Коллектив авторов

Beynəlxalq Münasibətlər üzrə bələdçi


Скачать книгу

olanı əhatə edən kəsilməz ənənə formasında təqdim edilir. Aparıcı ali məktəb dərsliklərinin çoxunda adi qayda olan bu növ epik dəyərləndirmələr, bizim fənn tarixini guya artıq bildiyimiz haqqında fikirləri gücləndirməyə xidmət edir. Diqqət adətən Thucydides, Machiavelli və Kant kimi «təsisçi atalara» yönəldilir, beynəlxalq siyasətin təsisatlanmış akademik tədqiqinə töhfələrini vermiş fərdlər ordusu isə sadəcə olaraq yaddan çıxarılır. James Bryce, Frederick S. Dunn, Pitman Potter və Paul S. Reinsch kimi akademik tədqiqatçılar tarixi baxımdan cəlbedici olmasalar da sahənin faktik inkişafını izləmək üçün daha yararlıdırlar.

Presentism

      Sahənin tarixini, onun qədim və ya klassik fikir ənənəsində iştirakı mənasında yazmaq kimi geniş yayılmış meyl, çox vaxt cari tədqiqat proqramının legitimliyini təsdiqləmək işinə xidmət edir. BM-in müxtəlif tarixçələrinin əsas xüsusiy-yətlərindən biri sahənin mövcud xarakteri haqqında nə isə nüfuzlu bir şey söyləməkdən ibarətdir ki, bu da çox vaxt sahənin tarixinin təhrif edilməsi meylinə özünün əlavəsini edir. Sahə üçün yeni istiqaməti müdafiə, onun cari strukturunu tənqid etmək, və ya əksinə, mövcud vəziyyəti müdafiə etmək məqsədi ilə, öz mövqelərini doğrultmaq üçün tədqiqatçılar tez-tez sahənin ümumi təkamülünə istinad etməyə və onu xarakterizə etməyə məcbur olurlar. Məsələn, realist nəzəriyyənin inkişafı və sonrakı hökmranlığını izah etmək istəyən tarixçələr, tez-tez realist ənənələrin Thucydides və ya Machiavelli ilə başlayan əbədi bəsirətini nümayiş etdirməyi özünə borc bilir. Sahənin çoxrəyli xarakterini dövri olaraq tənqid edənlər kifayət qədər tez-tez ehtimal edilən dominant paradiqma və ya onu birləşdirən metodun olduğu başlanğıc dövrlərə reverans edirlər. Problemin çətinliyi ondan ibarətdir ki, BM-in tarixini əks etdirmək cəhdlərinin çoxu keçmişi əsaslı surətdə və dəqiq bərpa etmək istəyindən daha çox «cari» ('presentist') məqsədlər üçün edilir.

      Herbert Butterfield-in (1959: v) «keçmişdəki müəyyən inkişaf prinsiplərini önə çəkmək və indinin şöhrətləndirilməsi olmasa da, ratifikasiyası olan tarix yaratmaq» meyli kimi təsvir etdiyi 'Whig' tarixi («liberalların» tarixi), və ümumilikdə prezentizm problemi, sosial elmlərin tarixini yazmaqla məşğul olanların arasında ziddiyyətə gətirən məsələyə çevrilmişdir. (Collini və başqaları, 1983; Dryzek və Leonard, 1988; Farr və başqaları, 1990; Gunnell, 1991; Ross, 1991). Prezentizmlə əlaqədar problem onda deyil ki, tarixi təhlil indi haqqında rəy yaratmaq üçün istifadə edilir, problem ondadır ki, tarix yazıçının əvvəlcədən müəyyən etmiş olduğu yardım və ya dağıtma mövqeyini əsaslandırmaq və ya tənqid etmək vəzifəsinə uyğun olaraq yenidən qurulmaq yoluyla təhrif edilir. Whig (Liberal) tarixi «tarixi geriyə yazmaqdan ibarətdir», hansına görə ki, «fənnin indiki konsensusu … definitiv (təyinedici) kimi götürüldükdə qüvvədədir və keçmiş, buna gətirən və bunda tam ifadəsini tapan teologiya kimi, insanlar tərəfindən bərpa ediləndir» (Collini və başq., 1983: 4).

      Birləşmiş Ştatlarda BM-in əsas axınının nəzərə çarpmayan, lakin təkidli məqsədinin «əsl» elm statusuna çatmaq olduğu nəzərə alınarsa, sahənin tarixinin mövcud olan dəyərləndirilmələrinin çoxunun xaraktercə Whiggish (liberal) olmaqda davam etməsini anlamaq olar. Sahənin tarixçələri və onların təsviri tez-tez nəzəri inkişafı və elmi irəliləyişi əks etdirmək, və ya sahəni elmi inkişafdan saxlayan çətinlikləri müəyyən etmək üçün önə çəkilir (Brecher, 1999). George Stocking peşəkar sosial elm aliminin niyə liberala (Whiggish) bənzəməli olmasının yerinə düşən və inandırıcı izahını vermişdir. Stocking-ə görə «əslində elmin tarixinə, bir qədər də genişləndirsək isə davranışçılığın (biheviorizmin) tarixinə hörülmüş gizli liberal prezentizm mövcuddur» (Stocking, 1965: 213). Elmin 1950 və 1960-cı illər ərzində elm filosofları tərəfindən təklif edilmiş, sosioloqların əksəriyyətinin elmi anlayışlarını əldə etdiyi mühit olan hakim, məntiqi pozitivist hesabatı (hansınınki vasitəsilə nəzəriyyə və fakt arasında uyğunluğu artırmaqla dünyanın daha yaxşı başa düşülməsi mümkün olmuşdur), artan və kumulyativ nailiyyətlərdən biri olmuşdur. Məntiqi pozitivistlər elmi metodun daxili birliyə və ierarxiyaya malik olduğunu iddia etdiklərindən sosiologiya tarixi də gec və ya tez biliyin irəliyə doğru inkişafını təkrarlamağa məhkum idi.

