Dünyada Vətəndən əziz nə var?
23. Ey öz-özünü bəyənən, qoy səni el bəyənsin.
24. El ağzını bağlamaq olmaz.
25. El ağzı faldır.
26. El arxası çəmən olar.
27. El atan daş dağdan aşar.
28. El atan daşa güc düşməz.
29. El tutanı ər tutar, ər atanı el atar.
30. El qapısı həm gec, həm güc açılar.
31. El bir olsa zərbi kərən sındırar.
32. El dəlisini çölə atmaz.
33. El elə sığışar, ev evə sığışmaz.
34. El elin aynasıdır.
35. Elə arxalanan igidin, arxası yerə dəyməz.
36. Eli dağlamaq olmaz, ağzın bağlamaq olmaz.
37. Elimə qalsın, günümə qalmasın.
38. Elin eybini saxlamayan, sənin də eybini saxlamaz.
39. Elin gözü sərraf olar.
40. Elin gücü bir olsa, düşməni dara çəkər.
41. Elin oğlu yumurtaya qulp taxar.
42. El keçən körpüdən qorxma, sən də keç.
43. El köçdü, oba qaldı.
44. El gözündən düşən boy atmaz.
45. El gözündən düşən gözsüz qalar.
46. El gücü, sel gücü.
47. El gücü, yel gücü, sel gücü.
48. Ellərə gülən canım – indi olub el gülüncü.
50. El öz dəlisini tanıyar.
51. El sevəni aləm sevər.
52. Elsiz dağ viranədir.
53. El tikəni yel yıxa bilməz.
54. El harda, sən də orda.
55. El çalan zurnanın səsi uzağa gedər.
56. Yerlərdir haman yerlər, görünməz oldu illər.
57. Yer, oturan adamla şərəflənər.
58. Yersiz gəldi, yerli qaç.
59. Yurddan çıxsan da, eldən çıxma.
60. Köçən yurdun qədrini, düşən yurdda bilərlər.
61. Lələ köçüb, yurdu qalıb.
62. Lələ var, yurdu yox.
63. Oba bizə, biz obaya hayanıq.
64. Oba köçüb, yurdu qalıb.
65. Ölər Koroğlu getməz bu yurddan.
66. Sular hərəkətlidir, torpaq bərəkətlidir.
67. Torpaqda itki olmaz, kötüksüz bitki olmaz.
68. Uçan damın böyüklüyü bünövrəsindən bilinər.
69. Hər ağac öz dibinə kölgə salar.
70. Hər quşa öz yuvası doğmadır.
71. Hər kəsə öz Vətəni əzizdir.
72. Hər kəsi el istəsə, bülənd olar, ucalar.
Valideyn və övlad haqqında
1. Ana qarnında necə qalıbsan?
2. Anadan əziz yenə anadır.
3. Anadan əmdiyim süd burnumdan gəldi.
4. Analar bizi bu gün üçün doğub.
5. Analı qızın özü böyüyər, anasız qızın sözü böyüyər.
6. Analı quzu, xınalı quzu.
7. Anan, bacın kimdir? – Yaxın qonşum.
8. Ananın səbri tükənməz olur.
9. Anasızın gördüyü iş danlaqsız bitməz.
10. Anası gəzən ağacları balası budaq-budaq gəzər.
11. Anasına bax, qızını al, Qırağına bax, bezini al.
12. Ata-ana qədrini bilməyən, yadın qədrini nə bilər.
13. Ata-anamı itirdim, özümü yara yetirdim.
14. Ata-anasına xeyri olmayanın, elə nə xeyri.
15. Ata-ana sözünə baxmayan xoş gün görməz.
16. Ata-ananın canı övlada bağlı olar.
17. Ataya oğul, anaya qul.
18. Ata malına göz dikən ac olar.
19. Atam ilə atanı deyincə, özüm ilə özünü de.
20. Atam kündəni sayır, anam kündədən kəsir.
21. Atan soğan, anan sarımsaq, sən hardan oldun belə gülbəşəkər?
22. Ata olmasan, ata qədri bilməzsən.
23. Atı atası ilə tanıdarlar, qatırı anası ilə.
24. Bir ata yeddi oğulu dolandırdı, yeddi oğul bir atanı dolandırmadı.
25. Böyüyə hörmət vacibdir.
26. Böyük danışanda kiçik danışmaz.
27. Böyük danışanı kiçik götürər.
28. Böyük sözünə baxmayan baxımsız qalar.
29. Böyük tökəni kiçik yığar.
30. Böyüyün sözündən çıxmazlar.
31. Qoca başqa, qocaman başqa.
32. Qoca qurd kahasından çıxmaz.
33. Qocadan demək, cavandan əmək.
34. Qoca evin sütunudur.
35. Qocaya hörmət elə, sən də qocalacaqsan.
36. Qocanın biliyi, cavanın biləngi.
37. Qız da oğlan da övladdır, hər ikisi bir-birindən şirin.
38. Qız evlərdə tanınar, ipək dəzgahda.
39. Qızım, sənə deyirəm, gəlinim, sən eşit!
40. Övlad ata-ananın ürəyidir.
41. Övlad ya ataya oxşar, ya anaya.
42. Ərkəsöyün böyüyən oğul avara olar.
43. Yaxşı igid dayısına çəkər, xanım qız bibisinə.
44. Kiçikdən xəta, böyükdən əta.
45. Oğlum oğul olsun, kol dibi evim.
46. Öz anasını sevməyən özgə anasını sevməz.
47. Uşaq atadan yox, anadan yetim qalar.
48. Uşaq atasını hamıdan güclü bilər.
49. Uşağa uşaq deyiblər, böyüyə böyük.
50. Uşaq evin yaraşığıdır.
51. Uşaq gördüyün götürər, eşitdiyin deyər.
52. Uşaqlıqda yalançı olana böyüyəndə inanmazlar.
Конец