göstərdiyim düşərgədə bir neçə gün qaldıqdan sonra yolumuza davam edib, Ələngəz aşırımını aşıb «Buğukər» meşəsinə çatdıq. Qaranlıq dərə deyilən yerdə qaldıq. Burda qaldığımız vaxt həmişə olduğu kimi bu dəfə anam uşağı (uçastoku) götürüb, yaxınlıqdakı Buğukər pirinə ziyarət etməyə getdik. Bizlə bərabər bir neçə ailə də gedirdi. Bu dəfə uşaq çox idi, qurbanlıq da aparırdıq. Ağsaqqallar da çox idi. Əylisli qohumlar da bizimlə birlikdə idi. Qurbanlıq aparırdılar. Çox uzaq deyildi, 1 km olardı. Biz uşaqları içəri buraxmadıq. Qadınlar, körpə uşağı olanlar gedib ziyarət edib, çıxandan sonra ağsaqqallar girib ziyarət etdilər. Biz qurbanlıqları pirin başına dolandırdıq, gətirib orada olan, pirə qulluq edən mücavirə verdik. Kəsib hazırladı, öz payını götürəndən sonra kabablıq doğrayıb, verdi pirə gələnlərə. Meşədən odun yığıb biz uşaqlar ocağı çatdıq. Ziyarətə gələnlər hərə öz payını götürüb, şişə düzüb, kabab bişirdilər. Nahar vaxtı idi. İbadətini qurtaran qadınlar, kişilər gətirdikləri yeməklərdən yağ, pendir, şor, qatıq, çörək süfrə açıb, yeyib-içib bir də piri ziyarət edib, çıxırdılar. Bu dəfə anam, mən, Almurad, uşağı da (uçastoku) qardaşım İbrahim qucağına alıb, pirin içərisinə daxil olub, pirin başına fırlanıb, çölə çıxdıq. Hamı hazırlaşırdı getməyə. Anam pirdə ibadət edib, çıxıb gələndən sonra biz də yollandıq alaçığımıza.
Bəli, bir neçə gün burda qalandan sonra köçümüz tərpəndi qabaqdakı düşərgə olan ata-baba torpaqları olan «Dübək» dağına. Bu dağdan ata-anamızın ermənilər tərəfindən 1918-ci ildə dağıdılmış kəndi görsənirdi. Yəni Pirdavdan kəndi. Pirdavdandan Şabadın, Oxçu kəndləri örüşləri, çəmənləri, çayları Dübək dağından ayna kimi görsənirdi. Anam hər gün bizi bu təpənin üstünə gətirərdi, oradan baxardıq. Nişan verərdi, ora Sakkarsudur. O dağın üstü qumlu düzdür, çiçəkli yaylaqdır. O qayalıqdan yuxarı məkandır. Pirdavdanın əsas yaylaqları orada yerləşir. Ora həm də Zəngilanın adamlarınındır. Bəyləri də yay vaxtı gəlib bir-iki ay yaylaqlanıb gedərdilər. O uzaqda Qapıçıq dağının ətəklərində Qapıçıq çayı, dağıdılmış Şabadın kəndidir. Ondan aşağı erməni kəndi Gecalandır. Ondan aşağı isə Sakkarsu çayı ilə Qapuçuq çayı birləşən yerdə Oxçu kəndidir. Güney tərəfdə Atqız kəndidir. Bu kəndlərin hamısının xarabalıqları görsənirdi. Bir Atqız kəndində bir-iki yerdən tüstü çıxırdı. Anam deyirdi: «Atqızın sağ qalan adamlarından gəlib dağılmıış evlərində yaşayırlar.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.