yalnız bir kərə yaşamışdım – sevdiyim kişi eşqimə rədd cavabı verəndə. Sadəcə bir kişi və ya milyonlarca insanlar tərəfindən deyil, bütün varlıq tərəfindən atıldığımı sanmışdım.
Çiyinlərimi düz tutub, dərin bir nəfəs alaraq içimdə güvən yaratmaq istəyirdim. Səhərin erkən çağında zindanın qapısında olduğum üçün öz-özümə təəccüblənirdim. Gözətçi belini əymiş, əlində bir silgəclə zindanın koridorunu süpürüb təmizləyirdi. Nədənsə bu gözətçiyə qarşı içimdə bir aşağılıq duyğusu yarandı. O, sadəcə zindanda təmizlik işləri ilə uğraşmaqda idi. Nə yaza, nə də oxuya bilirdi. Psixologiyadan da heç bir şey anlamırdı. Ancaq nədən bu qədər asanca onun hisslərinin doğruluğuna inandım.
Firdovs məni tanımadığını söyləmişdi. Gözətçi öz şəxsi hisslərinə dayanaraq bu sözləri deyirdi. Nədən gözətçinin şəxsi nəzəri doğru olaraq qəbul edilməlidir? Firdovs məni tanımadan görüşməkdən imtina etmişsə, o zaman mənim duyğularımın aşağılanmasının bir səbəbi olmalı idi. Onun mənimlə görüşmək istəməməsi sadəcə mənə qarşı müxalifət duyğusundan qaynaqlanmırdı, onun bu davranışı bütün dünya və insanlara qarşı etiraz idi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.