adi qadına çe-virirsiniz. Adi dişiyə. Halbuki onlar bizim üçün müqəd-dəsdirlər.
– Bizim qəhrəmanlığımız sterildir, o nə fiziologiya, nə də biologiya ilə hesablaşmaq istəmir. Ona inana bilmir-sən. Halbuki, təkcə ruh deyil, bədənlər də sınaqdan keçi-rilirdi. Maddi örtüyümüz…
– Bu fikirlər sizdə hardandır axı? Yad fikirlər. Sovet fikirləri deyil bunlar. Siz qardaşlıq məzarlarında olan adamları ələ salıb gülürsünüz. Remarkla başınızı xarab eləmisiniz, deyəsən. Bizdə remarkizm işləmir. Sovet qa-dını heyvan deyil.
* * *
“Bizi kimsə satmışdı… Almanlar partizan dəstəsinin dayanacaq yerini öyrənmişdilər. Meşəni də, məntəqəyə aparan yolları da mühasirəyə almışdılar. Vəhşi cəngəllik-də gizlənmişdik. Bizi düşmənlərimizin girə bilmədiyi ba-taqlıqlar xilas edirdi. Bataqlıqlar… Onlar insanları da, tex-nikanı da bir anın içindəcə özünə çəkirdi. Günlərlə, hətta həftələrlə boğazımıza qədər suyun içərisində qalırdıq.
Bizimlə birlikdə bir radist qadın var idi, yenicə doğ-muşdu. Uşağı ac idi. Əmmək istəyirdi. Ananın özü də ac olduğu üçün südü qurumuşdu; uşaq isə dayanmadan ağ-layırdı. Faşistlər yaxınlıqda dolaşırdılar. İtlərlə… İtlər səsi eşitsələr, hamımız məhv olduq. Bütün qrup – otuza yaxın adam. Sizə aydındır? Bir qərar alınır. Heç kim komandi-rin əmrini qadına çatdırmağa ürək eləmir, amma ananın özü hər şeyi başa düşür. Uşağın qundağını suya salır və uzun müddət orada saxlayır.
Uşaq artıq qışqırmır. Bir cıqqırtı belə yoxdur. Biz isə başımızı yerdən qaldırıb kimsənin üzünə baxa bilmirik. Nə ananın, nə də bir-birimizin”.
“Biz əsir götürdükdə onları dəstəyə gətirirdik. Güllə-ləmirdik, bu, onlar üçün həddindən artıq ucuz ölüm olar-dı; donuz kimi şişlə öldürür, hissə-hissə parçalayırdıq. Mən bütün bu mənzərəyə tamaşa etmək üçün gedirdim. Gözləyirdim… Uzun müddət gözləyirdim ki, görüm ağrı-dan nə zaman gözləri partlayacaq. Bəbəkləri. Siz bu haq-da nə bilirsiniz ki? Onlar mənim anamla kiçik bacılarımı kəndin ortasındaca ocaqda yandırmışdılar…”
“Müharibədən yadımda nə itlər, nə də pişiklər qalıb, amma siçovullar xatirimdədir. Böyük-böyük siçovullar. Sarı-göy gözləri vardı… Onlar saysız-hesabsız idilər. Mən yaralandıqdan sonra sağalmağa başladığım vaxt hospital-dan geri, öz hissəmə göndərilmişdim… Hissəmiz Stalin-qrad yaxınlığında – səngərlərdə yerləşirdi.
Komandir əmr etdi: “Onu qızların qazmasına apa-rın”. Qazmaya girəndə ilk olaraq ona heyrətləndim ki, içəridə heç bir əşya yox idi. İynəyarpaqlardan hazırlanmış boş yatacaqlar idi, vəssalam. Heç kim heç bir xəbərdarlıq da etmədi. Mən çantamı orda qoydum və çıxdım, yarım saat sonra geri qayıtdığımda o, yox idi… Əşyalarımın, da-rağımın, qələmimin – heç bir şeyin izi-tozu belə qalma-mışdı. Sən demə, bir neçə dəqiqənin içində siçovullar gəmirmişdilər. Səhər isə mənə ağır yaralıların siçovullar tərəfindən gəmirilmiş əllərini göstərdilər. Heç bir qorxulu filmdə görməmişdim ki, siçovullar bombardmandan qa-baq şəhərdən necə qaçırlar. Bu, Stalinqradda olmamışdı. Vyazma yaxınlığında olmuşdu. Səhər-səhər bütün şəhə-rin küçələri siçovulla dolu idi, onlar çöllərə doğru qaçırdı-lar. Ölümün qoxusunu almışdılar. Minlərlə idilər. Qara, sarı… İnsanlar adamın içini ürpərdən bu mənzərəyə dəh-şət içində tamaşa edir və sığınmaq üçün evlərinə üz tutur-dular. Məhz onların gözlərimizdən itdiyi anda şəhər atəşə tutuldu. Təyyarələr başımızın üstünü aldı. Evlərin və zir-zəmilərin yerində toz-torpaq qaldı”.
