Коллектив авторов

Beynəlxalq Münasibətlər üzrə bələdçi


Скачать книгу

anarxiya anlayışıdır. BM-in təsisati tarixi ilə yaxından tanış olmayanlara anarxiya yeni kəşf edilmiş, və özünü ictimai elmi tədqiqatların son alətlərinə icarəyə verən hansısa bir tədqiqat tapmacası kimi görünə bilərsə də, anarxiya və onunla sıx əlaqədə olan suverenlik anlayışı sahənin təkamülü boyu əsas təsisati prinsip kimi xidmət göstərmişdir. (Schmidt, 1998b). Müharibələrarası tədqiqatçılar müharibə və sülhün səbəblərinin təhlilini əhatə edən müzakirə predmetinin anarxiya şəraitində suveren dövlətlərin mövcud olmasından doğan problemlərlə birbaşa əlaqəsi olduğunu dəqiq bilirdilər (Dickinson, 1916,1926). Müharibələrarası dövrdə yazanların çoxu başa düşürdülər ki, suverenlik və anarxiya mürəkkəb qaydada əlaqəli, və bir-birini qarşılıqlı təsis edəndir, və bu, müharibələrarası dövrdəki müzakirələrin çoxunun niyə dövlət suverenliyi anlayışı üzərində cəmləndiyini izah edir. Dövlət haqqında tədqiqatlarında siyasət alimləri dövlət süverenliyinin daxili və xarici aspektləri, eləcə də daxili və beynəlxalq siyasət arasında nəzəri əlaqə yaratmışdılar. 1900-cü illərin əvvəllərində siyasi elmi öyrənmək üçün ən təsirli paradiqm (anlayışlar sistemi) olan dövlətin hüquqi nəzəriyyəsi, beynəlxalq şəraiti dövlətlərin müstəqil və izolə edilmiş həyat sürdüyü mühit kimi təsvir edirdi (Willoughby, 1918). Hüquqi nəzəriyyənin tərəfdarları, dövlətlərin xarici vəziyyətini təsvir etmək üçün təbiət şəraitində yaşayan fərdlərin müqaviləyə (demokratiyaya) qədərki obrazına müraciət edir, realistlərin mərkəzi hakimiyyətin olmadığı şəraitdə aparılan siyasət haqqında çıxardıqlarına bənzər bədbin nəticələrə gəlirdilər.

      1920-ci illərin əvvəllərində hüquqi nəzəriyyə həm politologiya, həm də BM barədə mülahizələri fundamental surətdə dəyişdirən plüralizm nəzəriyyəsini kollektiv surətdə irəli sürmüş mütəfəkkirlərin yeni qrupu tərəfindən şübhə altına alındı. (Gunnell, 1993; Little, 1996; Schmidt, 1998b). Harold Laski (1921, 1927) və Mary Parker Follett ([1918] 1934) kimi plüralistlər bildirirdilər ki, hüquqi nəzəriyyə müasir qarşılıqlı-asılılıq şəraitinə heç cür uyğun deyil və bu da aydınca göstərir ki, dövlət artıq hər şeyə qadir və hakimiyyətin bütün digər mənbələrindən asılı olmayan deyildir. Beynəlxalq siyasətin, plüralistlərin aksioma kimi qəbul etdikləri qarşılıqlı asılılıq xüsusiyyəti və çoxlu sayda beynəlxalq dövlət ittifaqlarının mövcudluğu (Reinsch, 1911), digər aktyorlarla münasibətdə hər bir milli dövlətin tam suveren olması haqqında fərziyyələrin doğruluğuna ciddi şübhə yaradırdı. Hüquqi nəzəriyyənin plüralist tənqidi ilə qarşılıqlı asılılıq barədə 1970-ci illərdə aparılmış debatlar arasında çoxlu oxşarlıqlar olsa da, sonrakılarda əvvəlki mülahizələrin mövcud olması barədə heç bir etiraf yoxdur (de Wilde, 1991). Richard Little belə mühakimə yürüdür ki, plüralizmin intellektual mirasının kölgədə qoyulmasının əsas səbəblərindən biri «fənnin bu orijinal ədəbiyyata idealist yarlığı vurulmasını qəbul etməyə hazır olmasından» irəli gəlirdi (1996: 69). «İdealist yarlıq» müharibələrarası tədqiqatçıların beynəlxalq təhlükəsizlik (Baldwin, 1995) və beynəlxalq təşkilatların öyrənilməsinə yanaşması tərzinə də kölgə salmışdı. Müharibələrarası tədqiqatlar çox vaxt Millətlər Liqasının uğursuzluğu ilə əlaqələndirilsə də, bu dövrdə yazanların heç də hamısı belə hesab etmirdi ki, bu yeni beynəlxalq təşkilatın yaradılması öz-özlüyündə beynəlxalq siyasətin məntiqini əhəmiyyətli dərəcədə dəyişdirəcəkdir (Duggan, 1919; Hicks, 1920). Beynəlxalq təşkilatların öyrənilməsi ilə məşğul olanlar üçün ən təxirə salınmaz nəzəri problem, dövlət suverenlyi haqqında müxtəlif konsepsiyaların Millətlər Liqasının fəaliyyəti ilə hansı tərzdə uyğunlaşdırılacağı ilə bağlı idi. Əlbəttə bu, Birləşmiş Ştatlarda beynəlxalq təşkilatların öyrənilməsinə müəyyən forma vermək üçün məsul şəxs olan Pitman Benjamin Potter üçün də belə idi (Potter, 1923, 1925).

