İgid ilqarından, dəvə ovsarından.
48. İgidin başı qalda gərək.
49. İgidin əli işdə gərək.
51. İgidin süfrəsi açıq olar.
52. İgidin ürəyi haça olar.
53. İgid min yaşar, fürsət bir düşər.
54. İgidlik döyüşdə məlum olar.
55. İgidlik ondur: biri zordur, doqquzu fənd.
56. İgid oğul düşmənə əyilməz.
57. İgid odur atdan düşə atlana, igid odur hər yaraya qatlana.
58. İgid ölər, adı qalar.
59. İgid ölər adı qalar, müxənnətin nəyi qalar?
60. Yanında igid olsun, kol dibi evin olsun.
61. Keçmə namərd körpüsündən qoy aparsın sel səni,
Yatma tülkü daldasında, qoy yesin aslan səni.
62. Mərddən bir xəta, namərddən min.
63. Mərd əli kasad olmaz.
64. Mərdi qova-qova namərd eləmə.
65. Mərd igidlər süfrə açar, ad alar.
66. Mərd ilə gəzən mərd olar, namərdlə gəzən biyabangərd olar.
67. Mərdin gözü tox olar, namərdin gözü ac.
68. Mərd gördüyün deməz.
69. Mərd mərdi qanar, bərkdə oduna yanar.
70. Mərd özündən bilər, namərd yoldaşından.
72. Namərddən keç, mərddə dur.
73. Namərdə yaxa vermə, mərdə arxa ol.
74. Namərdi bir gördüm, bir də görsəm namərdəm.
75. Namərdin otağından, mərdin ağac kölgəsi.
76. Namərdin plovundan, mərdin qaşıq aşı.
77. Namərdə tuş gələnin işi düyünə düşər.
78. Pis iş mərdə ar olar, namərd gözü dar olar.
79. Təkədə qoç hünəri olmaz.
Birlik və dostluq haqqında
1. Ağıllı düşmən nadan dostdan yaxşıdır.
2. Arxalı köpək qurd basar.
3. Baş-başa verməyincə daş yerindən qalxmaz.
4. Birisi minə bağlıdır, mini də birə.
5. Bir gün duz yediyin yerə, qırx gün salam ver.
6. Birlik harada, dirilik orada.
7. Bir su ki girdi qaba, oldu içməli.
8. Vəfalı dost yad olmaz, görməsə yüz il səni.
10. Qoyun quzusunun ayağını basmaz.
11. Qonşu qonşuya baxar, canını oda yaxar.
12. Qonşu qonşunun itini bayatı çağıra-çağıra tapar.
13. Qonşu iti qonşuya hürməz.
14. Qonşu qonşu olsa, kor qız ərə gedər.
15. Qonşu muncuğunu götürən onu ancaq gorda taxar.
16. Qonşum sağ olsun, ocağından od verməsin.
17. Qonşunu iki inəkli istə ki, özün bir inəkli olasan.
18. Qonşunun haqqı axirət haqqıdır.
19. Qonşu payı dolu gələr, dolu gedər.
20. Qonşu paxıl olmasa, bağ çəpəri neylər?!
21. Dağ dağa qovuşmaz, insan insana qovuşar.
22. Doğru dostluq qərəzsiz olar.
23. Dost başa baxar, düşmən ayağa.
24. Dost dost ilə tən gərək, tən olmasa gen gərək.
25. Dost dosta yaman gündə gərəkdir.
26. Dost dar gündə tanınar.
27. Dost ziyankar olmaz, ziyankar da dost olmaz.
29. Dost yolunda boran olar, qar olar.
30. Dost yolunda can qurban.
31. Dostluqla tutub, düşmənliklə yıxma.
32. Dost min isə azdır, düşmən bir isə çoxdur.
33. Dostun versə qum, al ovcunda yum!
34. Ev alma, qonşu al.
35. Əli ələ vurarsan, səs çıxar.
36. Ət ilə dırnaq arasına girən iyiyər, çıxar.
37. Yaxşı dostu yaman gündə sına.
38. Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın.
39. Yeməklə dost olan illərlə küsülü qalar.
40. Yoldaşını nişan ver, özünü tanıt.
41. Örtülü bazar dostluğu pozar.
42. Özgə atına minən tez düşər.
43. Özgə buzovunu güdənin çatısı əlində qalar.
44. Özgə qapısını bağlı istəyənin öz qapısı bağlı qalar.
45. Özgəyə quyu qazan özü düşər.
47. Sidq ilə dost olan ürəkdən də bir gərək.
48. Tək əldən səs çıxmaz.
49. Hər şeyin təzəsi, dostun köhnəsi.
50. Çox qarışqa bir şiri öldürər.
51.Çörək itirən çörək tapmaz.
Vətən və el haqqında
1. Ağac dibindən su içər.
2. Ağacı içindən qurd yeyər.
3. Ağac meyvəni dəyənə qədər böyüdər
4. Ağac olan yerdə budaq sınar.
5. Ağac səmtinə yıxılar.
6. Ağac sınanda budaq nəyə gərəkdir?!
7. Ana kimi yar olmaz, Vətən kimi diyar.
9. Asılsan da uca budaqdan asıl.
10. Bağa baxarsan bağ olar, baxmazsan dağ olar.
11. Bu dünyada şirin şey bir anadır, bir Vətən
12. Bülbülü saldılar qəfəsə dedi: “Ay Vətən, ay Vətən”.
Buraxdılar, qondu tikan koluna, dedi: “Can Vətən, can Vətən”.
13. Vətən viranə də olsa, məsəldir, məhz cənnətdir.
14. Vətəndən ayrı düşsəm viran ollam, talannam.
15.