Дмитрий Глуховский

Metro-2033


Скачать книгу

deyirəm. Bəli, bu yaşayışa dırnaqlarımla sarılacam, təkamülünə də… Digər növlər də növbəyə dayansınlar, görək. Mən heç olmasa, qəssablıq qoyun deyiləm. Buyur, hər şeydən əl çək, uyğun, mükəmməl yoldaşlarının yanına qaç, tarixdəki yerini onlara ver! “Kifayət qədər mübarizə apardım”, – deyə, duyğuya qapılmısansa, dayanma, qaç, səni bunlara görə ittiham etməyəcəm. Amma məni qorxutmağa əsla cəhd etmə! Əsla məni özünlə birlikdə sallaqxanaya sürükləmək cürətini göstərmə! Mənə nə üçün bunları deyirsən? Əgər özün tək təslim olmursan, başqalarını da qorxudub kollektiv şəkildə təslimiyyətə sürükləyirsənsə, beləcə, təklikdən qurtulursan? “Mənim mübarizəm ümidsizdir” deyirsən? Uçurumun kənarında durmuşam? Cəhhənəmə ki! Əgər ağlı başında olan insan, yaxşı yetişdirilmiş “Homo Sapiens” məğlubiyyəti seçibsə, mən də sevə-sevə bu şərəfli addan imtina edər, heyvan olmağı qəbullanar, eynilə heyvan kimi yaşamağa başlayar, sağ qalmaqçün də digərlərinin boğazından tutaram. Və həyatda qalmağı bacararam. Başa düşdünmü məni? Sağ qalacam!

      Hanter təkrar oturub, çay xahiş etdi. Bu söhbətdən sonra Saşa su doldurub çaydanı yenidən ocağa qoymaq üçün sakit, sıxıntılı halda çölə çıxdı. Artyom Hanterlə çadırda yalnız qaldı. Hanterin son sözləri, sanki insanın başına vura-vura təhqir etmələri, aşıb-daşan ehtirasla həyatda qalmaq arzusu Artyomu alovlandırmışdı. Uzun müddət Hanterlə danışıb-danışmamaqda qərarsız qaldı. Amma Hanter onu gözləmədən özü sözə başladı.

      – Bəs sən nə düşünürsən, oğlan? Rahat ol, amma lazımsız təvazökarlığı kənara burax. Sən də daha çox bit kimi olmaq istərdin? Ya da dinozavr? Onlar canını almağa gələnə qədər oturub gözləyəcəksən? Südün içinə düşən qurbağanın əhvalatını bilirsən? Bir gün iki qurbağa süd qabının içinə düşmüşdü. Qurbağalardan biri məntiqli düşünüb mübarizə aparmağın faydası olmayacağını, alın yazısına qarşı gələ bilməyəcəyini anlamışdı. Kim bilir, bəlkə ölümdən sonra da həyat var, niyə özünü çətinə salıb boş-boşuna ümidlərə qapılmalıdır ki? İkinci qurbağa, ya axmaqdı, ya da Tanrını qəbul etməyən ateist. Nə isə, bu qurbağa dəli kimi çırpınmağa başlamışdı. “Hər şey əvvəlcədən müəyyən edilibsə, niyə çırpınmayım ki?” – düşünmüşdü. Dayanmadan tullanıb-düşmüşdü. Ta ki, süd yağ olana qədər. Daha sonra da çölə dırmanmışdı. İndisə təkamül nəzəriyyəsi, rasional düşüncəyə əsasən, onun yaşamaqdan imtina edən dostu üçün bir dəqiqəlik sükut elan edək!

      Artyom yüngülcə öskürdü.

      – Siz kimsiz?

      – Mən kiməm? Bilmirsən, ovçuyam?!

      – Amma ovçu nə deməkdir? Nə edirsiz? Nə ovlayırsız?

      – Sənə necə izah edim?! İnsan orqanizminin necə yarandığını bilirsən? Milyonlarla hüceyrədən meydana gəlib. Hüceyrələrdən bəziləri elektrik siqnalları axtarır, digərləri mə-lumat bazaları, başqlarısa qida maddələrini toplayır, yaxud oksigen çatdırır. Amma hamısı hətta içində ən əhəmiyyətliləri belə, immuniteti mühafizə edən hüceyrələr olmasaydı, bir gün içində məhv olardı, bütün orqanizm də gedərdi işinə. Bu tip hüceyrələrə “makrofaj” deyirik. Bunlar eynilə saat, ya da metronom kimi metodiki, düzgün işləyirlər. Bədənə bəzi refleks virusları gətirdiyi anda, harda gizlənir-gizlənsin, gec-tez ona çatırlar, – Hanter əlləriylə kiminsə xirtdəyindən tutub boğurmuş kimi, tükürpədici səs çıxararaq dedi, – … və zərərsizləşdirirlər.

