sonsuza qə-dər təkrarən işləməli olacağam. Yenidən üzünü köçür-məklə deyil, tamamlamalar aparmaqla.. Nöqtəni qoyur-san, amma o elə həmin dəqiqə də nöqtələrə çevrilir…
* * *
Düşünürəm ki, yəqin bu gün tamamilə fərqli suallar verərdim və fərqli cavablar alardım. Həmçinin başqa bir kitab yazardım, tamamilə başqa olmasa da, hər halda, başqa olardı. İşlədiyim sənədlər canlı şahidlər kimi soyu-murlar… Solmuş gül kimi… Lal olmurlar. Onlar bizimlə birlikdə hərəkət edirlər.
Mən indi daha çox nə haqda soruşa bilərdim? Nə əla-və etmək istərdim?
Məncə, çox maraqlanardım ki… sözlər axtarıram… Mənimçün bioloji insan maraqlı olardı. Yalnız zamanın və ideyanın insanı deyil. İnsan ruhunun daha dərinliklərinə boylanmağa cəhd edərdim – qaranlıqlarına, şüuraltına.
Keçmiş partizanın yanına necə getdiyim haqda yaza bilərdim. Ağırçəkili, amma eyni zamanda da gözəl bir qa-dın… O mənə qruplarının (böyük o idi, iki nəfər də ye-niyetmə) kəşfiyyata necə getdikləri və təsadüfən dörd al-manı əsir götürdükləri haqda danışmışdı. Onlarla birlikdə uzun müddət meşədə dolanmalı olublar. Amma üçüncü günün axşamı onları mühasirəyə alıblar.
Aydın məsələ idi ki, əsirlərlə birlikdə mühasirəni ya-ra bilməyəcək, qaça bilməyəcəkdilər və bir anın içindəcə qərar verilir: onları öldürmək lazımdır. Yeniyetmələr öl-dürməyi bacarmayacaqdılar. Artıq üç gün idi ki, meşədə birlikdə dolaşırdılar. Əgər üç gün bir adamla birlikdəsən-sə, hətta yad olsa belə, yenə də ona öyrəşirsən, yaxınlaşır-san. Artıq bilirsən ki, o necə yeyir, necə yatır, gözləri ne-cədir, əlləri necədir. Yox, uşaqlar bacarmayacaqdılar. Bu ona aydın idi. Deməli, özü öldürməli olacaqdı. Və budur, o, almanları necə öldürdüyünü xatırlamağa başlayır. On-ları da, yeniyetmələri də aldatmaq lazım gəlmişdi. Alma-nın biri ilə guya ki, su dalınca gedir və arxadan güllələyir. Boynunun dalından. O birini çör-çöp dalınca aparır
Məni onun bu barədə necə sakit halda, halını pozma-dan danışması heyrətə gətirdi.
Müharibədə olan insanlar deyirlər ki, mülki adam üç gün ərzində hərbçiyə çevrilə bilir. Nə üçün cəmi üç gün kifayət edir buna? Yoxsa bunun özü də mifdir?
Çox güman ki, belədir. İnsan orada daha yad, daha anlaşılmazdır.
Bütün məktublarda oxuyuram: “Fərqli zaman olduğu üçün o vaxt sizə hər şeyi danışmamışdım. Biz çox şeylərlə bağlı susmağa adət etmişdik”, “Həkimlərin hökmünü bi-lirəm: mənə dəhşətli bir diaqnoz qoyublar. Bütün həqiqət-ləri danışmaq istəyirəm…”
Bu yaxınlarda isə belə bir məktub aldım: “Ərimlə mə-nim üçün yaşamaq artıq çətindir. Amma təqaüdümüzün həddindən artıq az və təhqiramiz məbləğdə olması deyil bizə əzab verən. Ən çox bizi o yaralayır ki, böyük keçmi-şimizdən qovularaq kiçik bu günümüzə atılmışıq. Dözül-məzdir ! Artıq bizi heç kim məktəblərdə, muzeylərdə çıxış etmək üçün çağırmır. Artıq heç kəsə lazım deyilik. Öz za-manında lazımsız olmaq çox qorxuludur”.
Mən əvvəllər olduğu kimi, yenə də onları sevirəm. Amma onların zamanını deyil, özlərini…
* * *
Hər şey ədəbiyyata çevrilə bilər.
Arxivimdə hər şeydən daha çox bir bloknot marağımı çəkdi. Orada senzuranın üstündən xətt çəkdiyi epizod-ları qeyd etmişdim. Eyni zamanda da, senzorla söhbətlə-rimi… Həmçinin özümün atdığım bəzi səhifələri də blok-notda tapdım. Yəni özümə qarşı senzuram, öz qadağala-rım. Bir də bütün bunları nə üçün atdığımla bağlı yazdı-ğım qeydlər… Onların bir çoxu kitabda artıq bərpa edilib. Amma bu bir neçə səhifəni ayrılıqda təqdim etmək istəyi-rəm – çünki bunun özü də artıq sənədə çevrilib. Sənəddir. Mənim yolumdur.
