Светлана Алексиевич

Müharibə qadın simalı deyil


Скачать книгу

adlı kitabı keçdi.

      Belə bir sarsıntını yalnız bir dəfə keçirmişdim – Dos-toyevskini oxuyanda. Burda isə – qeyri-adi bir forma var-di: sanki roman həyatın öz səslərindən yığılmışdı. Uşaq-lıqda eşitdiklərimdən, indi küçədə deyilənlərdən, evdə, kafedə, trolleybusda pıçıldananlardan… Belə! Dairə qa-pandı! Mən aradığımı tapdım. Hiss edirdim. Ales Ada-moviç mənim müəllimim oldu.

      * * *

      İki il görüşməkdən və qeyd etməkdən daha çox dü-şündüm. Oxudum. Mənim kitabım nə haqda olacaq? Tu-taq ki, müharibə haqqında daha bir kitab yazıldı… Tarix-də artıq minlərlə müharibə olmuşdu – kiçik və böyük, bil-diyimiz və bilmədiyimiz… Və onlar haqqında öz sayların-dan da çox kitab yazılmışdı. Amma… Kişilər yazıb və kişi-lər haqqında yazıblar – bunu o dəqiqə görmək olurdu. Bizə müharibə haqqında bəlli olan hər şey “kişi səsi” ilə çatdırılmışdı. Hamımız müharibə haqqında “kişi təsəvvü-rü” və “kişi təəssüratları”nın əsarəti altında idik. “Kişi” sözlərinin… Qadınlar isə susurdular. Məndən başqa heç kim nənəmi sorğu-suala tutmamışdı. Anamı da həmçi-nin. Hətta cəbhədə olanlar belə, susurdular. Əgər danış-mağa başlayırdılarsa da, o zaman da öz müharibələri de-yil, başqalarının döyüşləri haqqında danışırdılar. Başqa bir müharibə haqqında… Kişi səsinin tembrinə salırdılar özlərini.

      Yalnız evdə olarkən, ya da cəbhə rəfiqələrinin yanın-da ağlamağa başladıqda müharibəni – mənə qətiyyən ta-nış olmayan bir müharibəni xatırlayırdılar (jurnalist kimi səfərlər zamanı dəfələrlə bunun şahidi oldum).

      Uşaqlıqda olduğum kimi yenə də sarsılmışam. Onla-rın söhbətlərində sirr dolu hadisələr vəhşicəsinə diş ağar-dır…

      Qadınlar danışmağa başlayanda bu söhbətlərdə bi-zim oxumağa və eşitməyə adət etdiyimiz şeylər yoxdur, ya da demək olar ki, yoxdur: insanlar qəhrəmancasına ne-cə başqalarını öldürür və qalib gəlirlər. Ya da necə məğ-lub olurlar. Texnika necə idi, generallar necə idi.

      Qadın söhbətləri başqa cür və başqa şeylər haqqın-dadır. “Qadın müharibə”sinin öz rəngləri, öz qoxuları, öz işıqlandırması və öz hiss məkanı var. Öz sözləri var. Ora-da qəhrəmanlar və ağlagəlməz qəhrəmanlıqlar yoxdur; orada sadəcə insanlar var, qeyri-insani, amma eyni za-manda da insani işlə məşğul olan insanlar… Və orada yal-nız onlar (insanlar!) əzab çəkmirlər, eyni zamanda torpaq da, quşlar da, ağaclar da əzab çəkir. Bizimlə birlikdə yer üzündə yaşayan hər kəs! Və onlar danışmadan əzab çə-kirlər; bu daha qorxuludur…

      – Niyə, – dəfələrlə özümdən soruşmuşam, – niyə nə zamansa tamamilə kişi dünyası olan bir dünyada öz yer-lərini əldə edən qadınlar öz tarixlərini yaratmağa nail ol-mayıblar? Öz sözlərini və öz hislərini… Doğrudanmı öz-lərinə inanmayıblar? Bununla da bütöv bir dünya bizdən gizlin qalıb?! Müharibə bilinməzlik pərdəsinə bürünüb?!

      Mən bu müharibənin tarixçəsini yazmaq istəyirəm. Qadın tarixçəsini.

      İLK QEYDLƏRDƏN

      Heyrət: bu qadınların hərbi peşələri – sanitar-təlimat-çı, snayper, pulemyotçu, zenit topları komandiri, sapyor idi, indi isə elə həmin qadınlar mühasib, laborant, ekskur-siyaçı, müəllim işləyirlər. Rollar üst-üstə düşmür – orada və burada. Sanki özləri haqqında deyil, hansısa başqa qız-lar haqqında danışırlar. Bu gün özləri belə özlərinə heyrət edirlər. Və mənim gözlərim önündəcə tarix “insanlaşır”, adi həyata oxşamağa başlayır. Fərqli bir işıqlanma mey-dana çıxır.

