Карл Генрих Маркс

KAPİTAL. Siyasi iqtisadın tənqidi


Скачать книгу

yerini başqa əmtəənin tutması, əmtəənin öz formalarının dəyişilməsindən deyil, pulun tədavül vasitəsi olmaq funksiyasından irəli gəlir, özlüyündə hərəkətsiz olan əmtəələri guya məhz tədavül vasitələri hərəkətə gətirir, onları qeyri-istehlak dəyəri olduqları əllərdən istehlak dəyəri olduqları əllərə keçirir, həm də bunları həmişə pulun öz hərəkətinə əks istiqamətdə hərəkət etdirir. Pul daim əmtəələri tədavül dairəsindən uzaqlaşdırıb tədavüldə onların yerini tutur və bununla da öz başlanğıc nöqtəsindən uzaqlaşır. Buna görə də pulun hərəkətində yalnız əmtəələrin tədavülü ifadə olunursa da, zahirdə, əksinə, belə görünür ki, əmtəələrin tədavülü ancaq pulun hərəkətinin nəticəsidir67.

      Digər tərəfdən, pulun ancaq ona görə tədavül vasitəsi funksiyası vardır ki, əmtəələrin müstəqilləşmiş dəyərini təmsil edir. Buna görə də tədavül vasitəsi olmaq etibarı ilə pulun hərəkəti həqiqətdə ancaq əmtəənin öz formasının hərəkətidir. Deməli, bu hərəkət pulun tədavülündə gözə görünən bir şəkildə də əks olunmalıdır. Məsələn, kətan əvvəlcə öz əmtəə formasını öz pul formasına çevirir. Onun birinci metamorfozu olan Ə–P metamorfozunun ikinci qütbü, yəni pul forması sonra onun axırıncı metamorfozu olan P–Ə metamorfozunun, yenidən bibliyaya çevrilməsinin birinci qütbü olur. Lakin formanın bu iki çevrilməsindən hər biri əmtəə və pulun mübadiləsi yolu ilə, bir-birinin yerini tutması yolu ilə əmələ gəlir. Eyni pul əmtəənin özgəninkiləşdirilmiş surəti olaraq satıcının əlinə gəlir və əmtəənin qəti özgəninkiləşdirilən surəti olaraq satıcını tərk edir. Bu pul-öz yerini iki dəfə dəyişir. Kətanın birinci metamorfozu bu pulu toxucunun cibinə gətirir, ikincisi isə pulu yenidən oradan çıxarır. Beləliklə, eyni bir əmtəənin formasının bir-birinə əks istiqamətdə iki dəfə dəyişilməsi pulun əks istiqamətdə iki dəfə öz yerini dəyişdirməsində əks olunur.

      Əksinə, yalnız birtərəfli əmtəə metamorfozları olduqda–istər sadəcə alqı, istərsə sadəcə satqı əməliyyatları olsun, fərqi yoxdur–eyni pul öz yerini ancaq bir dəfə dəyişir. Pulun ikinci yerdəyişməsi həmişə əmtəənin ikinci metamorfozunu, onun puldan geri dönməsini ifadə edir. Eyni pulun yerdəyişmələrinin tez-tez təkrarlanmasında nəinki ayrıca bir əmtəənin metamorfozları sırası, habelə ümumiyyətlə bütün əmtəə aləminin saysız-hesabsız metamorfozlarının çulğaşması ifadə olunur. Həm də özlüyündə aydındır ki, bunların hamısı ancaq burada nəzərdən keçirdiyimiz sadə əmtəə tədavülü formasına aiddir.

      Hər bir əmtəə tədavül prosesində ilk addım atdıqda, öz formasını lap ilk dəfə dəyişərkən tədavül dairəsindən çıxır və onun yerinə buraya daim yeni bir əmtəə daxil olur. Əksinə, tədavül vasitəsi olmaq etibarı ilə pul daim tədavül dairəsində qalır, daim burada vurnuxur. Buradan belə bir sual meydana çıxır ki, bu dairə arasıkəsilmədən nə qədər pul qəbul edə bilər.

