ağ ümidlər itmiş, hər şey yerini dərin qaran-lığa və pessimizmə buraxmışdı. Qara və ümidsiz düşüncələrimlə baş-başaykən Memonun səsiylə özümə gəldim. Əlində qalın bir dür-məklə yanımda dayanıb məni çağırırdı.
–Kirvəm, bu kəkliyiin dadına bax, görək bəyənəcəksənmi?
Əlindəki dürüməyi götürüb dişlədim. Çörəklə birlikdə dişləri-min arasında parçalanan isti ət ağlımı başıma gətirdi.
–Memo, əlinə sağlıq, ət çox ləzzətliymiş!
Memo həm öz dürməyini yeyir, həm də yanında dayanan qəfəs-dəki Canonu oxşayırdı.
–Hələ səninlə nə ovlar edəcək, nə ətlər yeyəcəyik, deyirdi.
Mənəmi, yoxsa Canoya müraciət etdiyini bilmirdim. Yeməyimi-zi yedikdən sonra buz kimi bulaq suyundan içdik. Memo suyu saçı-na, başına çırpıb mənə eşitdirirdi:
–Kirvəm, bu su var ha, sirli sudur!
–Necə sirli?
–Nə qədər yemək yesən ye, bu sudan içdiyin zaman çox keçmə-dən yenidən acarsan, həm də mışıl-mışıl yatarsan.
Güldüm.
–Yuxu da görə bilərsənmi?
–Vallah görərsən! Həm də nə yuxu… Bir əlin yağda, bir əlin bal-da! Ye, babo, ye! Yanında huri kimi qızlar öp, babo, öp!
–Memo, – dedim, – bu huri kimi qızları həmişə yuxundamı gö-rürsən? Heç gerçək bir hurin yoxdumu?“
Memo ovucladığı suyu tüklü sinəsinə çırpıb dərindən içini çə-kərək, dikəldi.
–Qurban, vardır, amma qardaşları çox zalımdırlar.
–Öz kəndinizdəndir?
Əliylə qarşıkı dağı göstərdi.
–Bax, bu dağın arxasındakı kənddədir!
–Bəs gözəldirmi?
–Gözəl də sözdürmü kirvəm? Mələkdi, mələk! Bir xalça toxu-mağı var ki, çiçəklərini görsən oturub hönkür-hönkür ağlayarsan. Sanki bütün ürəyini, dərdini xalçanın çiçəklərinə toxuyur.
–Qardaşları nə deyirlər?
Memo bir neçə dəfə ah çəkdikdən sonra bulağın yanındakı çə-mənliyə çökdü. Cibindən çıxardığı qutudan iki kiçik həb çıxarıb ağ-zına atdı.
–Qardaşları bacılarını düşünmür kirvəm, deyə mızıldandı. On-ları yalnız pul düşündürür. Qız xalça toxuyur axı, belə bir sərvəti buraxarlarmı heç?
–Sən yenə də elçi göndərsəydin…
–Göndərdim.
–Nəticə?
–Başlıq pulu əvəzinə əlli qoyun istədilər. Məndə əlli qoyun nə gəzir?
Yanına gedib yumşaq otların üstündə oturdum. Əlimi çiyininə qoyaraq ona daha da yaxınlaşdım.
–Bax, Memo, sizin tərəflərdə qaçırmaq adəti vardır. Nə üçün qı-zı qaçırmırsan?
Başını aşağı əydi.
–Bu elə də asan deyil, kirvəm!
–Nə üçün?
–Birincisi, Dilo var, – dedi. Mən onların bacılarını qaçırsam, on-lar da mənim bacımı qaçırarlar. Dilo yetimdir, nazlıdır, uşaqdır. Dil-onu elə qurdlara yem etməyə könlüm razı deyil. İkincisi, mənim ar-xam yoxdur. Yəni kimsəm yoxdur. Məni heç kəs qorumaz, arxa dur-maz. Hara gedirəmsə, gedim, məni dərhal taparlar.
