən əlavə, insanlar hökumətin etməsi təklif olunan müəyyən şeylərə olan maraqlarının dərəcəsinə görə, yaxud hökumətin onu özlərinin bəyəndikləri tərzdə edəcəyi və ya etməyəcəyi barəsində bəslədikləri inama görə tərəf saxlayırlar. İnsanların «bir hökumət tərəfindən görülməsi uyğun olan işlər nələrdir» barəsində olan yeknəsəq düşüncələrinə görə bir mövzunun lehinə və ya əleyhinə münasibət bildirdikləri çox nadir hallarda rast gəlinir. Mənə elə gəlir ki, bu qayda ya da prinsip yoxluğunun bir nəticəsi olaraq hələ də tərəflərdən biri digəri qədər tez-tez yanıla bilir. Hökumət müdaxiləsi, az qala bərabər bir şəkildə bəzən yerində olmadan edilir, bəzən də yerində olmayaraq mühakimə edilir.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      1

      Amerika Birləşmiş Ştatları (red.)

      2

      Bu ifadəni Mill Aleks de Tokvillin “Amerikada Demokratiya” adlı əsərindən götürmüşdür (red.)

      3

      Qədim Spartada ən aşağı təbəqəni təşkil edən kölələr

      4

      Teoloji eyib, günah

/9j/4AAQSkZJRgABAQEASABIAAD/2wBDAAEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQICAQECAQEBAgICAgICAgICAQICAgICAgICAgL/2wBDAQEBAQEBAQEBAQECAQEBAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgL/wgARCAkCBdwDAREAAhEBAxEB/8QAHgABAAEEAwEBAAAAAAAAAAAAAAYCAwQFAQcJCAr/xAAcAQEAAwEBAQEBAAAAAAAAAAAAAgMEAQUGBwj/2gAMAwEAAhADEAAAAfrb+Rv6EiHou3cWKWeh8721h8zo59fk03WU8KWWXZM8dt9HY5MCFlncimzdmSQu3d1j6VncWXBmu4na5dmq0/br0Mkd1XdA/Q86+35OnPewwb0/Ki+vzNpm0fSHj+rLaKcSWbe+N6Pafz/uTjy79dbGH+lzbZIuedEvWzdweD9JpKPRrtqyYUTHzeY9MOr9++7OWTojCdtV2Po5MrNZLNrJZ+8vEvt25pxRi1dCVVYYtRo5t1zqPmw6Gm7DToLtGuW9eepnjPq1OW2+27SN2zpthXp4dRuzTvBZ17rl9GeHo1OTuj7TI6btTshkUa4ns5m0d5qz5Pc3aPnX4FkdPdzKvz5uaGh04I36ULG7uwx+pgVWWu7dPrhpbMUjxci+zFrLc3Gp0x9Nhzu2zPyvZkFHpdT+x5HzJ9Z8R81e/wDGxOeTaSbHv