“Stalinqrad döyüşlərində o qədər ölü var idi ki, artıq atlar onlardan qorxmurdular. Halbuki adətən qorxurlar. At heç vaxt ölmüş adamı tapdalayaraq üstündən adla-maz. Biz öz ölülərimizi toplamışdıq, amma alman meyid-ləri hər yerə səpələnmişdi. Donmuşdular. Buz bağlamış-dılar. Mən o zaman sürücü idim, artilleriya mərmiləri ilə dolu yeşikləri daşıyırdım; almanların kəllə sümüklərinin təkərlərin altında qalıb necə xırçıldadığını eşidirdim. Sümük səsləri… Və mən xoşbəxt idim…”
SENZORLA SÖHBƏTİMDƏN
– Bəli, biz Qələbəni çətinliklə əldə etdik, siz mütləq qəhrəmanlıq nümunələri axtarıb tapmalısınız. Onlar yüz-lərlədir. Amma siz müharibənin çirkablarını göstərirsiniz. Alt paltarları… Sizin yazıda Qələbəmiz qorxulu alınıb. Nəyə nail olmağa çalışırsınız?
– Həqiqətə…
– Siz elə bilirsiniz ki, həqiqət həyatda olan şeylərdir? Küçədə olanlardır? Xeyr, həqiqət bizim arzuladıqlarımız-dır. Biz necə olmaq istəyiriksə, odur!
* * *
“Hücuma keçmişdik… İlk alman qəsəbələri… Biz gən-cik, güclüyük, dörd ildir ki, qadın görmürük. Zirzəmilər-də şərab var. Yemək var. Alman qızlarını tuturuq və… On nəfər birini zorlayır. Qadın çatışmırdı, yerli əhali sovet ordusundan qaçırdı, biz də lap yeniyetmələri götürürdük. Qız uşaqlarını… On iki-on üç yaşda olanları. Əgər ağlayır-dılarsa, döyürdük, ağızlarına bir şey soxurduq. Onları ağ-rıdırdı, bizəsə gülməli idi. Mən indi başa düşə bilmirəm ki, necə belə edə bilmişdik. Ziyalı bir ailənin oğlu… Am-ma bu mən idim.
Qorxduğumuz yeganə şey o idi ki, qızlarımız bundan xəbər tutmasınlar. Bizim tibb bacıları. Onların qarşısında utanardıq…”
“Mühasirəyə düşmüşdük. Meşədə, bataqlıqlarda dər-bədər gəzirdik. Yarpaq yeyirdik, ağacların qabıqlarını gə-mirirdik. Hansısa kökləri. Beş nəfər idik, biri lap uşaq idi. Oğlan… Əsgərliyə yenicə çağırmışdılar.
Gecə yatdığım yerdəcə qulağıma bir pıçıltı səsi gəldi: “Bu uşaq yarımcandır, onsuz da öləcək. Başa düşürsən…” “Sən nə deyirsən?” “İnsan əti yeməlidir. Mənə bir zek4 da-nışmışdı. Onlar Sibir meşəsiylə düşərgədən qaçırmışlar. Özləri ilə bilərəkdən gənc bir oğlan da götürüblərmiş… Bu yolla da xilas olmuşdular…”
Onu vurmağa gücüm çatmadı. Səhərisi gün biz parti-zanlara rast gəldik”.
“Partizanlar səhər-səhər atla kəndə gəlmişdilər. Kən-din ağsaqqalını və onun oğlunu evdən çıxartdılar, dəmir-lə başlarına vurdular, ta ki yerə yıxılana qədər. Yıxıldıq-dan sonra isə bir az döydülər. Mən pəncərənin qabağında oturmuşdum. Hər şeyi görürdüm. Böyük qardaşım da partizanların arasında idi. O evə gəlib məni qucaqlamaq istəyəndə qışqırdım: “Yaxın gəlmə! Yaxın gəlmə! Sən qa-tilsən!” Sonra isə yerimdəcə donub qaldım. Düz bir ay da-nışa bilmədim.
Qardaşım həlak oldu. O sağ qalsaydı, nə olardı? Həm də evə qayıtmış olsaydı?”
“Səhər tezdən düşmənlər kəndimizi yandırdılar… Yalnız meşəyə qaça bilən adamlar sağ qaldı. Heç bir şey götürmədən qaçmışdıq, hətta çörək belə… Əlimiz bom-boş idi… Gecə Nastya xala, bizim qonşumuz dayanmadan ağladığı üçün qızını döydü. Uşaqlarının