batacaqdı. Fırtına artıq qopmaq üzrəydi.
Qadın bütün gücünü topladı. Əlləri üstündə sürünərək yataqdan yerə düşməyi, çətinliklə də olsa, bacara bildi. Sobaya yaxınlaşdı. Ordan bir od parçası götürüb yatdığı yeri yandırdı. Sonra da güc-bəla ilə sürünə-sürünə evdən bayıra çıxdı.
Balaca ev bir anda alovlara qərq oldu. Yanğından qopan və göy-lərə uzanan alov dilimlərini buzun üzərində oynayanlar artıq uzaq-dan görmüşdülər. Yanan evin kimin ola biləcəyini də təxminən bil-mişdilər. Şikəst qadını xilas etmək üçün yanğın yerinə özlərini çat-dırmağa çalışdılar.
Həmin vaxt külək də qopmuş, göyü qara buludlar sarmışdı. Buz çatlamış, yerindən oynamağa başlamışdı. Axırıncı qoca bir kişi də özünü gölün sahilinə çatdıranda elə biləsən göyün üzü dağıldı. Dəh-şətli bir fırtına qopdu. Bir göz qırpımında nəhəng dalğalar göyün üzünü sardı. Ancaq heç kimsəyə heç nə olmadı.
Bu xəstə, həm də şikəst qadın varını-yoxunu odlara qərq eləməli olsa da, qəsəbədə yaşayanları qarşısıalınmaz ölüm fəlakətindən bax beləcə qurtardı.
ƏN BÖYÜK ŞAHZADƏ
Vorm şəhərindəki sarayda toplanan alman şahzadələri sanki bir-biriləriylə yarışa girmişdilər. Hər biri də öz ölkəsinin genişliyindən, sərvətinin bol olmağından ağız dolusu danışır, sinələrinə döyərək öyünürdülər.
Saksoniya şahzadəsi:
– Mənim ölkəm zəngindir, çox varlıdır. Qüdrətim isə sonsuzdur!
Mənim ölkəmin dağları da dərinliklərinə qədər gümüş mədən-ləri ilə doludur, – deyirdi.
Saksoniya şahzadəsi belə danışanda Reyn şahzadəsi o biri yan-dan özünü ortaya atdı:
– Mənim ölkəmin vadilərində başaqlar qızıl rənginə bürü-nübdür.
Bağlarımızda ən gözəl üzümlər yetişir.
Bavariya şahzadəsi dilləndi:
– Mənim yurdumda böyük-böyük şəhərlər, ən gözəl və ən bə-zəkli kilsələr var. Mənim torpaqlarım öz varına-dövlətinə görə sizin torpaqlardan heç də geridə qalmaz.
Saqqallı Vürtenberq şahzadəsi isə sözə belə başladı:
– Mənim ölkəmdəki şəhərlər çox balacadır. Dağlarımızda gümüş mədənləri də yoxdur. Özünüz bilirsiniz, geniş vadilərimizdə yoxsul əlindən tərpənmək olmur. Ancaq sakitlik və əmin-amanlıq içərisində başımı xalqımın dizləri üstünə rahatlıqla qoya bilirəm.
Reyn, Saksoniya və Bavariya şahzadələrinin gözləri yaşardı. Onlar bir ağızdan dilləndilər:
– Şahzadə Eberxard!.. Ən varlı, ən zəngin ölkə sənin ölkəndir, şərəf medalını da sənin ölkən daşımalıdır…
ÇOBAN UŞAĞI
Bir vaxtlar hər soruşulana insanı çaşdıracaq cavablar verən ağıllı bir çoban uşağı var imiş. Onun şöhrəti ətrafa o qədər yayılıbmış ki, hətta padşah da marağa düşüb həmin uşağı bir gün saraya çağırtdırır:
– Sənə üç sual verəcəyəm. Əgər mənə doğru-düzgün cavab ver-sən, səni sarayda saxlayacağam və sənə öz oğlum kimi baxacağam, – deyir.
Çoban uşağı çəkinmədən:
– Soruşun, deyə cavab verir.