SENZURANIN ÜSTÜNDƏN XƏTT ÇƏKDİKLƏRİ
“İndicə yuxudan ayılacağam. Sanki kimsə… elə bil, yaxınlıqda ağlayır. Mən müharibədəyəm. Biz geri çəkili-rik. Smolensk yaxınlıqlarında bir qadın mənə öz paltarını gətirir, əynimi dəyişməyə imkan tapıram. Tək-tənha gedi-rəm. Kişilərin arasında təkcəyəm. O vaxt şalvar geyinir-dim, indisə yay donundayam. Birdən məndə o məsələ başladı. Qadın məsələsi… Anlayarsınız. Vaxtından əvvəl başlamışdı, yəqin ki həyəcandan idi. Ağır təəssüratlardan və haqsızlıq qarşısında sarsıntıdan… Burada – indi nə ta-pa bilərdim ki? Kolların altında, xəndəklərdə, meşədə – kötüklərin üstündə yatırdıq. O qədər idik ki, meşədə belə bizə yer çatmırdı.
Özümüzü itirmiş, aldadılmış, heç kimə inanmayan insan kimi hiss edir – gedirdik. Hanı bizim aviasiyamız, hanı bizim tanklarımız? Uçan, sürünən, guruldayan hər nə vardısa, almanların idi.
Elə belə halda da mən əsir düşdüm. Əsir düşməmiş-dən qabaqkı gecə hər iki ayağımdan yaralanmışdım. Uza-nıqlı qalmış, altımı batırmışdım. Bilmirəm, gecə sürün-mək üçün hardan güc aldım. Amma sürünə-sürünə də partizanların yanına getdim.
Mənim bu kitabı oxuyacaq adamlara yazığım gəlir, oxumayacaq insanlara da eləcə…”
“Gecə növbədə idim. Ağır yaralıların palatasına gir-dim. Bir kapitan vardı. Uzanmışdı. Həkimlər növbəni qə-bul edəndə mənə xəbərdarlıq etmişdilər ki, o, gecə öləcək. Səhərə sağ çıxa bilməyəcək. Yaxınlaşıb soruşdum ki, necə-sən, sənə necə kömək edə bilərəm? Heç vaxt yadımdan çıxmaz… O, birdən gülümsədi. Əzab dolu sifətində elə bir işıqlı təbəssüm peyda oldu ki. “Xalatının qabağını aç… Sinəni mənə göstər. Çoxdandır arvadımı görmürəm…” – dedi. Mən utandım, orda ona nəsə cavab verib getdim… Bir də bir saat sonra geri qayıtdım. O artıq ölmüşdü. Həmin təbəssüm isə sifətində hələ də qalırdı.”
“Kerç yaxınlığında idik. Gecə atəş altında barjada3 gedirdik. Birdən burun hissəsi od tutub yanmağa başladı və… Atəş göyərtəyə qalxdı. Hərbi sursatlar partladı. Güc-lü partlayış idi. Elə güclü idi ki, barja sağ tərəfə əyildi və batmağa başladı. Sahil o qədər də uzaqda deyildi, başa düşürdük ki, haradasa yaxınlıqdadır; əsgərlər özlərini su-ya atdılar. Sahildən minamyotların səsi eşidilirdi. Qışqı-rıq, inilti, söyüş… Mən yaxşı üzürdüm və heç olmasa bir nəfəri xilas etmək istəyirdim… Heç olmasa bir nəfər yara-lını… Axı bu torpaq deyildi, su idi, insan o dəqiqə həlak olurdu. Su… Birdən gördüm ki, yaxınlıqda kimsə gah üzür, suyun üzünə qalxır, gah da altına enir. Yuxarı çıxır, sonra görünmür… Mən məqamı tutub ondan yapışdım. Nə isə soyuq və sürüşkən bir şey idi. Elə bildim ki, yara-lılardan biridir və əynindəki paltarı partlayışda cırılıb. Çünki özüm də demək olar ki, çılpaq idim.
Hər yan zülmət kimi qaranlıqdı. Gözlərim yanırdı. Ətrafda “eh, ay, ay” səsləri eşidilirdi. Bir də söyüş.
Birtəhər onunla birlikdə sahilə qədər gəldim. Elə bu vaxt göydə raket partladı və mən gördüm ki, özümlə bir-likdə böyük və yaralanmış bir balığı sürüyüb sahilə çıxar-mışam.