Пола Хокинс

Qatardakı qız


Скачать книгу

mışdım, davam eləyə bilmirdim.

      Qulağım küylə dolmuşdu, ağzım qan içində idi. Üç qıza…

      Sağsağanların səsini eşidirdim. Gülürdülər, mənimlə

      əylənirdilər. Səsləri kobud idi. Bu bir işarə idi. Həm də pis xəbərə işarə edirdi… Artıq onları görə bilirdim, günəş şüaları altında qapqara görünürdülər. Elə bil quş deyil, tamam başqa bir şey idilər. Kimsə mənə tərəf gəlirdi. Kimsə

      mənimlə danışırdı. Bax… Bax sənin ucbatından nə etdim…

      P a u l a H o k İ n s

      Qatardakı qız

      detektiv roman

      1

      Hər gün qarşısından keçdiyiniz evlərdə, əslində, nələr baş verir?

      1

      ƏZİZ OXUCU

      Hər birimiz tamaşaçıyıq. Qatar səyahətləri dünyanın hər yerində eyni cürdür: hər səhər, yaxud axşam o qatara minir, qəzet oxuyur, yaxud musiqiyə

      qulaq asırıq; boş-boş eyni küçələrə baxır və aradabir kiminsə həyatından qısa fraqmentlərə rast gəlir, daha da yaxşı görmək üçün ba-şımızı irəli uzadırıq.

      Başqalarının həyatına tamaşa etməyin cəlbedici bir tərəfi var: hər şey qıcıqlandırıcı dərəcədə ani, ancaq bir o qədər də açıq-aydındır. Düşəcəyiniz dayanacaqdan qabaqkı binanın ən üst mərtəbəsində yaşayanlarla güman ki, heç vaxt qarşılaşmamısınız. Onları tanımırsınız və necə göründükləri haqda heç bir fikriniz yoxdur. Ancaq oğullarının idealının Ronaldo olduğunu, qızlarının “One Direction” əvəzinə “Arctic Monkeys”ə

      qulaq asdığını, modern skandinav mebelinə, yaxud sürrealist incəsənətə heyran olduqlarını bilirsiniz.

      Bu adamları tanıyırsınız. Bu adamları sevirsiniz.

      Onların da sizi sevəcəyindən əminsiniz. Dost ola bilərsiniz.

      Tənhalıq və mücərrədləşmə şəhər həyatının olduğu kimi, gündəlik səyahətlərin də bir hissəsinə çevrilə

      bilər. “Qatardakı qız”ın baş qəhrəmanı Reyçlın vəziyyəti də, şübhəsiz, eynidir. Reyçlın həyatı gözlənilmədən reysindən çıxıb, birdən-birə xoşbəxtlikdən bəd-bəxtliyə sürüklənib. Çarəsiz şəkildə keçmiş həyatının qoyduğu boşluğu doldurmağa çalışaraq hər gün qatardan gördüyü bir cütlüklə arasında platonik bir əlaqə

      yaradır. Bu yad adamlar ona elə yaxın olmağa başlayır ki, onları tanıdığını, onları anladığını hiss etməyə baş-1

      layır; onlarla bağlı bir əhvalat yaradır, fikrində onlarla dost olur. Əslində isə bu adamların həyatına dair cüzi bir şey də bilmədiyinə görə qeyri-adi və gözlənilməz hadisəni görən kimi necə bir işə qarışdığını bilmədən taleyini müəyyənləşdirən o qərarı, sərnişinlikdən əhvalatın bir hissəsi olmağa keçid qərarını verir.

      Ancaq o sərhədi bir dəfə keçəndən sonra geri qayıtmaq qeyri-mümkündür.

      Ümid edirəm ki, “Qatardakı qız”ı yazanda aldığım zövqü siz də oxuyanda alacaqsınız.

      Paula Hokins

      1

      REYÇL

      5 iyul 2013, Cümə

      Səhər

      Qatar relslərinin kənarında bir yığın paltar var idi.

      Köynəyə oxşayan açıq mavi rəngli parça, ağ, çirkli başqa bir şeylə birlikdə bürmələnib atılmışdı. Çox güman ki, sahilin yuxarısındakı kolluqlarla dolu kiçik meşəyə

      gizlicə tökülən zibilliyin bir parçası idi – gəlib bura düşmüşdü. Bəlkə də işləmək üçün tez-tez yolun bu ta-yına gələn mühəndislər atmışdılar. Ya da bu zibil yığını başqa bir səbəbdən burda idi. Anam həmişə deyərdi ki, yaxşı təxəyyülüm var, Tom da eyni fikirdə idi. Məndən asılı deyildi, yerdə çirkli bir köynək, ya da bir tayı atılmış ayaqqabı görəndə o dəqiqə ağlıma gələn ilk şey ayaqqabının o biri tayı, ya da vaxtilə onu geyən ayaqlar olurdu.

