siz də ona qoşulub ağlayın.
Toxunmayın anaya, kameralarınızı, mikrofonlarınızı ona tuşlamayın, başsağlığı verməyin, başın sağ olsun, deməyin…
Ana öz balasının əvəzinə yüz dəfə şəhid olardı, «uf» deməzdi…
Vəzir, sən demişdin ki, başımıza gələn işin içində bir hikmət var, mən sənə inanmamışdım. Mən bu gün həmin hadisəyə görə sağ qaldım. Sən düz deyirmişsən. İndi mən səni həbsdən azad edib, yenidən vəzir təyin edirəm. Sənə çoxlu ənam verirəm. İstə məndən, ürəyin nə istəyirsə…
Vəzir dedi ki, şah sağ olsun, mən artıq öz ənamımı almışam. Mən sənə dedim ki, bu işin içində bir hikmət var. Əgər güllə sənin əlinə dəyməsəydi, axırıncı ov zamanı mən zindanda yox, sənin yanında olardım. Onda iİkimizi də bişirib yeyərdilər. İndi o təsadüf nəticəsində sən də, mən də sağ qaldıq. Bundan artıq mənə nə ənam lazımdır?
Ömür adlı sürət qatarının yolçuları
Bir nənəmiz vardı, yaşı səksən beşi haqlamışdı.
Şıkayət edərdi tez – tez, – Ay bala, günlər elə ağır gedir ki, ha gözləyirəm, axşam düşmür ki, düşmür.
Bir dəfə sual verdim:
– Ay nənə, axşamın düşməyini neynirsən, hara tələsirsən, keçən günlər səni ölümə yaxınlaşdırır axı?
Nənə güldü:
– Nə olsun ay bala, yaxınlaşdırsın dəə…
İnsan niyə günlərin tez keçməsini istəyir?
Mən bu hikməti anladım.
…Biz, zaman deyilən sürət qatarında mənzil başına tələsən yolçular kimiyik.
Yollar nə qədər gözəl olsa da, bizi getdiyimiz mənzilbaşı daha çox cəzb edir.
Ölüm mənzilbaşıdır.
Biz mənzilbaşına tələsirik.
Hər bir səfərə çıxan adamı mənzilbaşında gözəl görüşlər, xoşbəxt anlar gözləyir.
Ömrün mənzil başında da bizi gözəlliklər gözləyir.
Ona görə də tələsirik…
Yağmurlu Bahar
Bahar, görüş vəd edən qadın kimidi.
Deyir, gözlə gəlirəm, amma özü hələ də hamam xalatında oturub dırnaqlarını boyayır.
Söz demək asan iş deyil
Söz demək çətin işdi.
Bizim düz saydığımız söz hələ «düz sözdür» demək deyil.
Bu, özümüzün «düz sözümüz» – dür, onu düz kimi qəbul etdirmyə heç kimim haqqı yoxdur.
Ona görə də söz deyəndə diqqətli olmalıyıq.
Gərək sözü elə deyəsən ki, həm içində qalan söz səni öldürməyə, həm də «düz sözünə» görə səni oldürməyələr.
Ananın öz övladlarına məktubu
Balalarım!
Əgər Allah qismət eləsə, elə bir gün gələr, görərsiniz ki, mən qocalıram, sözlərim, hərəkətlərim sizə qəribə gəlir, yaşlanıb ağlını itirən, deyingən bir qarıya çevrilirəm, onda bir anlığa ürəyinizin səsinə qulaq verib, səbirlə məni anlamağa çalışın.
O zaman ki, yediyim yemək titrək əllərimdən düşüb yaxama dağılar, o zaman ki, paltarlarımı geyinməyə gücüm qalmaz, mənim indi edə bilmədiklərimi sizə necə təmkinlə öyrətdiyimi yadınıza salaraq, siz də təmkinlə mənə yardım edin.
Əgər məndən xoşunuza gəlməyən qoxu hiss etsəniz məni danlamayın, sizdən qoxu gəlməsin deyə sizi necə yuyundurduğumu, necə tər – təmiz paltarlar geyindirdiyimi yadınıza salın.
Elədiyim hərəkətlərin sizin məntiqinizə sığmadığını görsəniz mənə gülməyin, mənim itən yaddaşım, getdikcə zəifləyən gözüm olun.
Əgər bu dünyada necə yaşamağın qaydalarını sizə mən öyrətdimsə, indi siz mənə necə yaşamağın yollarını öyrədə bilərsinizmi? Beşikdən qiyamətəcən necə yaşamalı olduğunuzu mən sizə öyrətmişdim axı…
Mənimlə söhbət edərkən asta – asta danışmağımdan, bəzən söhbətlərmin ardını gətirə bilmədiyimdən, bir zamanlar mənimlə dərdini – sərini bölüşdürən insanların adını unutmağımdan sinirlənib məni danlamayın. Unutmayın ki, bu dəqiqələrdə məni xoşbəxt edən sizə nə isə danışmağım yox, sizin mənim yanımda olmanız, mənim dediklərimə qulaq vermənizdir.
Əgər sizinlə bir yerə gedəndə ayaqlarım yer tutmasa, tez – tez yorulub dayansam səbirli olun, məni tələsdirməyin, əlimdən tutun, mənə dayaq olun. Yadınıza salın, mən sizin ayaq tutub yeriməniz üçün əllərinizdən tutub yıxılmağa qoymamışam. Əlimdən tutub mənə yeriməkdə kömək edərkən utanmayın…
Unutmayın ki, çox tez bir zamanda sizin özünüzün də əlinizdən tutub, sizə yardım edən bir ələ ehtiyacınız olacaq.
Unutmayın ki, mən sizin kimi həyata doğru yox, artıq ölümə doğru gedirəm, mən ölümü bir qurtuluş kimi gözləyirəm, ona görə də mənimlə birgə olun. Birgə olun ki, sonra yadınızda öz ananızı xatırlaya biləcək bir şey qalsın.
Əgər bir səhvimi görsəniz üzə vurmayın, mən nə etmişəmsə sizin yaxşılığınız üçün etmişəm.
Mənim ağır günlərimdə sizin mənə edəcəyiniz ən mühüm yaxşılığınız mənim nöqsanlarımı əfv etmənizdir. Məni əfv edin ki, Allah da sizi əfv eləsin.
Unutmayın, sizin təbəssümünüz həmişə mənə qol – qanad verdiyi kimi indi də mənə qol – qanad verir. Gülümsər çöhrənizi məndən əsirgəməyin, eşidirsiniz, gülümsər çöhrənizi məndən əsirgəməyin. Siz doğulanda mən sizinlə idim, mən öləndə siz də mənim yanımda olun, məni çiyninizdə apararkən müvəqqəti ağırlıqdan üzülməyin, bu sizin mənə etdiyiniz son yaxşılığınızdır, şikayətlənməklə onu qaraltmayın.
Bir gün, bu məktubumu oxumaq üçün öz övladlarınıza verin.
Sizi dərin məhəbbətlə sevən ananız…
Allah sizı qorusun.
Doğrudanmı qocalıram
Hərdənbir adamın ürəyi istəyir ki, keçdiyi həyat yoluna nəzər salsın, onun gözəl anlarını yenidən yaşasın, Tanrının verdiyi fürsətləri əldən buraxmasın. Amma kədərli anlarımı təzədən yaşamaq istəməzdim. İstəməzdim, yenə də incə səslə deyilən «yox» cavablarından təsirlənib, çıxıb gedim. Nədənsə, o zamanlar