hesab etdiyi görünür (Reynolds, 1973). Bu, biliyin keçmişin təcrübəsinə və artıq baş vermişlərə əsaslanan formasıdır. Lakin bu, şeylər necə işləməlidir və nə baş verməlidir biliyi deyildir. Hobbes-a görə elm hipotetik, ümumi və səhvsiz olmalıdır. Buna baxmayaraq siyasət elm ola bilər və həqiqətən də olmalıdır.
Hətta müharibələr arası idealizmi də bəşəriyyətin inkişafında elmin roluna uyğun gələn kimi yozmaq olar (Carr, 1946; Long, 1995: 306). BM-in bu dövrü İntibahın biliyə əsaslanan inkişaf ideyalarını daşıdığından, belə mövqe çətin ki, şübhə altına alına bilsin (George, 1994: 74-7). Lakin Richard Little bildirirdi ki, erkən BM təbiət elmləri vasitəsilə özünü modelləşdirmə cəhdlərinin göstərilmədiyi, və «sonsuz mürəkkəb gerçəkliyi anlamaqda kömək edə bilən qanunların kəşfi ilə məşğul» olunmadığı dövrlərdə meydana çıxmış başqa sosial elmlərdən fərqlənirdi (Little, 1980: 7; bax, habelə Smith, 1987). Lakin Little-in mövqeyi (bax, habelə Smith, 1987) iki problemdən əziyyət çəkir.
Birincisi Schmidt-in fənnin pis tarixləri müasir anlayışları təhrif edə bilər hökmünün doğruluğunu nümayiş etdirir (Bax, bu kitabda Fəsil 1). Little-in BM və digər sosiologiya fənləri arasında kəskin sərhədd qoyması yalnız o vaxt mənaya malikdir ki, 1919-cu ildə Aberystwyth-də ilk akademik bölmənin əsasının qoyulmasının unikal bir hadisə olduğu və buna qədər fənnin tarixinin olmadığı qəbul edilsin. Schmidt çox aydın göstərir ki, konkret BM bölməsi 1919-cu ildə yaradılsa da, fənni biliklərin yaradılması daha uzun tarixə malik idi. Bu mənada, Little-in doğrudan da özünü elm kimi modelləşdirmyə çalışdığını iddi etdiyi fənnlər içərisindən yeni BM fənninin çıxarılmalı olduğu mənbələr idi (Schmidt, 1998; bax, habelə Butterfield, 1951).
Little-in təhlili ilə əlaqədar ikinci problem ondan ibarətdir ki, o, elmin çox konkret təyinata malik hesabatını geriyə – müharibələr arası idealistlərin işinə tətbiq edir. Və deyəsən belə hesab edir ki, normativ ölçü tədqiqatı elm olmaqdan kənarlaşdırır; elm ancaq faktual təhlillə məşğul olur və dəyərlə yönləndirilən (dəyərdən çıxarılan) tədqiqat nəsə başqa bir şeydir. (Little, 1980: 7). Bu, elmdə fakt/dəyər nisbətinin çox özünəməxsus və mübahisəli hesabatıdır və fənnin erkən nümayəndələrinin onu himayə etməsi haqqında heç bir dəlil yoxdur. Bundan başqa, elmi BM-in elmi izahları məhz sosial dəyişikliklərə gətirmək məqsədi ilə təmin edilməsi məsələsinə sadiq olan çoxlu sayda müdafiəçiləri var. (Nicholson, 1996a: 3; 2000: 197; Wright, 1962).
Fənnin ilkin mənşələrinin «qeyri-elmi» olduğu barəsində ittiham E.H. Carr-ın ortaya qoyduğu öldürücü tənqidin daxilində idi. Carr bildirirdi ki, strateji polemikanın aparıla biləcəyi yeganə şey «beynəlxalq siyasət elmi özünün körpəlik dövründədir» fikri çərçivəsində aparıla bilər (Can", 1946: 14). Carr-a görə belə elmi realizm «faktları qəbul, onların səbəbləri və nəticələrini isə təhlil etmək» təklifində təkid etməklə təmin edilə bilərdi (1946: 14). Carr-a görə bu elmə alternativ, onun «kimyagarlıq» kimi xarakterizə etdiyi idealizm idi (1946: 14).
Maraqlıdır ki, Carr-ın elmə sadiq olduğunu hamının qəbul etməsinə baxmayaraq, bəziləri ona fənndəki yozumçu ənənənin ən yaxşı nəzərdən keçirilmiş bir hissəsi kimi (Dunne, 1998: 7), digərləri isə həm elmi, həm də yozumçu baxışlarından istifadə edən kimi baxırlar (George, 1994: 77). Lakin Carr-a hansı ənənə daxilində (burada doğrudan da dəqiq sərhədlər varsa) baxılmasından asılı olmayaraq, onun idealistləri tənqidi belə yarlıqların fənni siyasətləri barəsində nəsə vacib bir şeyə işarə edir. Carr-ın realizmin faktların qəbul edilməsi, və onların səbəb və nəticələrinin təhlilinə əsaslanması barədə bəyanatı Norman Angell-in beynəlxalq siyasət məsələləri ilə əlaqədar təhsilin inkişaf etdirilməsi çağırışında öz əksini tapdı. Angell bildirirdi ki, belə təhsilin çatışmaması «həqiqətin qərəzsiz axtarışı və bütün faktların düzgün yozulması» yolunda səddir (Angell, 1947:17); bu inamsız isə biz «davamlı inkişaf əldə etməyə ümid etdiyimiz yeganə metodu: sosial nəzəriyyənin və doktrinanın faktlar və təcrübə işığında təshih edilməsini; cəmiyyətə tətbiq edilə biləcək elmi metodu» səmərəsiz edirik (Angell, 1947: 23). Angell-in idealist yanaşması və Carr-ın daha realist meylləri arasındakı bənzərliklər nəzərə alındıqda, Carr-ın elm/kimyagərlik dixotomiyasına, Angell-in də iddialı olduğu yüksək «elmi» ərazidən müəyyən hissə qoparmaq üçün şüurlu cəhd kimi baxmaq mümkündür.
