Multatuli

Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları


Скачать книгу

sitatlardan qaçmağa çalışıram, – bu isə bir qəhvə dəllalının iş yerində doğru olmazdı – amma bütün bunları görəndə ağlımdan keçirdiyim məhz aşağıdakı sitat oldu:” De omnibus aliquid, de toto nihi.” yaxud “ Multa non multum.”

      Hə, bunları daha çox əsəbi olduğum üçün, həm də latın dilində danışmaq üçün dedim. Əslində dediklərimi ciddi nəzərdə tutmurdum. Çünki nəyisə bir müddət nəzərdən keçirirdimsə, mən gərək müəllifin bu haqda bütün biliklərə sahib olduğunu düşünərdim. Və hətta bu düşüncəni dəstəkləmək üçün kifayət qədər sağlam arqumentlərim də vardı. Mən qutunun içində müqavilələr və araşdırmalar haqqında sənədlər tapdım:

      • Sanskritdə, Teutonic dillərin anası kimi.

      • Körpə öldürmənin cəzası haqqında.

      • Nəcibliyin mənşəyi haqqında.

      • “Sonsuz zaman və əbədilik” anlayışlarının fərqi haqqında.

      • Şanslar nəzəriyyəsi haqqında.

      • İş kitabı haqqında. (İş haqqında daha başqa nələrsə vardı. Amma onlar şeir formasında idi)

      • Atmosferdəki protein haqqında.

      • Rus siyasəti haqqında.

      • Saitlər haqqında.

      • Hücrələrdəki dustaqlar haqqında.

      • Qədim hipotezalar haqqında.

      • “Horror vacui” haqqında.

      • Cəzaların ləğvinin arzulanması haqqında.

      • Hollandların ispanlara qarşı qiyamının səbəbləri haqqında. Bu səbəbin dini istək və siyasi azadlıq olmaması haqqında.

      • Əbədi hərəkət haqqında.

      • Dairənin kvadrata çevrilməsi haqqında.

      • İşıq barədə düşünmək haqqında.

      • Xristianlıq başlayandan sivilizasiyanın məhvə doğru getməsi haqqında.

      • İsland mifologiyası haqqında.

      • Rosusseaunun Emiliyası haqqında.

      • Günəş sisteminin mərkəzində olan Sirius haqqında.

      • Faydasızlıq, kobudluq, ədalətli olmama, mənəviyyatsız (bu haqda daha əvvəl heç zaman eşitməmişəm) kimi idxal keyfiyyətlər haqqında.

      • Ən qədim dilin misraları haqqında. (buna inanmıram)

      • Ağ qarışqalar haqqında.

      • Düyü mədəniyyəti haqqında.

      • Hidravlik məsələlər haqqında.

      • Qərb sivilizasiyasının aşkar yüksəlişi haqqında.

      • Yava qəhvəsinin qiyməti haqqında.

      • Çindəki gizli cəmiyyətlər haqqında və s.

      Bu son deyildi. Şeirlərdən danışmasaq – onlar isə hər dildə yazılmışdı – bir çox kiçik müqavilənin heç adı yox idi. Malay dilində romanslar, yava dilində müharibə nəğmələri. Çoxlu bilmədiyim dillərdə məktublar da tapdım. Bəziləri ona ünvanlanmışdı, bəziləri onun tərəfindən yazılmışdı, bəziləri isə yalnız sürətləri idi. Amma açıq-aşkar bəzi xüsusi səbəblər üçün yazıldığı bilinirdi. Çünki bütün məktublar başqa adamlar tərəfdən imzalanmışdı. Onlar imzaları ilə orijinalla razılaşdıqlarını təsdiqləyirdi. Mən həmçinin, gündəlikdən seçmələr, qeydlər və adda-budda fikirlər – onların sayı çox idi – də gördüm. Daha əvvəl də qeyd etdiyim ki, bəzi müqavilələri kənara qoymuşdum. Çünki mənə elə gəldi onlar biznesimdə mənə faydalı ola bilər. Və mən öz biznesim üçün yaşayıram. Amma etiraf etməliyəm ki, çoxu ilə nə edəcəyimlə bağlı heç bir fikrim yox idi. Qutunu ona göndərə bilməzdim, çünki harada yaşadığını bilmirdim. Bu indi açıq idi. İçindəkilərə baxdığımı inkar edə bilməzdim. Bu qədər həqiqət carçısı olan birinin bunu inkar etməsi mümkün deyildi. Çünki qutunu çalışıb açılmazdan öncəki vəziyyətinə qaytarmaq istəsəm də, alınmamışdı. Həm də açığı qəhvə haqqında bəzi yazılar diqqətimi çəkmişdi, onlar mənə faydalı ola bilərdi, istəmirdim qaytarım. Hər gün bir az ordan, bir az burdan oxuyuram və hər gün daha çox əmin oluram ki, bu sətirlərin müəllifi – dünyada baş verən bu qədər çox şeydən xəbərdar olduğu üçün – qəhvə dəllalı olmalıdır. Tam əminəm ki, şəkər çuğunduru biznesi ilə məşğul olan Rozemeyrlər belə bu qədər geniş bilgiyə sahib deyil.