      Gözəl nağılçılarla rastlaşıram, onların həyatlarında elə vərəqlər var ki, klassikanın istənilən səhifələri ilə rəqa-bət apara bilər. Mümkündürmü ki, İnsan özünü yuxarı-dan – səmadan, aşağıdan – torpaqdan bu qədər aydın gö-rə bilsin?! Yuxarı və aşağı – mələklərə və iblisə doğru uza-nan yolu keçib gedə bilsin?!.

      Xatirələr yox olmuş reallığın ehtiraslı və ya ehtirassız nəql edilməsi deyil, keçmişin yenidən doğuluşudur; o za-man ki, Zaman geri dönür… Hər şeydən əvvəl bu, yaradı-cılıqdır. İnsanlar danışdıqları zaman yaradırlar, öz həyat-larını yenidən “yazırlar”. Bəzən elə də olur ki, “sona qə-dər tamamlayır”, ya da “yenidən üzünü köçürürlər”. Bu məqamda ayıq-sayıq olmaq lazımdır. Tətikdə olmaq la-zımdır. Amma eyni zamanda da, istənilən yalan yavaş-yavaş öz-özünü məhv edir, bu qədər çılpaq olan həqiqətlə qonşuluqda yaşamağa davam gətirə bilmir. Bu virus belə bir mühitdə yaşaya bilməz. Çünki hərarət həddindən ar-tıq yüksəkdir!

      Artıq qeyd etdiyim kimi, sadə insanlar özlərini daha səmimi aparırlar – tibb bacıları, aşpazlar, paltaryuyanlar… Onlar danışdıqları zaman, belə demək mümkündürsə, sözləri qəzet və oxuduqları kitabların səhifələrindən de-yil, özlərindən “çıxarırlar”. Yəni yad bir yerdən almırlar. Yalnız öz şəxsi əzab və sarsıntılarından…

      Nə qədər qəribə olsa da, adətən təhsilli insanların his-ləri və dilləri Zamanın düzəlişlərinə daha çox məruz qa-lır. Onun ümumi şifrələməsinə… Başqalarının məlumat-ları ilə yoluxmaya… Ümumi ruha.

      Tez-tez müxtəlif mühitlərdə gəzməli olursan ki, kişi deyil, qadın müharibəsi haqqında eşidəsən: necə geri çə-kiliblər, necə irəliləyiblər, cəbhənin hansı hissəsində olub-lar… Bir görüşə deyil, çoxsaylı seanslara ehtiyacın olur. Eynilə inadkar portret ustası kimi…

      Bəzən tanımadığım evdə, ya da mənzildə bütün gü-nü – uzun-uzadı oturmalı oluram. Çay içir, bu yaxınlarda alınan hansısa köynəkləri geyinib-yoxlayır, saç düzümlə-rini müzakirə edir, kulinariya reseptlərindən danışırıq. Birlikdə nəvələrin şəkillərinə baxırıq. Bax, elə bu zaman… Bir müddət sonra – nə qədər zamandan sonra və nə üçün məhz bu anda olduğunu heç vaxt bilməyəcəksən – bir-dən-birə gözlədiyin həmin müdhiş məqam yetişir; o an ki, insan abidələşmiş gips və dəmir-beton qanunlardan uzaq-laşır və özünə doğru gedir. Ruhuna… Müharibəni deyil, öz cavanlığını xatırlamağa başlayır. Həyatının bir parça-sını… Bax, məhz həmin anı yaxalamaq lazımdır. Əldən verməmək!

      Adətən sözlər və faktlarla doldurulmuş uzun gündən sonra yaddaşında yalnız bircə ifadə qalır: “Mən cəbhəyə gedəndə elə balaca idim ki, müharibə müddətində hətta boyum da uzandı…”

      Bu cümləni hələ də qeyd kitabçamda saxlayıram, hal-buki maqnitofonda onlarla metr lent yazılıb. Dörd-beş ka-set…

      Mənə nə kömək edir? Birlikdə yaşamağa adət etmə-yimiz. Birgə… Ümumi insanlar. Bizdə hər şey ümumidir – həm xoşbəxtlik, həm göz yaşı. Əzab çəkməyi və bu əzab haqqında danışmağı bacarırıq. Əzab bizim ağır və bəxti gətirməyən həyatımıza haqq qazandırır. Bizim üçün ağrı – sənətdir. Etiraf etməliyəm ki, qadınlar bu yola daha cəsarətlə üz tuta bilirlər.

      * * *

      Onlar məni necə qarşılayırlar?

      “Qız”, ”qızım”, “qızcığazım”, – adlandırırlar… Yəqin ki, nəsildaşları olsaydım, mənimlə