Orhan Aras

Son cənnət


Скачать книгу

artıq xilas oldun, – de-mişdi.

      Qurusuya çatanda günəş batmışdı. Ağacların kölgəsi uzanmış, dağların yamaclarındakı otların rəngi qaralmağa başlamışdı. Gün boyu heç istirahət etmədən yol gəlmişdik. Kənddən çıxalı bir-biri-mizlə bir kəlmə də danışmamışdıq. O kədərlənəndə və ya çarəsizli-yə qapılanda atının qarınına vurub sürətlə önə keçir, mən öz-özümə üsyan etdiyimdə intiqamımı atdan alır və mən sürətlənib önə keçir-dim. Yolboyu mənasız və amansız bir yarışa çıxmışdıq.

      Atam bəlkə də itib gedən ümidlərinin ağrısı və mənim gələcə-yimlə əlaqədar düşüncələrinin ağrısı içində davamlı olaraq siqareti-ni tüstülədərkən, mən də qorxu və peşmanlığın içində nəfəsimi içi-mə sıxmış, gözlərimi dar, çınqıllı yollara dikmişdim.

      Kənddən çıxarkən, üç ay əvvəl Güllə son dəfə görüşdüyümüz evlərinin arxasındakı uçuq divara baxmışdım. Bir an divarın kölgə-sində onun xəyalını görmüşdüm sanki. Onun süzgün yanaqlarını, uzun saçlarını, quru və hüznlü gözlərini baxışlarımla oxşamışdım. Gözyaşlarımı onun kiçik ovuclarına axıdaraq, qışqıra-qışqıra ağlaya bilmək, onun isti nəfəsiylə donmağa üz tutmuş ruhumu istilədə bil-mək üçün ölməyə razıydım.

      Sonra Yusifgilin evlərinin həyətinə baxmışdım. Uçmağa hazırla-şan kərpicdən ev, kiçik, maraqlı eyvan və tüstülənən təndir Anası Shene xala mütləq oyaq idi və təndirin başında oturub xəmir yoğu-rurdu. Necə də canlı və səmimi qadın idi! Hər gün o təndiri yandı-rar, kənddə başqa qadınların bilmədiyi börəklər, kökələr bişirər və hər yoldan keçəni yeməsi üçün dəvət edərdi. Bir gün Yusiflə gedib, təndirin başında isti çörəyi kərə yağına doğramış, ağız dadıyla ye-mişdik. Qabın dibində qalan qırıntıları Sehne xala ovuclayıb bağça-da qovaq ağacına qonmuş quşlara doğru sovurmuşdu. “Qurdun, quşun, böcəyin, qarışqanın da haqqı var çörəyimizdə” demişdi. Nə dürüst, haqq bilən qadın idin sən!

      Ah Sehne xala, ah! Nə ürəyi geniş qadın idin sən! İndi sənə kim təsəlli verəcək, kim ovudacaq? Adil əmi? O sərt döyənəkli əlləriylə gözyaşlarını necə siləcəkdi? O kəkələyən diliylə sənin yaranı necə sağaldacaqdı? Bəlkə də bütün sərvəti olan üç-beş qoyunu götürüb evdən çıxıb gedəcək və Araz Çayı boyunca Yusifi axtaracaqdı… Tək oğulun yasını qoyunlarla, quzularla, günəşin qovurduğu sarı otlarla paylaşacaqdı… Yaxşı o böyük qardaşsız qalmış bacılar… Bəl-kə də indi yuxudaydılar, röyalarında Yusifi qanlı halıyla görür və iç-lərini çəkirdilər. Ya da onun, kostyumlu, qalstuklu bir məmur olaraq qürurla kəndə girişinin xəyalı canlanırdı yuxularında.

      Kənddən çıxana qədər Yusifgilin kərpic evlərinin divarlarından gözümü ayıra bilməmişdim. Bu ev, bu bağça, bu təndir və bu kənd artıq mənə haram idi. Yenidən gəlsəm də qusuntu kimi məni qusa-caq, çölə atacaqdı.

      Dağda əvvəl kəndə getdik. Kənddə yaşlılardan başqa kimsə yox idi. Qoyununu, itini, çadırını götürüb yaylağa getmişdi hamı. Ata-mın böyük dayısı kənddə idi. Evinə getdik, əlini öpdük. Səksən yaş-larındakı Məcid dayı, bizi yaxşı qarşıladı. Nənəmi xatırladı və ona qovuşmuş kimi bizləri əzizlədi, oxşadı, ağladı. Sonra atama gileylən-di:

      –Köpəyoğlu, bizə bənzəmədin, atana bənzədin, – dedi. Onun ki-mi soyuq və vəfasız oldun! İllərdir bizi nə axtardın, nə də soruşdun! Ananın ölməyindən belə üç ay sonra xəbərimiz oldu. Ölümün əbədi ayrılıq olduğunu bilmirdinmi? Həsrətlə ölən insanın həmişə qucağı-nın açıq qalacağını söyləmədilərmi sənə? Dayı nə deməkdir? Dayıda ana qoxusu olduğunu bilməzsənmi?