      Qatar yırğalana-yırğalana cırıltıyla hərəkət etməyə

      başlayanda paltar yığını gözdən itdi. Bir qaçışçı sürəti-lə Londona doğru yola düşdük. Arxamdakı oturacaqda əyləşmiş bir nəfər qəzəb içində çarəsizcə ah çəkdi.

      08:04-də Eşburidən Yustona asta hərəkətlə yola düşən qatar bir çox təcrübəli sərnişinin belə səbrini sınaya-caqdı. Əlli dörd dəqiqə davam etməli olan yolçuluq nadir hallarda vaxtında bitirdi. Yolun bu köhnə, çök-1

      müş hissəsi siqnalizasiya problemləri və bitib-tükən-məyən təmir işləri ilə dolu idi.

      Qatar tənbəl-tənbəl irəliləyir, anbarların, su dəyir-manlarının, körpülərin, daxmaların, arxa tərəfi yola baxan viktorian üslublu evlərin yanından silkələnərək keçirdi.

      Başımı vaqonun pəncərəsinə dayayaraq filmlər-dəki sürətli kadrlartək gözüm önündən axıb gedən evləri seyr edirdim. Onlara başqalarının baxmadığı nəzərlərlə baxırdım; çox güman ki, öz sahibləri belə onları bu cür görmürdü. Mənə gündə iki dəfə, bir anlıq da olsa başqalarının həyatından hansısa səhnəni görmək nəsib olurdu. Öz evlərində əmin-amanlıq içində

      oturan bu adamları izləməyin insana rahatlıq verən bir təsiri var idi.

      Kiminsə telefonu qatarın ab-havasına uyğun olmayan şən və oynaq bir musiqiylə səsləndi. Cavab verməyə tələsilmədiyinə görə səs bir müddət beynimin içində əks-səda verdi. Digər sərnişinlərin oturacaqlarında necə tərpəndiklərini, əllərindəki qəzetləri xışıldatdıqla-rını, kompüterin düymələrini yavaşca taqqıldatdıqla-rını eşidirdim. Qatar silkələnib döngədən keçəndən sonra qırmızı işığa yaxınlaşıb sürətini azaltdı. Başımı qaldırmadan stansiyada sərnişinlərə pulsuz paylanılan qəzeti oxumağa çalışsam da, sözlər gözümün qarşısında bulanıqlaşır, heç biri məndə maraq oyada bilmirdi.

      Fikrim hələ də yolun kənarına atılmış paltar yığınında idi.

      1

      Axşam

      Elə cin toniki ağzıma aparıb bir qurtum içmək istəyirdim ki, dəmir qab ağzına qədər köpüklə doldu.

      2005-ci ildə Tomla Bask sahilində, bir balıqçı qəsəbə-sində olduğumuz ilk tətilimiz kimi kəskin və soyuq idi. Səhərlər kənddəki kiçik adaya qədər təxminən bir kilometrə yaxın məsafəni üzüb adam ayağı dəyməyən sahillərdə sevişmiş, günortadan sonra isə barlardan birində oturub sərt və acı cin toniki içə-içə dənizin çə-kilməsilə üzə çıxan qumun üstündə cürbəcür oyunlar oynayan çimərlik futbolçularına tamaşa etmişdik.

      Bir qurtum, sonra yenə də bir qurtum içdim. Dəmir qutu demək olar ki, boşalmışdı, amma eybi yox, küncdə, ayağımın yanındakı paketdə hələ üç dənə də

      vardı. Cümə günü idi və qatarda içdiyimə görə özümü narahat hiss etməmə heç bir səbəb yox idi. Tanrıya şükür ki, bu gün cümədir! Əyləncə burada başlayırdı.

      Deyilənə görə, gözəl bir həftə sonu olmalı idi. Günəş parlaq, səma buludsuz olacaqdı. Əvvəllər belə ha-valarda qəzetlərimizi götürüb Korli meşəsinə piknikə

      gedər, bütün axşamı ağacların arasından süzülən günəş şüalarının isitdiyi adyalın üstündə şərab içərək ke-çirərdik. Dostlarla barbekü bişirər, ya da “The Rose”a gedib bütün axşamı üzümüz günəşdən və içkidən qızarana qədər pivə bağçasında oturar, sonra da qol-qola girib səndələyə-səndələyə evə qayıdıb divanda yuxuya gedərdik.

      Günəş parlaq, səma buludsuz, vaxt keçirməyə

      kimsə, məşğul olmağa nəsə yoxdu. Günün bu vaxtı, havanın belə işıqlı və nisbətən daha az tutqun