      Thomas Kuhn-un The Structure of Scientific Revolutions (1970) əsəri elmin məntiqi pozitivist hesabatını şübhə altına aldı və elmin post-pozitivist filosofları və tarixçiləri üçün əsaslı stimul təmin etdi. Kuhn təkcə pozitivizmin mərkəzində duran nəzəriyyənin və faktın ayrılması, habelə həqiqətin uyğunluğu nəzəriyyəsinə hücum etmirdi, o, sanki elm tarixinin ənənvi dərslik hesabatını elmi inqilabların diskret tarixi, yəni «köhnə paradiqmlərin onlarla bir araya sığmayan yeniləri ilə qismən və ya bütövlüklə əvəz edildiyi, qeyri-kumulyativ inkişaf epizodları» ideyası ilə əvəz etməyə çalışırdı (Kuhn, 1970: 92).

      Kuhn-un paradiqmalar və elmi inqilablar nəzəriyyəsi elmi inkişafın ənənəvi hesabatı üçün güclü rəqibdir. Kuhn-un elm tarixinin təftişçi hesabatının mühüm bəndi onun inkişaf meyarlarının paradiqmalara həssas olması səbəbindən, bir paradiqmanı digəri ilə əvəz etməyin «inkişaf» yaratdığına hökm vermək üçün heç bir müstəsna nəzər nöqtəsinin olmaması haqqında arqumenti idi. Kuhn-un çox hissəsi elmi inkişafı sübut etməyə imkan verməyən nisbi arqumentin cəlb edilməsindən narazı qalan filosoflara və elm tarixçilərinə kifayət dərəcədə təsir göstərmiş bu kitabı BM sahəsində də, xüsusən də sahənin tarixini anlamağa başlayan tədqiqatçıların sayı ilə əlaqədar, eyni dərəcədə dramatik təsirə malik olmuşdu. BM tədqiqatçılarının getdikcə daha çox hissəsinin Kuhn-a, və çoxları üçün inkişafın dəyərləndirmə meyarını yenidən qurmağa çağıran kimi görünən Imre Lakatos (1970) kimi elm filosoflarına tərəf dönməsi faktı, sahənin tarixini yazmaq vəzifəsinin sahənin inkişafını göstərmək kimi daha fundamental vəzifəyə tabe olduğunu göstərməyə xidmət edir.

BM-in paradiqmaları və tarixşünaslığı

      Xüsusi halda Kuhn-un işinin, ümumi halda isə elmin fəlsəfəsi və tarixindən qaynaqlanan ədəbiyyatın BM-in tarixşünaslığına təsirinin iki başlıca yolu vardır. BM tədqiqatçıları əvvəlcə böyük sürətlə öz paradiqmalarını yaratmağa üz tutdular. Vəziyyət, siyasi elm tədqiqatçılarının söz paradiqmalarını davranışçılıq (biheviorizm) kimi xüsusi fikir məktəblərini qeyd (fiksə) etmək üçün istifadə etməyə başladıqları siyasi elmdəkinə çox oxşar idi (Almond, 1966). Realizm çoxları tərəfindən BM-də paradiqma üçün aparıcı namizəd hesab edilirdi və tədqiqatçılar təkrar-təkrar realist paradiqmanın fundamental fərziyyələrini müəyyən etmək və praktikləşdirmək vəzifəsini yerinə yetirməyə cəhd göstərirdilər (Guzzini, 1998; Keohane, 1983; Lijphart, 1974b; Vasquez, 1983). Realizmin tarixi sosiologiyasında Stefano Guzzini bildiridi ki, ən səlis Hans J. Morgenthau tərəfindən ifadə edilmiş realist paradiqma müstəqil tədqiqat sahəsinin müəyyən edilməsinin fənni funksiyasına xidmət edirdi. Guzzini-yə görə realizm «fənnin paradiqmatik sərhədlərini müəyyən etmişdir» (1998: 27). Morgenthau beynəlxalq siyasətin də ümumi siyasət kimi hakimiyyət uğrunda aramsız mübarizə ilə xarakterizə olunduğunu əsaslandırsa da, hər şeyi əhatə edən mərkəzi hakimiyyətin olmaması səbəbindən, beynəlxalq sahədə mübarizənin keyfiyyətcə fərqli olduğunu müdafiə edirdi (Morgenthau, 1948). Sonradan neorealistlərin əsas müddəasına çevrilən «beynəlxalq sistem anarxiya vəziyyəti ilə xarakterizə olunur»