Sədrəddin Bəlaği

Quran hekayətləri


Скачать книгу

bir məbədgahı ibadət üçün layiq bilirsənmi? O kimdir ki, qüdrəti məndən daha uca olsun?! Məgər görmürsənmi ki, bütün işlər, onların tədbir və çarələri mənim əlimdədir?! Mənim fərmanım nüfuzludur, hökmüm qətidir. Camaat gözünü hökmümə dikmiş, qulağını fərmanıma şəkləmişdir. Hamı mənə ümid bəsləyir və məndən qorxur. Məgər bütün bunlara baxmayaraq mənim allahlığıma şübhə edirsən?" Niyə camaatın birliyini dağıdır, bütləri sındırırsan? Hanı o dəvətinə çağırdığın tanrı? İbadətinə çağırdığın allah kimdir?"

      İbrahim sakitcə və təmkinlə Nəmruda belə cavab verdi: "Mənim Tanrım o kəsdir ki, can bağışlayır və can alır. İnsanları yaradan və yox edən yalnız Odur. O saysız-hesabsız insan yaradır, onları ömürlərinin sonunadək saxlayır. Qaçılmaz əcəli də O göndərir".

      Burada İbrahimin güclü dəlil daşı Nəmrudun qorxunc dişlərini sındırdı. Lakin Nəmrud qürur və əzəməti üzündən təkəbbür və mübahisə yolunu tutub dedi: "Mən hər kimi istəsəm, onun ölüm hökmünü verəndən sonra öz əfvimin işığında dirildərəm. Həmçinin kimi istəsəm, öz fərmanımla ölümün cənginə tapşırıb bədənindən canını çıxara bilərəm".

      Nəmrud hiyləyə əl atdı, bu yolla İbrahimin həyatın mənşəyi, onun bəxş edilməsi və geri alınması haqqındakı sözlərinin mənasını yanlış dəlillər pərdəsi altında örtdü. Lakin özündən razı bu cahil, İbrahimin peyğəmbərlik qüdrətinin və güclü dəlil-sübutlarının qarşısında necə dayana bilərdi?!

      Bu anda İbrahim onun cavabında dedi: "Allah-Taala günəşi özünün qüdrət dairəsinə çəkmiş və onun üçün dəyişilməz qayda yaratmışdır: Hər gün onu Şərq tərəfdən çıxarır. Əgər iddia etdiyin kimi, sənin belə bir qüdrətin varsa, onda bu sabit qaydanı dəyişdir və onu Qərbdən çıxar".

      Burada Nəmrud özünün itirdi, cəhalətin tərsliyi üzə çıxdı və yalanı aşkar oldu. Əsəbləri titrəməyə başladı və qorxdu ki, zülm taxtının bünövrəsi dağılsın. Lakin bu parlaq sübut və aydın dəlil qarşısında nə edə bilərdi?! Ona görə fikirləşdi ki, əgər onunla çəkişsə və aşkar düşmənçilik etsə, özü daha da rüsvay olar. Odur ki, əlacsız qalıb onu buraxdı və intiqam almaq üçün fürsət gözləməyə başladı.

      Nəmrud casuslarını hər tərəfə göndərdi ki, camaatı İbrahimə uymaqdan çəkindirsinlər, ona yaxın düşməyə qoymasınlar. İbrahim Nəmrudun təqibi üzündən öz tərəfdarlarına yaxın düşə bilmədi. Yavaş-yavaş meydan ona dar oldu və vətənindən köçmək fikrinə düşdü. O bərəkətsiz ölkədə Allahın birliyinə inam nəsimi əssə də, bir bar vermədi. Ona görə də İbrahim çağırış nemətini oradan kəsdi və tayfasını əzab içində qoyub Fələstinə üz tutdu. Yolda o bir müddət Hərran14 şəhərində qalmalı oldu.

      İBRAHİM SÖHBƏTLƏRİ İLƏ ADAMLARA YOL GÖSTƏRMƏYƏ ÇALIŞIR15

      İbrahim özünü, məsləkini Nəmrudun, nəmrudçuların zülmündən xilas etdi və tayfasını arxada qoyub səfərə çıxdı. O, Hərran şəhərində dayandı ki, bəlkə burada onu eşidən, sözünü dinləyən ağıllı adamlar tapa. Lakin çox keçmədi ki, buradakı camaatın yoldan azdıqlarını bildi və gördü ki, onlar bir olan Allah deyil, ulduzlara pərəstiş edirlər. Odur ki, onlara öz xətalarını başa salmaq, əqidələrinin puçluğunu açıb göstərmək qərarına gəldi. Bu iş üçün o, ağıl və sübut yolunu tutdu ki, onlar Allahı tapsınlar, haqq yolunu yanlışlıqdan, puçluqdan üstün tutsunlar və onun səsinə səs verib dəvətini qəbul etsinlər.

      Axşam oldu və qaranlıq pərdəsi ətrafı bürüdü. İbrahim bu tayfanın pərəstiş etdiyi ulduzlardan birini gördü. Budur, o, söhbət edən bir dəstə adamın arasında durmuşdur. İbrahim onlara doğru yol göstərmək üçün mülayim söhbətə girişdi, camaatın dediyi: "Bu bizim tanrımızdır" sözlərini təkrar etdi.

      Bu, İbrahimin dəlil gətirmə və yol göstərmə üsullarından biridir. İbrahim adamlara yol göstərmək üçün öncə onların diqqətini özünə cəlb edir, rəğbətini qazanır. Bunun üçün o, həmsöhbətlərilə mehriban danışır və əsla heç nəyə etirazını bildirmir. Bu üsulu o, mətləbini çatdırmaq və dəlillərini anlatmaq üçün daha münasib bilir, lakin eyni zamanda gizli şəkildə hiss etdirmədən rəyinin möhkəmliyini və gücünü adamların zehninə yeridir.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      1

      Qurani-Kərim, Bəqərə surəsi, 29-39-cu ayələr.

      2

      Burada və Qurandakı ayələrin çoxunda "gün" dedikdə varlıqların üzə çıxması müddəti nəzərdə tutulur. Buna görə də "gün" anlayışı milyonlarla illəri əhatə edə bilər.

      3

      Təbiidir ki, bu sual mələklər tərəfindən İlahi hikmətinə etiraz, ya şəkk, ya da Adəmə, onun nəslinə tənə etmək üçün verilməmişdi. Çünki mələklər Allahın elə yaxın, müqəddəs məxluqları və əziz bəndələridir ki, Onun əmrindən çıxmır, buyruğuna əməl edirlər. Əksinə, mələklər şübhələri yox etmək, əsl həqiqəti bilmək və yer üzündə xəlifəlik mənsəbinə çatmağa ümidvar olmaq üçün bu sualı vermişdilər. Axı onlar İlahi neməti və mərifətinə itaətdə özlərini üstün sayırdılar.

      4

      Qurani-Kərim, Maidə surəsi, 31-35-ci ayələr.

      5

      Qabilin qəzəbi və Habilin qətli haqqında rəvayətlər müxtəlifdir. Biz bu qissələri hazırlayarkən "Məcməul-bəyan" təfsirini əsas götürmüş və istər burada, istərsə də başqa qissələrdə daha çox həmin təfsirdəki şərtlərə üstünlük vermişik.

      6

      Qurani-Kərim, Hud surəsi. 26-49-cu ayələr.

      7

      Qurani-Kərim, Hud surəsi, 51-60-cı ayələr.

      8

      Qurani-Kərim, Hud surəsi, 62-69-cu ayələr.