      – Amma bunun sizin peşənizlə nə əlaqəsi var?

      – Bir anlıq bütün metronun insan orqanizmi olduğunu düşün. Qırx milyon hücüyrədən meydana gəlmiş qarışıq orqanizm. Mən də “makrofaj”am. Ovçu. İşim budur. Orqanizmə ciddi zərər verəcək hər növ təhdid yox edilməlidir. Mənim vəzifəm də bu təhdidləri yox etməkdir.

      Saşa əlində çaydanla gələrək fincanlara təzə çay süzdü. Hiss olunurdu ki, bir az özünə gəlib. Hanterə dönərək soruşdu:

      – Təhlükənin mərkəzini yox etmək üçün necə cəhd edəcəksən, kovboy? Ova çıxıb bütün qaraları qıracaqsan? Bunu heç cür bacara bilməzsən. Boş-boşuna cəhd göstərmə, Hanter! Başqa heç nə…

      – Çıxış yolu həmişə var, Suxoy! Sizin bu şimal tunelini partlatmaq. Tamamilə yerlə-yeksan etmək. Beləcə, sənin yeni növünlə bütün telləri qoparmaq. Qoy yuxarıda istədikləri qədər çoxalsınlar, lakin biz köstəbəklərə dəyməsinlər. Yerin altı, indilik bizim yaşayış məskənimizdir. Və kim bizə qılıncla gələrsə…

      – Eh, eləmi? Sənə burda çox az adamın bildiyi şey haqqında danışım. Bizim üstümüzdə yeraltı sular axır. İkinci şimal tunelini çoxdan havaya uçurmuşuq. Az qalmışdı ki, bizi sel aparsın. Partlayıcı maddə bir az da güclü olsaydı, VDNX də gedəcəkdi işinin dalınca. Bu o deməkdir ki, əgər ikinci şimal tunelini də partlatsaq, sadəcə su altında qalmarıq, radiaoaktiv sular bizi yuyub məhv edər. Və yalnız bizi yox, bütün metronu məhv edər, soyumuz tamamilə kəsilər. Biz uduzarıq, olar Şah!

      – De görüm, onların axını son vaxtlar güclənibmi?

      – Güclənib də sözdür? İnanılacaq kimi deyil, amma bir az əvvələ qədər onlardan xəbərimiz yoxdu. İndisə ən böyük təhlükəyə çevriliblər. İnan mənə, əlimizdə nə varsa, malımız, mülkümüzlə, projektorlarımız və avtomatlarımızla birgə hamımızı yerlə bir edəcəkləri gün yaxındadır. VDNX kimi kiçik stansiyanı mühafizə üçün bütün metronu ayağa qaldırıb əmr verə bilməzsən. Bəli, çox yaxşı çay hazırlayırıq, amma heç kim sırf bunun üçün həyatını təhlükəyə atmır. Xüsusilə, “Kantemirovskaya” stansiyasında bizə rəqib olan bərbad çay var. Buna da bir Şah!

      Saşanın üzündə yenə kədərqarışıq kinayə göründü:

      – Bizə heç kimin ehtiyacı yoxdur. Çox çəkməz ki, təkcə öz gücümüzlə hücumlara tab gətirəcək halımız da qalmaz. Onların yolunu kəsmək, tuneli çökdürməyəsə, məlum olan səbəblərə görə gücümüz çatmaz. Nə demək istədiyimi, hər halda, başa düşürsən, hamımız çox yaxında toplu şəkildə “mat” olacağıq!

      – Görərik, – Hanter sərt səslə cavab verdi, – Görərik.

      Bir müddət oturub ordan-burdan danışdılar. Tez-tez Atyomun tanımadığı adlardan, əhvalatlarının bəzi hissələrindən danışdılar. Bəzən də Artyomun çox da başa düşmədiyi, çox illər əvvələ söykənən və ayrıldıqları zaman mənasını itirib, qarşılaşdıqlarında təkrar alovlanan köhnə ixtilaflı mövzulara toxundular.

      Sonda Hanter yerindən qalxdı, Artyom kimi növbədən sonra istirahət etmədiyini, artıq yatmaq istədiyini dedi. Saşayla vidalaşdı, lakin çadırdan çıxmazdan əvvəl Artyoma tərəf döndü və qulağına pıçıldadı:

      – Mənimlə bir az çölə çıx, zəhmət olmasa.

      Artyom atalığının qəribə baxışlarına fikir vermədən Hanterin arxasınca çadırdan çıxdı. Hanter çöldə gözləyirdi.

      – Bir az gəzmək istəyirsən? – deyə, təklif etdi və arxayın şəkildə yerləşdiyi qonaq çadırına tərəf addımlamağa başladı.

      Artyom