Ramizə: mən onsuz ölərəm qardaşım, ölərəm yaşamaram eşidirsənmi? Ramiz Dilqəmin üzündən tutub – Dilqəmə: qardaşım varımızı satarıq onu qurtaracağıq qorxma sən. Qardaşım söz verirəm sakit ol, Ramiz Dilqəmə sakit ol desədə, özüdə zor dayanırdı gözlərindən yaş süzülürdü. Dilqəm heç çürə sakitləşə bilmirdi, Ramizdə elə pis olmuşdu ki bilmirdi nə etsin, canını verərdi qardaşının bu halını görməməsiçün. Dərindən – dərindən nəfəs alıb, kinli baxışlarla baxdı, Allah tək bizimmi həyatımıza yazılıb bu… yazılar? söydü əsəbindən.
Səsə içəri Nazlı gəldi, ikisinində pərişan – ağlayan görüb – olara: nə oldu? Nazlının səsinə ikisidə biri – birilərinə baxdılar, bir anda şok oldular. Necə deyə bilərdilər dünyanın işığına həsrət qalmış anasının, gözünün ağı – qarası olan bircəcik qızının xəstə olduğunu. Canlarından artıq sevdiklərinin rak xəstəliyinə tutulduğunu, necə deyəcəkdilər? çox çətin idi. Ramiz Dilqəmə baxışlarıyla bildirdi ki deməsin.
Ramiz dönüb – Nazlıya: heçnə olmadı bacım, bilirsən mənim ara – sıra dəliliklərim tutur, qardşımıda üzdüm ağlatdım. Nazlı qorxmuşdu! hiss edirdi səslərindən nə isə pis bir hadisə olmuşdu, onların ağlamalarından şüphəli – şüphəli baxırdı. Nazlının üzünə baxa bilmirdi Dilqəm, canı elə acıyırdı, elə bil bədəninə şişlər batırırdılar. Özünü sıxıb tutdu qollarıyla qorxmuş uşaq kimi, ağlayan səsini içinə saldı ki, Nazlı bilməsin. Əsirdi özündən bi ixtiyar,
Nazlı tez Dilqəmə yaxınlaşıb, onu qucaqlayıb özünə sıxdı, – Dilqəmə: nə oldu sənə canım? Dilqəm Nazlını qucaqlayada bilmirdi, qollarını buraxa bilmirdi özündən əsirdi. Nazlı dönüb Ramizə baxdı, Ramizin gözlərindən yaş süzüldü yanaqlarına. Nazlı anladı nə isə olmuşdu özünə demirdilər, birdən nəsə düşünüb – Ramizə: anammı? anasına nə isə olan bilib çox qorxdu. Dilqəm Nazlı anammı? dediyində elə ağladı ki, Nazlını qucaqlayıb. Ayağa qalxıb Nazlını üzündən, gözlərindən, öpə – öpə hər şey yaxşı olacaq canım, qorxma mən səninləyəm, gözlərinin yaşı sel kimi axırdı üzünə. Nazlı elə bildi anasına nə isə olmuşdu, bir anda qorxudan özündən kemindi Dilqəmin qollarında. Dilqəm Nazlını tutdu qoymadı yıxılsın, Ramiz qalmışdı baxa yerində donub. Dilqəm Nazlını səslədi, canım Nazlııı aç gözlərini, Nazlı özündən getmişdi duymurdu səslədiyini.
Dilqəm Nazlını qucağına alıb Ramizə bağırdı! nə durursan yardım çağır. Ramiz bir andaşaşırdı, tez telefonunu masadan götürüb zəng etdi tibbi yardıma. Dilqəm qucağında Nazlıyla otaqdan qaçaraq çıxdı, Ramizdə ardınca qacaraq getdi, dəhşətli bir mənzərə idi, ürəkləri param – parça edən.
Aylın Nicatla işə gəlmişdi, Aylın kampyuterdən gözlərini çəkib əlini üzünə çəkib baxdı, içəri Nicat girdi orta yaşlı bir qadınla. Aylın elə bildi şirkətdə çalışmaqçün gələn biri idi. Nicat – Aylına: Aylın xanım tanış ol, bu xanım dayədir Sərdar bəyə baxacaq burda yanımızda. Aylını şaşırtmağa davam edirdi Nicatın syurprizləri. Aylın oturduğu yerindən baxdı diqqətlə üzünə, pis insana bənzəmirdi qadın, Aylın qadına bir söz demədi, Nicata baxdı gülümsədi. Aylın – Nicata: mən sənə güvənirəm dostum, göstər oğlumun otağını xanıma. Aylının bu qədər özünə etibar etməsindən Nicat qürur duydu, Aylın masadan nə isə kağızlar götürüb baxdı. Nicat – qadına: buyurun, sizə göstərim iş yerinizi və kiçik Sərdar bəyi. Qadın otaqdan çıxdı, ardınca Nicatda çıxarkən dönüb Aylına baxdı, gülümsədi. Aylın hiss edirdi Nicatın özünə baxdığını, ancaq baxmadı ona ki aralarında etibar vardı, Nicat başqa bir şey düşünməsin. Nicat qapını örtüb getdi, Aylın əlindəki kağızları masaya qoyub öz – özünə nə isə fikirləşib, gülümsədi.