      Dayı qışqıra-qışqıra danışdıqca gözlərindən yaş axıdır və tez-tez atamı qucaqlayır, doymadan qoxlayırdı. Atam günahkarlıq duyğu-suyla gözlərini yerdəki qırmızı və sarı güllərlə bəzənmiş Əcəm xal-çasına dikdi və hörmətlə, peşmanlıqla dayısının sözlərini dinlədi. Dayı, atam danlamaqdan yorulduqdan sonra sevgiylə mənə baxdı:

      –Bu nəvəmiz, maşallah böyük adam olub, adı nədir?

      Atam hüznlə üzümə baxıb cavab verdi.

      –Adı Candır.

      Dayı iki-üç dəfə adımı təkrar etdi. Yanaqlarımı oxşadı, saçla-rımdan öpdü. Nənəmin qırmızı saçlarına bənzəyən saqqalı üzümə dəydikcə haldan hala düşdüm. Sevinc və hüzn içində tərəddüd et-dim, dayandım. Atam xəcalətli rəftarını buraxaraq hüznlə, yorğun-luqla yoğurulmuş şirin və qürurlu bir ədayla gülümsədi:

      –Əllərindən öpər, dedi.

      Dayı şəfqətlə əlini başımda gəzdirdi. Ağ qalın qaşlarının altında çuxura düşmüş ala gözləri sevgi dolu idi. Qısa səssizlikdə gözləri yenidən hüznlə doldu. Bəlkə də o an nənəmi düşünürdü.

      Nənəmin adı Mərcan idi. Heç dəniz görməmiş sevimli nənəmə bir dəniz məhsulunun adı qoyulmuşdu. Upuzun, qırmızı saçları vardı. Axşamlar yatağa girər-girməz yatağın ortasında oturar, ağ tülbəndini başından açar, saçlarını önünə tökərək qalın kəndir kimi hörərdi. Hər düyünü atdıqca bir əliylə də hörülməmiş saçlarını ox-şayar kimi tumarlayardı. Sonra qalın başlığı döşlərinin arasına diq-qətlə yerləşdirər yatağına uzanar, badam gözlərini tavandakı qamış-lara dikərdi. Nə düşündüyünü soruşanda cavab verməz, amma do-daqlarından müəyyən naməlum, heç eşitmədiyim bir türkünün söz-ləri axıb gedərdi. Çox vaxt qısa, amma yanğılı bir türkü olardı bu. Türkünün yanğılı olmasını onun ala gözlərinin yaşlı olmasından an-lardım. Yanına uzanar, başımı sinəsinə qoyardım. Döşlərinin arasına düşmüş hörgülü saçlarından, sabun qoxusu gələrdi. Və mən o qo-xunu çox sevərdim. Bu davranışım onun da xoşuna gələrdi. Asta-as-ta saçlarımı oxşayardı. Ağzını qulağıma söykəyər, dərin-dərin nəfəs alardı. O an təmiz uşaq beynim və duyğularımla babamı düşündü-yünü anlardım. Hər iç çəkəndə onun, yəni babamın ruhunun bir quş kimi gəlib ürəyinin bir küncünə qonduğunu hiss edərdim. Bəzən ev-də tək qalanda kədərlə bir küncə çəkilər, əllərini dizlərində birləşdi-rər, pəncərədən içəriyə dolan işığa baxıb yırğalana-yırğalana, məni öz dərdinə ortaq sayarmış kimi:

      –Oğul, yaşamaq çox çətindir, – deyərdi.

      –Yaşamaq nədir nənə? – deyə soruşardım maraqla. Getmək ki-mi bir şey… Yox, yox, ot biçmək, ata minmək, qoyun sağmaq kimi-dir, – deyərdi. Amma bunlar çətin deyil ki, nənə, – deyib gülərdim.

      İzah edə bilməməyin çətinliyi gözlərində toplanardı. Badam gözlərini gözlərimdən qaçırardı.

      –Gözlə, səhər açılanda sənə göstərərəm, – deyərdi.

      Eləcə qolboyun yatardıq. Sonra səhər oyanar oyanmaz nə isə yeyib tarlaya gedərdik. Əli əlimdə bir gənc qız kimi yellənə-yellənə gedərdi. Yeni biçilmiş otların arasından keçərdik. Hər yer nanə və jasmin qoxusu verərdi. O, arada bir dayanar, gözlərini yumaraq bü-tün qoxuları içinə çəkərdi.

      –Sən də bir iylə, bax, yaşamaq budur, – deyərdi.

      Dayanıb qoxlayardım. Heç bir şey anlamazdım