Отто Вейнингер

Cins və xarakter


Скачать книгу

da-ha çətindir.

      İnkişafın morfologiya, fiziologiya və mexanikasına oxşar olaraq cinsiyyət tiplərinin müqayisəli patologiyası da həmçinin çox arzuolunandır. Aydındır ki, orada oldu-ğu kimi burada da statistikadan məlum nəticələri çıxar-maq olar. Əgər statistika məlum xəstəliyin daha tez-tez “kişilərdə” deyil, “qadınlarda” olduğunu göstərirsə, onda özümüzdə cəsarət tapıb aşağıdakı müddəanı qəbul etmə-liyik: bu teliplazmaya məxsus, ona “idiopatik” bir xəstə-likdir. Məsələn, qalxanabənzər vəzinin fəaliyyətinin da-yanması ilə yaranan selikli axıntı – Q xəstəliyidir, xayanın hidroposu təbiətcə K xəstəliyidir.

      Lakin əgər xəstəliyin xarakterinin kişiliklə yaxud qa-dınlıqla əlaqəsi göstərilməzsə, o zaman, hətta ən dəqiq sta-tistik rəqəmlər belə nəzəri səhvləri önləyə bilməz. Göstə-rilən xəstəliklərin nəzəriyyəsi həmçinin, onların nəyə görə bir cinsə, yəni (burada əsaslandırılmış rəyə uyğun olaraq) nəyə görə ya K-ya, ya da Q-yə məxsus olmasına dair hesa-bat verməlidir.

      III FƏSİL

      CİNSİ CAZİBƏ QANUNLARI

      Cinsiyyətcə fərqli bütün canlı varlıqlarda, köhnə an-layışlarla ifadə etsək, kişi ilə qadın, erkəklə dişi arasında cinsi əlaqəyə meyil vardır. Ancaq kişi və qadın real olaraq təmiz şəkildə heç yerdə mövcud olmayan tiplər olduqları üçün indi biz cinsi meylin istənilən kişi ilə istənilən qadını qovuşdurmağa can atdığını deyə bilmərik. Tam olması üçün mənim nəzəriyyəm cinsi təsir faktlarına dair suala da cavab verməlidir. O, nəzərdən keçirdiyi halların əhatə etdiyi sahəni birincilərdən geri qalan köhnə vasitələrlə de-yil, yeni vasitələrlə daha yaxşı təsvir etməlidir. Əslində, K və Q-nin bütün canlı varlıqlar arasında müxtəlif kombina-siyalarda parçalanmış olmasına dair rəyim məni hələ heç kimə məlum olmayan, yalnız bircə dəfə bir filosof tərəfin-dən xatırlanmış qanunu, cinsi cazibə qanununu kəşf et-məyə gətirib çıxardı. İnsan üzərində etdiyim müşahidələr onu tapmaqda mənə yardım etdi, ona görə də mən ondan başlayacağam.

      Hər bir insanın digər cinsə münasibətdə yalnız ona məxsus müəyyən “zövqü” vardır. Məsələn, əgər məşhur tarixi bir şəxsiyyətin sevdiyi qadınların portretlərini tu-tuşdursaq (əlbəttə, bu fakt tamamilə mötəbərdir), onda biz, demək olar ki, həmişə onların bir-birinə çox bənzədiyini görərik. Bu, bədənin xarici görünüşündə (dar mənada bo-yunda), onların simalarında və hətta yaxından nəzər sal-dıqda ən xırda cizgilərində ad uriguem (dırnağa qədər) özünü büruzə verir. Tamamilə eyni şeyləri bütün insanlar haqqında demək olar. Beləliklə, kişini çox cəlb edən hər bir qızın nəyə görə kişidə ona eyni təsiri göstərmiş başqa qızlar haqqında xatirələr oyatdığının səbəbi anlaşılmış olur. Hər bir insanın çoxlu tanışları var ki, onların digər cinsə qarşı zövqü onda heyrət doğurur: “anlamıram, o bunun necə xoşuna gələ bilər!”. Hər bir ayrıca götürülmüş varlıq üçün (hətta heyvanlarda belə) müəyyən özünəməx-sus “zövq” olduğunu, heç şübhəsiz, təsdiq edən çoxlu fakt-lar Darvin tərəfindən onun “İnsanın mənşəyi” əsərində toplanmışdır. Aşağıda biz göstərəcəyik ki, müəyyən cinsi zövqün mövcudluğu faktına dair belə bir analogiya, hətta bitkilərdə də özünü açıq-aşkar göstərir.

      Ümumdünya cazibə qanunu kimi cinsi cazibə də de-mək olar ki, istisnasız olaraq qarşılıqlıdır. Harada bu qay-dadan istisnalar varsa, orada həmişə cinsi zövqün bilava-sitə və həmişə demək olar ki, qarşılıqlı təzahürünə mane olan və ya ilk bilavasitə təəssüratsız istək doğuran mo-mentləri göstərmək mümkündür.