Bir anlıq Dilonu düşündüm. Bir neçə gün əvvəl Memoya yemək gətirmişdi. Memo kəndə enmişdi və sürülərinə mən baxırdım. Mə-nim darıxdığımdan at üzərində sürünün ətrafında dəli kimi dolan-mağımı uzun müddət narahatlıqla izləmişdi. Mənim yorularaq otla-rın üzərinə uzandığım vaxt yanıma gəlib Memonu soruşmuşdu. “Yoxdur” deyən kimi böyük çantanı götürərək getmək istəmişdi. Onun Memonun haqqında danışdığı bacısı Dilo olduğunu anlamış-dım. “Memo bir azdan gələr, getmə, gözlə” demişdim. Uzaqda kək-lik ürkəkliyiylə oturmuş, gözləmişdi. İncə, zərif, cana yaxın, sevimli bir qız idi. Gözucu utancaq-utancaq mənə baxır və gülümsəyirdi. Qırmızı rənglərin hakim olduğu uzun bir entari geymişdi. Başına da ağ bir yaylıq bağlamışdı. Yanına yaxınlaşanda qorxmuş, amma ye-rindən tərpənməmişdi. Verdiyim suallara qısa cavablar vermişdi. İn-cə qaşlarının altındakı gözləri Memonun gözləri kimi kiçik, amma cazibədardı, gecənin qaranlığını deşən parlaq bir fənər işığı kimi parlayırdılar. Zərif, simpatik bir üzü vardı. Bədəni ağ, yanaqları al-qırmızıydı. Boğazının altından adətdir deyə bağladığı çarşaf və çar-şafdan çölə daşmış uzun qara saçları onu olduqca yetkin göstərirdi. Danışarkən baxışlarını məndən qaçırırdı. Türkcəsi Memonunkun-dan daha pis, amma şirin idi. “Memo yoxdur?” deyə sual verməsi o qədər xoş idi ki, gülməmək üçün özümü zorla saxlamışdım. Gülüm-səyərək, “Yoxdur, yoxdur” demişdim. O, lağ etdiyimi anlamış, nara-zı baxışlarla məni şirin-şirin süzmüşdü.
Bir neçə dəfə gedib-gələndən sonra məni yaxından tanımış, ya-nımda daha rahat hərəkət etməyə başlamışdı. Mən danışarkən ür-kək ceyran kimi yanımda oturar, heç səsini nəfəsini çıxarmadan mə-ni dinləyərdi. Lakin nəfəs alıb-verməsindən həyəcanlı olduğunu an-layardım. Mən nə isə danışarkən fərq etdirmədən çənəmin altını kəsdirərdi. Bədənimin bir yerinə toxuna bilmək üçün özünə əl qatar-dı. Qolumun ona dəyməsi üçün həmişə yaxın oturar, mən qəsdən qolumu çəkdikcə o daha da yaxınlaşardı.
Memonun baxışları dağların zirvəsində idi. Bəlkə də sevgilisini düşünürdü.
–Bəs, bunun heç çarəsi yoxdurmu?” deyə soruşdum.
–Boş ver, – deyə qışqırdı. – Cano bizə bəs edər.
Qutudan bir həb də çıxararaq ağzına atdı.
–Memo, o ağzına atdığın nədir?
–Maraş otudur!
Qutusunu çıxararaq mənə də uzatdı.
–İstəyirsən, yoxla.
Gümüş qutunu açdım və tünd rəngli həbi ağzıma atmaq istə-dim. Memo müdaxilə etdi.
–Dodağınla dişinin arasına qoymalısan!
Elə etdim. Dodaq damarlarımı yalayan bir acılıq bütün ağzımı və damağımı bürüdü. İkrahla üzü-gözümü əydim.
– Memo, bu çox acıdır, içində nə var?
–Tütündür!
–Amma tütünə heç bənzəmir…
Ləzzətlə güldü.
–Kirvəm, tütün dediksə, sadəcə tütün deyil ki…
–Yoxsa marixuana var içində?
–Xeyr, xeyr! – dedi. Bunun içindəkilər tütün, palıd külü və su-dur. Başqa bir şey yoxdur. Mən bunu Maraşlı bir çobandan öyrən-dim. Tütünü yaxşıca ovub sonra palıd odununun ağ külündən üstü-nə səpib sonra yüngülcə sulayırsan. Yaxşıca yoğurduqdan sonra