      Lakin müharibələr arası dövrü digərlərindən idealizmin fərqləndirdiyi barədə fikrin təkzib edilməsi, heç də İkinci Dünya Müharibəsindən sonra sahənin vurğuların dəyişməsinə məruz qalması fikrinin rədd edilməsinə əsaslanmır. 1940-cı illərin əvvəllərinə artıq aydın idi ki, sahədə keçid baş verir və bunun ən bariz ifadəsi sahədə aparılan tədqiqatların mərkəzi obyektinin beynəlxalq siyasətin yox, beynəlxalq təşkilatların öyrənilməsi olmalı olduğu haqqında mübahisələr idi (Dunn, 1948; Fox, 1949; Kirk, 1947; Schuman, 1933; Schwarzenberger, 1941). Sahənin vurğularının dəyişməsinə ixtisasa saxta «realist» mənsubiyyəti altında daxil olanlar cavabdehlik daşısalar da, BM haqqında müharibədən əvvəlki və sonrakı mülahizələr arasındakı fərqləri həddindən artıq şişirtmək lazım deyildir. İkinci Dünya Müharibəsindən əvvəl yazanlar kimi, «realistlərin» də çoxunun məqsədi güc (hakimiyyət) haqqında həqiqəti demək idi. Həm politologiya, həm də BM mülahizələrinin dərin təsirinə məruz qalmış emiqrant alimlər üçün bu xüsusilə belə idi. E.H. Carr ([1939] 1964), Hans J. Morgenthau (1948) və Frederick L. Schuman-ın (1933) yazdıqlarının diqqətlə oxunması, onların işlərinin, idealizm və realizm arasındakı şübhəli dixotomiya (haçalanma) terminlərində nəzərdən keçirilməsi səbəbindən tamamilə kənarda qalmış əvvəlki mülahizələrlə çoxlu sayda əlaqələri aşkarlayır. Morgenthau və digər «realistlərin» «beynəlxalq siyasəti» sahənin nüvəsinə çevirməyə kömək etdikləri həqiqət olsa da, İkinci Dünya Müharibəsindən əvvəlki dövrün müəlliflərinin «yeni» güc siyasəti modelinin təməl fərziyyələrinin əksəriyyəti ilə tanış olmaması həqiqət deyildir (Bryce, 1922; Reinsch, 1900). Sahənin tarixinin ardıcıl olmayan eksponatları nəvaxtsa müharibələrarası və İkinci Dünya Müharibəsindən sonrakı dövrün tədqiqatçıları arasında, müxalif nəzəri mövqelər və ya anlayışlar sistemlərinin intellektual mübadiləsi mənasında, debatın baş verməsi fikrinin lehinə kifayət qədər dəlil vermir.

      Sahə tarixinin müharibələrarası dövrünün bu yaxınlardakı tədqiqatları ilə müqayisə etsək görərik ki, adətən «ikinci böyük debat», və ya «ənənəvilik elmiliyin əksinə debatı» ilə əlaqələndirilən detallar diqqətlə və sistemli tədqiq edilməmişlər. Deməli bu daha sonrakı dövr kifayət qədər yaxşı başa düşülməmişdir, və əlavə tədqiqata ehtiyac vardır. Adətən sahənin elmi statusu haqqında debat kimi nəzərdən keçirilən ikinci debat haqqında mövcud olan ədəbiyyatda ziddiyyətlərin xarakterinin iki müxtəlif hesabatı irəli sürülmüşdü. Ziddiyyətlərin başlanğıcdakı hesabatlarının çoxu bunu sahədəki əsas dəyişikliklərə öz töhfəsini vermiş «böyük debat» elan edirdi (Bull, 1972; Kaplan, 1966; Lijphart, 1974a, 1974b). Məsələn Lijphart iddi edirdi ki, 1960-cı illərin «ənənvilik-elmilik» debatı əvvəllər idealizm və realizm arasında aparılmış olandan daha əhəmiyyətli və fundamental olmuşdur (1974a: 11). O, iddia edirdi ki, BM-də davranışçı inqilab ənənəvi realist paradiqmanın müstəqil tələbləri ilə böyük fikir ayrılığına malik yeni «davranışçı paradiqma» ilə nəticələnmişdi.Bu baxışa görə, ənənəçilər, yəni beynəlxalq siyasətin öyrənilməsinə hüquqi, fəlsəfi, tarixi və ya induktiv nöqteyi nəzərdən yanaşanlar, təbiət elmlərinin metodlarına bənzəməyə çalışan elmi yanaşma kimi qəbul edilmiş şeydə uğursuz olmuşlar. Nəticədə BM daha elmi olmuş, realizm özünün hakim mövqeyini itirmiş və sahə başqa ictimai elmlərlə daha da uyğunlaşdırılmışdır.

      John Vasquez-in nüfuzlu The Power of Power Politics (1983) kitabı ilə «ikinci debat» barədə alternativ