      Gündəlik danışıqda da “sıxılan insan”dan ya da “on-lar bir-birinə uyğun gəlməməsindən” bəhs olunur.

      Burada bir faktın zəif şəkildə duyulduğu özünü bü-ruzə verir: hər bir insanda elə məlum xüsusiyyətlər var ki, o digər cinsdən olan hansı fərdin onunla cinsi əlaqəyə gir-məsinə qeyd-şərtsiz etinasızlıq göstərə bilmir. Belə ki, cin-si duyumda heç bir fərq olmadan hər hansı bir “kişinin” digər “kişini”, hər hansı bir “qadının”da digər “qadını” əvəz etməsi mümkün deyil.

      Hər bir insan öz təcrübəsindən bilir ki, digər cinsdən olan məlum şəxslər onda ikrah yaradır, bəziləri heç bir tə-əssürat yaratmır, bir digərləri isə onu cəlb edir. Nəhayət, onun rastına elə biri çıxır ki, vüsala yetişməyi bütün varlı-ğı ilə arzulayır, belə ki, onun gözündə bütün dünya də-yərsizləşir və yox olur. Bu fərd kimdir? O hansı xüsusiy-yətlərə malik olmalıdır? Əgər gerçəkdən(bu elə belədi ki var) hər kişi tipinə ona qıcıqlandırıcı təsir göstərən uyğun qadın tipi varsa və əksinə, onda aydındır ki, burada mü-əyyən bir qanun qüvvədə olmalıdır. Bu hansı qanundur? O necə ifadə olunur?

      “Əksliklər bir-birinə cəzb olunur" – mən bu formulu eşidəndə suala artıq öz cavabım var idi. Onu müxtəlif adamlardan öz rəylərini demələrini istəyərək və misallar-la onlara abstrakt düşünməyə kömək edərək əldə etmiş-dim. Məlum mənada və bəzi az sayda hallar üçün bu ta-mamilə ədalətlidir. Lakin bu tərif həddən ziyadə genişdir. O nə isə daha əhəmiyyətli bir şey tutmaq istəyən barmaq-ların arasından axıb gedir, daha sonra isə riyazi qəlibə gir-mək istəmir.

      Mənim kitabım bütün cinsi cazibə qanunlarını (bun-larsa bir neçədir) kəşf etməyə can atmır və hər kəsə onun zövqünə tamamilə uyğun digər cinsdən olan fərd haqqın-da müəyyən məlumatlar vermək iddiasında deyil. Yalnız buraya aid bütün qanunları mükəmməl bilmək belə tələbi gerçəkləşdirə bilər. Bu fəsildə yalnız onlardan birini nə-zərdən keçirəcəyik, ona görə ki, kitabın qalan nəticələri ilə onun üzvi əlaqəsi var. Mən sonrakı qanunların bütöv bir sırasının izinə düşdüm, lakin ilk diqqət yetirdiyim bu qa-nundur və onun barəsində deyə biləcəyim nisbətən işlə-nib hazırlanmışdır. Sübutların natamamlığına iltifatla ya-naşılmasını istəyirəm, çünki məsələ yeni və çətindir.

      Cinsi yaxınlıq qanununu ilk əvvəl kəşf edəndə əsas-landığım faktları və onu təsdiqləyən bir çox digərlərini burada sadalamayacağam: xoşbəxtlikdən bu bəlli mənada artıq bir şeydir. Xahiş edirəm ki, qanunu hər kəs əvvəlcə öz üzərində yoxlasın, ondan sonra ona öz tanışlarının çevrəsində diqqətlə baxsın. Xüsusilə, mən o hallara diqqət yetirmənizi istəyirəm ki, sizin zövqünüzü anlamırlar, hət-ta hər hansı bir zövqə sahib olduğunuzu belə rədd edirlər, ya da nə vaxtsa eyni münasibəti siz digərlərinə göstərirsi-niz. Hər bir insan belə bir yoxlamanı apara bilmək üçün insan bədəninin xarici formalarına aid minimum biliklərə sahibdir.

      İndi ifadə edəcəyim qanunu mən özüm göstərilən yol-la kəşf etmişəm.

      Qanun belədir: “Ayrıca götürülmüş hər bir halda müxtəlif nisbətlərdə iki müxtəlif fərdə parçalanmış ol-salar da cinsi birləşmə üçün həmişə mükəmməl kişi (K) və mükəmməl qadın (Q) üz-üzə gəlir”.

      Başqa bir ifadə ilə: adi danışıqda “kişi” adlandırılan hər hansı bir fərddə kişiyə aid hər şeyi Kk ilə, qadına aid hər şeyi isə Qk ilə, adi danışıqda “qadın” adlandırılan bəl-li subyektdəki qadına aid hər şeyi isə Qq ilə, kişiyə aid hər şeyi