gecədə burda qal getmə otelə filan. Sərdar rəyisə təşəkkür etdi, çox sağolun yoldaş rəyis, otelə dönəcəm mən. Qız Sərdara yemək çəkdi, zarafatla – Sərdara: deyəsən aşiq olmusunuz kiməsə. Sərdar anlamadı qızı, deyillər aşiq olanda belə fikirə dalmalar filan olur, gülümsədi. Sərdar qıza təşəkkür etdi yemək çəkdiyiçün. Rəyis əsəbləşdi, arvadı oğlunun yanından geri dönmədi deyə. Xadiməni səslədi, çağır xanımı artıq bura bəsdir onun nazını çəkdik, xadimə tez getdi. Sərdar anlamışdı rəyisin ailəsində oğluna görə problemi vardırdı. Az vaxtdan arvadı gəlib əyləşdi, – arvadına: bəsdir onu qız kimi əzizlədin. Sən bu günə qoymysan onu yetər, – rəyisə: bəlkə qonağın qarşısında bu haqda danışmayaq? rəyis Sərdarı göstərib – arvadına: Sərdarında atası mənim kimi başqa şəhərdə rəyisdir. Onun oğlunada bax bir, mənimkinədə, fərq görürsənmi xanım? arvadı susdu. Qızı olara baxıb başını narazılıqla sirkıləyib, gülümsədi. Sərdarın heç iştahıda qalmamışdı yeməyə, zorla bir çəngəl yeməkdən yedi. Qız – Sərdara: Sərdar bəy siz yeməyinizi yeyin, bizim ailənin abu – havasına baxıb iştahdan kəsilən acından ölər, gülümsəyib yeməyindən yedi.
Aylın Bahar xalasının yanına gəlmişdi, artıq gercəkləri danışmağa məcbur qalmışdı. Bahar əlini sinəsinə tutaraq baxdı, – Dilqəmə: oğlum o necə dosdur elə? sən görmədinmi onu Aylına sataşdığında? Dilqəm – anasına: ana birinci qaranlıqda seçmədim Aylını. Mən telefonla danışırdım gec gördüm, anası həyəcanla – oğluna: lazım deyil eləsiylə dostluq etmək. Dilqəm dərindən nəfəs alıb – anasına: mənim təqsirim nədir ana? o içkili idi, dedim axı görmədim. Aylın – Dilqəmə: şərt deyil mənim olub – olmadığım. Yerimdə başqa qız və ya qadın olsada qoymamlısınız elələrinə sataşmağa. Dilqəm – Aylına: sən özünü qoruya bilirsən əmin oldum artıq, barmağını sındırdın adamın. O qoyacaqmı düşünürsən səndən heyif çıxmadan? mən biləni çox cətin birisidir o. Aylın – Dilqəmə: inan onadan cətinlərini gördüm, işdir birdə rastlaşsa, baxmaram rəyisin oğludur kimdir, ona elə bir dərs verərəm ki, unutmaz qalan ömrü boyunca. Aylın – Bahara: Bahar xala təssüf ki zaman keçdikcə hər yerin xarabı çıxır, məndə bu gün xəcalət çəkdim şəhərimlə qürür duya bilmədim başqasının qarşısında. Artıq parazitlər gözəl şəhərimin adını ləkələməyə başlayıblar, sən heç narahat olma mənə görə, mən elələrinin qarşısında açiz qalmaram. Bəzilərinin telefonla danışmağa başları qarışıq olsada, mən cavablarını verərəm. Məni o gördüyün Sərdar bəy hazırladı təlim keçərək. Dilqəm bildi söz özünə deyilir. Ayın ayağa qalxdı – olara: mən gedim yorğunam sabah danışarıq. Anası oğlunun bu hərəkətindən çox narazı qalmışdı, Dilqəmdə anladı bunu, anası Aylını ötürdü.
Aylın evinə gəlib divana uzandı, düşündü Sərdar getdimi? telefonunu götürüb Tahirə mesaj yazdı. (dostum Sərdar bu gün qayıdacaqmı?) az vaxtdan geri mesaj gəldi Tahirdən. (yox rəyisin evindən çoxdan çıxıb otele gedib). Aylın cavab yazdı – Tahrə: (qırdım onu üzgünəm bağışla) cavab gəldi. (bildim dostum, qardaşım dedi mənə xəbərdaram, onun ora gəlməsini istəmirdim, sənə görə çox narahat oldu qoymadı məni gəlim). Aylın -Tahirə: hansı oteldədir o bilirsənmi? Tahir yazdı otelin adını Aylına). Aylın dərindən nəfəs alıb qalxdı ayağa, Tahirə yazdı (çox sağol dostum günah məndə oldu, çalışaçam üzür istəyim ondan, Tahir yazdı: sevinərdim elə olsaydı, həmdə qonaq sayılır orda.) Aylın telefonunu cibinə qoyub, pencəyini geyinib çıxdı evdən.