      İndi isə qorxurdum ki, bu “Şallı kişi” qəfildən, gözlənilmədən peyda ola bilər. Deyər sənə yenə sözüm var. Hazırda həmin axşam Kapelsteqdən keçdiyim üçün üzgün idim. Gərək həmin dəbdə olmayan küçələrdən keçməzdim, indi buna görə özümü narahat hiss edirdim. Əlbəttə, əgər gəlsə, məndən bir qədər pul istəyəcək, öz qutusu haqda danışacaqdı. Ola bilsin, mən də ona nəsə verəcəkdim. Və əgər növbəti gün mən ona qutunu göndərsəydim də yaxşıca çeşidləyib, ələyib sonra göndərəcəkdim. Kitabım üçün lazım olanları bir kənara qoyar, digərlərini yandırardım, ya da zibil qutusuna tullayardım. Bunu indi edə bilməzdim. Çünki geri dönsəydi, onun əmlakını yenidən hazırlamalı olacaqdım. Və o, mənim onun bəzi müqavilələrində gözüm olduğunu görüncə tezliklə şirniklənər və bunun üçün çox böyük məbləğ tələb edərdi. Çünki bir satıcıya qiymətini qaldırmaq üçün heç nə alıcının doğrudan da onun malları ilə maraqlanması qədər stimul vermir. Bu səbəbdən işini bilən tacir də belə durumlardan imkanı olduğu qədər qaçır. Mənim daha əvvəl qeyd etdiyim digər bir ideyam var, həmin ideya tez-tez qəhvə mübadiləsi məntəqəsinə gələn bir insanın həm də insan təəssüratlarına necə açıq olduğunu sübut edir. Bu Bastianus idi, üçüncü məmur. Qocalan və getdikcə gicbəsərləşən həmin məmur. Son zamanlar ayın 30 günündən heç 25-ini də ofisdə olmur. İşə gələndə də çox vaxt işini pis görür. Səmimi bir insan kimi şirkətin maraqlarını ön planda tutmağa məcburam. Meyrlər təqaüdə çıxdığından “Last Və Ko”nun maraqlarını üstün tutmağa, hər kəsin öz işi ilə məşğul olmasına nəzarət etməyə məcburam. Çünki səhv etməyə, şirkətin pullarına qarşı hisslərimlə davranmağa haqqım yoxdur. Bu mənim prinsipimdir. Həmin Bastianusa öz cibimdən 3 qulden verməyi üstün tuturam, nəinki hər il onun layiq olmadığı 700 qulden verməyi!

      Hesabladım ki, bu adam keçmiş adı “Last və Meyr” olan, -amma indi Meyrlər şirkəti tərk etmişdi – “Last və Ko”da çalışdığı 35 il müddətində 15 min quldenə yaxın pul qazana bilərmiş və onun durumundakı biri üçün bu, çox az adamın sahiblənə biləcəyi böyük bir məbləğdir. Onun şikayətlənməyə haqqı yoxdur. Mən bu hesablamanı “Şallı kişi”nin qutusundan çıxan sövdələşmə vərəqlərinə əsasən apardım. Şallı kişiyə baxanda onun çox kasıb olduğunu düşünmüşdüm, o, heç saatın neçə olduğunu bilmirdi, mən ona Bastianusun mövqeyini necə həvalə edə bilərdim? O halda ona deyirdim ki, mənə “cənab” demək onun öhdəliyidir. Bu məsələni ümid edirəm ki, mən ona demədən də bilər. Çünki bir işçi müdirini adı ilə çağıra bilməz. İşə 4 yaxud 5 yüz qulden maaşla başlaya bilər. Bastianus 7 yüz quldenə çatmazdan öncə bir neçə il işləməli olmuşdur. Və sonra mən yaxşı bir iş görmüş