Nicata qadını Sərdarın otağına gətirdi, qadın uşağı görüb gülümsəyib, yaxınlaşıb uşaqla danışdı, ayy bəy əfəndiymiş özü artıq. Nicat dayanıb qadına baxırdı, uşaqla davranışına – danışığına diqqət yetirirdi, qadın uşağı mehribanlıqla qucağına alıb danışdırdı. Sərdar bəy bundan sonra birgə çox vaxt keçirəcəyik səninlə. Mən Cansu, tanışdığımıza çox şadam, uşaqda qadına baxıb gülümsədi. Nicat uşağın gülümsəməsindən xoşlanıb, özüdə güldü, yaxınlaşıb – uşağa: aslan parçam sizə əmanət Cansu xanım. Ona gözünüz kimi baxın və maaşınızdan narazı qalmayacaqsınız. Cansu – Nicata: narahat olmayın Nicat bəy, xoşunuza gəlməssəm məni işimdən kənarlaşdırarsınız. Nicat qadına baxdı, qadının gözlərində etibar və güvən gördü. Gülümsəyərək, o zaman yeni işinizə xoş gəldiniz, qalan şeylərlədə mən sizi tanış edim.
Ramiz tibbi yardımın ardınca gəlib xəstaxanaya çatdı. Nazlını maşından düşürüb tez içəri apardılar, Dilqəmdə Nazlının yanında getmişdi. Ramizdə yetişib Diləqmlə bərabər yanında gedirdilər Nazlının. Qapıda oları saxladılar, siz burda gözləyin müayinə edək xəstəmizi, qapıları bağladılar. Dilqəm yıxılmamaqçün əliylə qapıdan tutub dayandı, Ramiz arxadan Dilqəmin çiyninə əlini qoyub ardında dayandı. Dilqəm dönüb Ramizi qucaqlayıb ağladı hönkürüb, ikisidə elə məhv olmuşdular ki, biri – birilərindən tutub zorla dayanırdılar ayaqda. Ramiz anasından sonra zorla özünü toparlamağa çalışırdı, bu xəbər onu yenidən məhv etdi, gözlərinin yaşı axırdı ağlayada bilmirdi. Nə olacaqdı Nazlının anasının halı? kim deyəcəkdi ona bu xəbəri? Ramiz gözlərini yumub dayandı bir anlıq.
Günorta olmuşdu, Nicat – Aylına: yemək vaxtıdır Aylın xanım. Aylın gözünü kampyuterdən çəkib – Nicata: bu gün işdən çıxanda Afət xalana gedərik, – Aylına: gedək çanım sevinər, səni bir başqa çox sevir xalam. Aylın – Nicata: qısqandınmı? gülümsəyib, -Aylına: yox canım, mən səninlə hər şeyimi paylaşdım artıq, qısqanmaq yoxdur. Aylın kampyuterini söndürüb ayağa qalxdı, – Nicata: o zaman gedək yeməyimizi yeyək, çox işimiz var Nicat bəy. Nicat ayağa qalxıb – Aylına: xanımlar öndən, buyurun Aylın xanım. Aylın öyrənmişdi Nicatın xasiyyətinə və zarafatlarına. Aylın zarafatla – Nicata: öndən keçib bəylər qapını açmağın dərdindən, xanımları qabağa göndərirlər bəhanə ilə ki qapını açaq. Nicat tez keçib qapını açdı ki Aylın keçsin, Aylın gülümsəyib otaqdan çıxdı yanından keçib. Ardıncada Nicat Aylının sözünə gülərək, çıxdı.
Aylınla gəlib uşağın otağına baxdılar, dayə uşaqla oynayırdı, Aylınla Nicatı görüb ayağa qalxdı. Aylın – dayəyə: narahat olmayın əyləşin. Aylın gəlib oğlunu qucağına alıb öpüb oxşadı, oxx cənnət qoxulum mənimmm, sən yedinmi oğlum? – Aylına: yedi Aylın xanım, narahat olmayın. Biz birazdan dışarı çıxacağıq Sərdar bəylə hava alsın, Aylın dönüb Nicata baxdı. Nicat baxışlarıyl işarə edərək, hər şey yaxşıdır narahat olma deyə işarə etdi. Aylın – dayəyə: çox uzaqlaşmayın buralarda gəzin, uşağı yerinə otuzdurub öpdü, mən birazdan gələcəm oğlum. Qalxıb gəldi, Nicatın yanına çatanda dönüb baxdı oğluna. Nicat Aylının narahatlığını anlayırdı, birinciydi ki Aylın oğlunu kiminləsə qoyurdu tək. Nicat uşağa əl sallayıb gülümsədi, uşaqda Nicata şirin – şirin baxdırdı. Nicat dözmədi uşağın baxışlarına, gedib götürüb iki üzündən öpüb yerinə otuzdurdu gəldi. Qapını açıb Aylının otaqdan çıxmasını gözlədi. Aylın