Sərdar oteldə idi, düş alıb gəlib əyəşdi divanda, qapı döyüldü, qalxıb qapıya getdi qapını açdı. Gördü bir qız yemək və şərab gətirmişdi balaca təkərli masada. Sərdar qızın üzünə diqqət etmədən – qıza: mən heçnə sifariş etmədim. Səhvmi salmısınız nömrəni? qız danışmadan içəri sürdü masanı. Başında kepka olduğundan, həmdə üzünə baxmadığından tanımadı Sərdar Aylını. Sərdar biraz təcüblə baxdı arxasınca, – qıza: siz danışa bilmirsnizmi? Aylın başını qaldırıb baxdı Sərdara.
Aylının olduğunu görüb gözlərinə inanmadı, sən? sən nə edirsən burda? bu halın nədir? demə bircə burda çalışırsan. Aylın sakitcə baxırdı, – Aylına: yox artıq, qənim kəsilmə mənə, qoy rahat dincəlim nömrəmdə. Aylın biraz Sərdara yaxınlaşdı, yavaş sələ üzünə baxmadan – Sərdara: bağışla üzür istəyirəm, səni kobutladığımçün. Əgər mümkünsə sən gedincə davalaşmayaq, bu dəfə günüh məndə oldu bilirəm. Bax o üzdən günahımı bağışlatmaqçün, çox çətinliklə müvəqqəti qarson cildinə girdim burda. Sərdar Aylına baxa qalmışdı, öz – özünə: Allahım sən mənə səbir ver, keçib divanda əyləşdi.
Aylın baxırdı onun nə deyəcəyini gözləyirdi. Üzündən bəlli idi Sərdar incik idi özündən, – Sərdara: bax üzür istəyirəm dedim, duymadınmı? ordan bura gəlmisən məni qurtarmağa. Sənə çox sağol deməliydim, oldumu? bağışlayacaqsanmı? Sərdar dinmədi. Aylın dərindən nəfəs alıb öz -özünə: anladım bağışlamayacaqsan. Aylın – Sərdara: təkrar üzür istəyirəm bağışlamasanda, masadakıları məndən sənə kiçik qonaqlıq kimi qəbul et. Siz kişilər demişgən, içki bəzən adama dərdini unutdurur. Səndə biraz iç dincəl, elə bil olmayıb aramızda dava, getmək istəyirdi Sərdar səslədi – Aylına: dayan, Aylın dayanıb baxdı. Sərdar qollarını bir – birinə dolayıb – Aylına: mənə görə qarson cildinə girmisən əziyyət çəkib o üzdən qulluq et mənə, bəlkə bağışlayaram sonra səni.
Aylın sevindi, gəlb şərab şüşəsini götürüb açmağa çalışdı, nə etdisə aça bilmədi. Aylın – Sərdara: bir dəqiqə Sərdar bəy indi çıxaracam, dartdı çıxmadı propkası şüşənin boğazından. Aylın əsəbləşirdi aça bilmədiyiçün, şüşəyə baxıb bunu kleyləyiblərmi bura? yenidən çalışdı alınmırdı. Sərdar ayağa qalxıb əlindən götürdü şüşəni, və rahatlıqla açdı şərabı. Sərdar – Aylına: buyurun, yəqinki bakala süzməkdə çətinlik çəkməsən, keçib əyləşdi. Aylın şüşəni götürüb bakala şərab süzdü, gətirib Sərdara verərəkən üstünə dağıtdı. Sərdar tez ayağa qalxsada köynəyi şalvarı batdı, tərs – tərs Aylına baxdı. Aylın başını qaşıyıb – Sərdara: dagıldı üstünə. Sərdar – Aylına: görürəm dağıldı, deyib özünüzə zəhmət niyə etdin? vallahi bir gün çalışdırmazdar səni burda, qovarlar. Aylın – Sərdara: mən yuyaram paltarını narahat olma. Sərdar əllərini qaldırıb geri çəkildi – Aylına: amandı istəmirəm dəymə mənə. Aylın – Sərdara: dəymirəm sənə, get dəyiş əynini batmısan. Sərdar nə isə demək istəyirdi Aylına, özünü zor tutdu əsəblə getdi əynini dəyişməyə.
Aylın bakala tezdən şərab süzüb gözlədi Sərdarı, az vaxtdan paltarını dəyişib gəldi. Aylın şərab bakalı əlində gözləyirdi, – Sərdara: buyurun bu dəfə ehtiyatlı olacam söz. Sərdar ehtiyatla bakalı götürüb, dərindən nəfəs alıb baxdı Aylına. Aylın Sərdarın özünə baxdığını görüb – Sərdara: içsənə, dedilər ən dadlı şərablardan biridir. İç baxım bəyənəcəksənmi, dedikləri kimidirmi gərçəkdən, – Aylına: sən başımın üstünü kəsdirib durmayacaqsan hər halda. Aylın – Sərdara: məni bağışladınsa gedirəm sən rahat iç dincəl. Sərdar istəmrdi Aylın yanından