      Hər bir ölkədə hər gün eyni zamanda çoxlu və deməli, məkanca yanaşı olan birtərəfli əmtəə metamorfozları baş verir və ya başqa sözlə, bir tərəfdən təkcə satqılar, digər tərəfdən təkcə alqılar baş verir. Öz qiymətləri cəhətdən əmtəələr fikrən təsəvvür edilən müəyyən pul miqdarlarına bərabərləşmiş olur. Burada nəzərdən keçirilən bilavasitə tədavül forması həmişə əmtəə ilə pulu cismani şəkildə bir-birinə qarşı qoyduğuna görə–əmtəə satqı qütbündə, pul isə buna əks olan alqı qütbündə durduğuna görə, – əmtəələrin tədavülü prosesi üçün lazım gələn tədavül vasitələri kütləsini həmin əmtəələrin qiymətlərinin məcmusu artıq müəyyən etmiş olur. Doğrudan da pul ancaq, əmtəələrin qiymətləri məbləğində artıq ideal surətdə ifadə edilmiş qızıl məbləğini real surətdə təmsil edir. Deməli, bu məbləğlərin bərabərliyi özlüyündə aydındır. Lakin biz bilirik ki, əmtəələrin dəyəri sabit qaldıqda, qızılın (pul materialının) öz dəyəri dəyişdikcə, əmtəələrin qiyməti dəyişilir: qızılın dəyəri düşdükdə, əmtəələrin qiyməti mütənasib surətdə qalxır və qızılın dəyəri qalxdıqda, əmtəələrin qiyməti əksinə, mütənasib surətdə düşür. Əmtəə qiymətləri məbləğinin belə qalxması və ya düşməsi ilə bərabər, tədavüldə olan pul kütləsi də eyni proporsiyada çoxalmalı və ya azalmalıdır. Hər halda burada tədavül vasitələri kütləsinin dəyişilməsinə səbəb pul özüdür, lakin öz tədavül vasitəsi funksiyasında deyil, öz dəyər ölçüsü funksiyasında. Əvvəlcə əmtəələrin qiyməti pulun dəyərinin dəyişilməsinə əks nisbətdə dəyişilir, sonra isə tədavül vasitələri kütləsi əmtəələrin qiymətinin dəyişilməsinə düz nisbətdə dəyişilir. Məsələn, qızılın dəyəri düşməyib, dəyər ölçüsü olmaq etibarı ilə onu gümüş əvəz etsəydi, yaxud əksinə, gümüşün dəyəri yüksəlməyib, qızıl gümüşü dəyər ölçüsü funksiyasından sıxışdırıb çıxarsaydı, yenə tamamilə eyni hal baş verərdi. Birinci halda tədavüldə olmuş qızıla nisbətən daha çox gümüş tədavül etməli idi, ikinci halda əvvəllər tədavüldə olmuş gümüşə nisbətən daha az qızıl tədavül etməli idi. Hər iki halda pul materialının, yəni dəyər ölçüsü funksiyası daşıyan əmtəənin dəyəri dəyişilərdi, buna görə əmtəə dəyərlərinin qiymətlərdəki ifadəsi də dəyişilərdi, deməli, tədavül edən və bu qiymətlərin reallaşdırılmasına xidmət göstərən pulun kütləsi də dəyişilərdi. Biz artıq gördük ki, əmtəə tədavülü dairəsində – açıq bir yol vardır və qızıl (gümüş və ümumiyyətlə pul materialı) müəyyən dəyərə malik bir əmtəə şəklində bu yoldan oraya keçir. Bu dəyərin mövcud olması hələ pulun bir dəyər ölçüsü funksiyası daşıdığı zamandan, yəni qiymətlərin müəyyən olunduğu zamandan nəzərdə tutulur. Məsələn, dəyər ölçüsünün öz dəyəri düşürsə, bu, hər şeydən əvvəl, nəcib metalın bilavasitə istehsal edildiyi yerlərdə ona bir əmtəə kimi mübadilə olunan əmtəələrin qiymətinin dəyişilməsində təzahür edir. Lakin başqa əmtəələrin xeyli hissəsi, xüsusilə burjua cəmiyyətinin aşağı inkişaf pillələrində hələ uzun müddət dəyər ölçüsünün artıq xəyali olan, köhnəlmiş dəyərində qiymətləndirilir. Bununla belə, əmtəələr bir-biri ilə dəyər münasibətlərinə girdikcə, bir əmtəə başqasına təsir edir, beləliklə də əmtəələrin qızıl və ya gümüş qiymətləri əmtəələrin öz dəyərləri ilə müəyyən olunan proporsiyalara uyğun surətdə yavaş-yavaş tənləşir və, nəhayət, bütün əmtəə dəyərləri pul metalının yeni dəyərinə uyğun surətdə qiymətləndirilir. Bu tənləşmə prosesində, əmtəələr bilavasitə nəcib metallara mübadilə olunduqca axıb gələn nəcib metalların miqdarı arasıkəsilmədən artır. Buna görə də islah olunmuş bu yeni qiymətlər əmtəələr arasında hansı dərəcədə yayılırsa və ya hansı dərəcədə əmtəələrin dəyərləri metalın aşağı düşmüş və müəyyən nöqtəyədək düşməkdə davam edən bu yeni dəyərində qiymətləndirilirsə, bu yeni qiymətlərin reallaşması üçün lazım gələn əlavə nəcib metal kütləsi də o dərəcədə meydanda mövcud olur. Yeni qızıl və gümüş mədənləri kəşf edildikdən sonra baş verən faktların birtərəfli müşahidə edilməsi XVII əsrdə və xüsusən XVIII əsrdə belə bir yanlış nəticəyə gətirib çıxarmışdı ki, guya əmtəə qiymətlərinin artmasına səbəb,