– Birinci sualım belədir. De görüm, dünyadakı bütün dənizlərdə neçə damla su var?
– Padşah sağ olsun… Yer üzündəki bütün çayların axınını bir müddətə dayandırın ki, damcıları sayarkən səhvə yol verməyim. Sonra isə sizə söyləyərəm ki, dənizlərdə neçə damla su var.
Belə ağıllı cavaba heyrət eləyən padşah ikinci suala keçir:
– İndi de görüm, göy üzündə neçə dənə ulduz var?
Çoban uşağı:
– Mənə böyük bir kağız verin, – deyir.
Ona böyük və qalın bir kağız gətirirlər. Kağız gətiriləndən sonra çoban uşağı həmin kağızın üzərinə bir qələmlə çoxlu sayda nöqtələr qoyur. Nöqtələr o qədər çoxmuş ki, saymaqla qurtarmaq olmazmış. Kağızı nöqtələrlə doldurandan sonra, uşaq həmin kağızı padşaha uzadaraq:
– Bu kağızın üzərində nə qədər nöqtə varsa, göy üzərində də o qədər ulduz var. Əgər inanmırsınızsa sayın.
Padşah axırıncı sualını verir:
– Sonsuzluq nədir?
Çoban oğlu deyir:
– Bizim kənddə bir dağ var. Yüksəkliyini, genişliyini və uzun-luğunu qət eləmək düz bir saat çəkir. Oraya yüz ildə bir kərə bir quş gəlir və dimdiyini bir qayaya sürtür. Bütün dağ yox olana qədər sonsuzluğun, əbədiyyətin ancaq bir anı keçmiş olur. Yerdə qalanını siz özünüz hesablayın.
Uşağın ağlına, zəkasına heyran qalan padşah da deyir:
– Sən soruşduqlarımın hamısına ən ağıllı, ən bilikli bir adam kimi cavab verdin. İndən belə mənim sarayımda yaşayacaqsan. Və özün də doğma oğlum kimi hörmət, ehtiram görəcəksən.
HƏYAT TULUĞU
Xəlifə əl-Mötəsim bir gün sarayının eyvanında oturubmuş. Özü də gəlib keçənlərə tamaşa eləyirmiş. Bu zaman onun gözləri yoldan keçən yaşlı bir adama sataşır. Həmin adam eşşəyin belinə ağır bir su tuluğu yükləmişdi. Özü isə min bir əziyyətlə, qan-tər içində ayaq-larını sürüyə-sürüyə yeriməyə çalışırdı. Xəlifə suçunu çağırır. Ondan:
– Rahatlıq, bolluq içərisində yaşayanlar necə olur ki, ömürlərinin bahar çağında bu dünyadan gedirlər, sən isə bu qədər ağır, bu qədər əziyyətli işinə baxmayaraq, yenə də uzun ömür yaşaya bilibsən? – deyə soruşur.
Suçu alnının qırış-qırış qatlarına bir fərəh və aydınlıq gətirən təbəssümlə cavab verir:
– Bunun çox asan bir izahı var, möhtərəm xəlifə. Həyat çeş-məsindən bizə bu damcı-damcı axıb gəlirsə, zənginlərin, var-dövlət sahiblərinin üzünə həyat bulağının gözü birdən-birə açılır və bütün gücüylə sel olub aşır-daşır. Buna görə də onların həyat tuluğunun suyu çox tezliklə boşalır.
Cavab xəlifənin yaman xoşuna gəlir. Fikirləşir ki, yaşlı adamdır, ömrünün qalan günlərini bir kimsəyə möhtac olmasın. Bunun üçün içi qızıl dolu bir balaca kisəni ona hədiyyə eləyir.
Aradan çox keçmir ki, xəlifə su daşıyan qocanın öldüyü xəbərini eşidir. Eşidəndə acı bir təbəssümlə yanındakı adamlara tərəf dönür və deyir:
– Adam haqlı imiş… Sözlərinin doğru olduğunu hətta öz ölümü ilə də sübuta yetirdi… Onun həyat tuluğunun suyu, demək ki, birdən-birə boşaldı…
AĞILLI