Hadisələrin belə inkişafı baxımından Hans Morgenthau maraqlı fiqurdur, çünki fənnin öz daxilindən, BM-in bir elm kimi əleyhinə açıq arqumentlər söyləyən ilk şəxslərdən biridir. Lakin onun elmin əleyhinə dönməsi çox konkret mənşəyə malikdir. Onun əvvəlki işi «beynəlxalq mübahisələrin elmi baxımdan şəksiz olan» sinifləşdirilməsini yaratmaq cəhdi kimi düşünülmüşdü (Honig, 1996: 289). Və elmə olan bu sədaqət onun 1940-cı ildə yazdığı 'Positivism, Functionalism and International Law' (Honig, 1996; Morgenthau, 1940) essesində hələ qalmaqda idi. Bu hissədə o, texniki səviyyədə elmi prinsiplərdən məhrum olan beynəlxalq hüquq yaratmaq cəhdlərinə acıyırdı (Morgenthau, 1940: 284). Elmi BM barədə bütün ümidləri rədd etdiyi Scientific Man and PowerPolitics əsərində isə onun mövqeyi tam əksinə çevrilmişdi (Morgenthau, 1946, 1972). Lakin Morgenthau-nun elmdən, və qondarma, metafizik, ehkamçı olduğunu iddia etdiyi pozitivizmdən açıq-aşkar imtina etməsi (Griffiths, 1992), tədqiqatçıları onu BM elmi ilə bir cərgəyə qoymaqdan çəkindirə bilməmişdi (Hollis və Smith, 1990: 23), bəziləri isə ona pozitivist yarlığı vurmağa qədər gedib çıxmışdılar (George, 1994; Hollis və Smith, 1990: 28; alternativ baxış üçün bax Bain, 2000, Gamett, 1984; Nicholson, 1996a).
Ümumiyyətlə, Morgenthau BM elminə sadiq kimi nəzərdən keçirilməlidir gümanı, onun «siyasət kökləri insan təbiətində olan obyektiv qanunlar» əsasında idarə edilirdi bəyanatı əsasında edilmişdir. (George, 1994: 93; Hollis və Smith, 1990: 23-4; Morgenthau, 1948: 4). Lakin bu bəyanatı elmi BM-ə sədaqət kimi yozmaq mövqeni itirmək deməkdir. Siyasətin insan təbiətinin obyektiv qanunları ilə idarə edildiyini qəbul etməklə, Morgenthau əslində BM elminə ehtiyacın olmadığını deyir, çünki bu halda BM sosiologiya yox, biologiyanın izah etdiyi qanunlar əsasında idarə edilir (Griffiths, 1992: 39). Burada artıq BM elminin kəşf edəcəyi bir şey qalmır. Morgenthau-nun nəzəriyyəsi dövlət başçıları üçün təlimat kimi daha yaxşı qavranılır. Bu, insan davranışını idarə edən qanunların başa düşülməsinə əsaslanan siyasət üçün texniki rəhbərlikdir. Daha vacibi budur ki, Morgenthau özünün insan təbiəti haqqında arqumentini elmi deyil, metafizik məzmunda əsaslandırır (Griffiths, 1992:38, 43; Honig, 1996: 305).
Bu mövzu ilə bağlı, elmin təbiəti barədə irəli sürülən və ya rədd edilən heç bir davamlı müzakirənin olmaması çox maraqlıdır. Elm barədə bəyanatların legitimləşdirilməsi üçün başqa fənlərdə yaradılmış ədəbiyyata müraciət etməklə çox zəif cəhdlər göstərilmişdir, lakin elmin faktiki məzmununun dərindən açılması üçün heç bir gerçək cəhd təklif edilməmişdir. Doğrudan da, Herbert Butterfield kimi bəziləri üçün elm sadəcə olaraq tədqiqatın ənənəvi forması idi (Butterfield, 1951; Dunne, 1998: 123). Həmin dövrdə elmin fəlsəfəsinin zəif inkişaf etmiş olduğunu nəzərə alsaq, elmin fəlsəfəsi baxımından bu cür cılız legitimləşdirmə başa düşüləndir. Lakin hadisələr sürətlə davam edir, konsensus yaranır və, istənilən halda, BM-ə öz möhrünü bəzən qabaqcadan nəzərdə tutulmamış üsullarla vururdu. BM elmi müəyyən