əlli ədəd çiçək peyvəndi. Bu, artıq, eksperimentdir. Yenə birilərində ani və qərarlı, digərlərində tədrici və inamsız, üçüncülərdə biganə reaksiya var. Biri təəccüblə məhdudlaşır, digəri narahat olur, üçüncü həyəcan təbili çalır; biri özünə tez gəlir, digəri uzun müddət xatırlayır, bağışlamır.
Kimsə deyəcək: bəs südəmər yaşda? Doğrudur, amma yalnız müəyyən dərəcədə. Bəs oriyentasiyanın tezliyi, yaşananın xatirəsi? Biz cərrahla tanışlığı ağrılı yaşamış uşaqlar tanıyırıq, onlara kamfora ilə ağ emulsiya verildiyinə görə süd içmək istəməyən uşaqların olduğunu bilirik.
Məgər yetişkin insanın psixi simasına nə isə başqa bir şey təsir edirmi?
27
Birinci yeni doğulmuş körpə
Doğulan kimi dərhal soyuq hava ilə, sərt bələklə, xoşagəlməz səslərlə, əmmə işilə yola getdi. İşgüzarlıqla, haqq-hesabla, cəsarətlə əmir. Artıq gülümsəyir, artıq qığıldayır, artıq əllərinə hakimdir. Böyüyür, tədqiq edir, kamilləşir, sürünür, gəzir, qığıldayır, danışır. Bu necə və nə vaxt baş verib?
Sakit, heç nə ilə pozulmamış inkişaf.
İkinci yeni doğulmuş körpə
Əmməyi öyrənənə kimi bir həftə keçdi. Bir neçə narahat gecə. Rahatlıq həftəsi, bir günlük fırtına. İnkişaf ləngdir, dişlər çətin çıxır. Ümumiyyətlə isə, müxtəlif cür olub, indi artıq qaydasındadır, sakit, xoş, sevinclidir.
Ola bilsin, anadangəlmə fleqmatikdir, kifayətsiz qədər diqqətli xidmət, kifayətsiz dərəcədə inkişaf etmiş döş, xoşbəxt inkişaf.
Üçüncü yeni doğulmuş körpə
Tam gözlənilməzliklər. Şəndir, xoş olmayan, xarici, yaxud daxili təəssüratdan təsirlənərək, asanlıqla həyəcanlanır, ümidsizliklə, enerjisinə acımadan mübarizə aparır.
Canlı hərəkətlər, kəskin dəyişikliklər, bu gün dünənə bənzəmir. Öyrənir və dərhal unudur.
İnkişaf sınıq əyri boyu, yüksəliş və enişlərlə gedir. Ən xoşlardan tutmuş, zahirən dəhşətlilərə kimi, gözlənilməzliklər var. Buna görə də: nəhayət deyə bilməzsən.
Davakar, qıcıq, şıltaqdır, görkəmli insan olaraq, böyüyə bilər.
Dördüncü yeni doğulmuş körpə
Günəşli və yağışlı günlər sayılarsa, birincilər az olacaq. Əsas fon narazılıqdır.
Ağrı yoxdur – xoşagəlməz hissiyyat var, qışqırıq yoxdur – narahatlıq var. Hər şey yaxşı olardı, əgər…
Qeyd-şərtsiz – bir addım da yoxdur.
Narahat uşaqdır, ağıllı tərbiyə olunmayıb.
Otaqda hərarət var, südün artığı, suyun çatışmazlığı 100 qramdır – bunlar yalnız gigiyenik deyil, həm də tərbiyəvi faktorlardır. Bu qədər kəşfiyyat aparıb, öyrənməli, mənimsəməli, sevməli və nifrət etməli, müdafiə və tələb etməli olan yeni doğulmuş uşaq anadangəlmə temperamentdən, cəld, ya da ləng ağıldan asılı olmayaraq, özünü yaxşı hiss etməlidir.
Mən bizə calanmış “südəmər” neologizmi əvəzinə qədim “körpə”sözündən istifadə edirəm.
Yunanlar nepios, romalılar infans deyirdilər. Əgər polyak dilinin yeni sözə ehtiyacı varsa, bərbad alman Saugling sözünün tərcüməsi nəyə gərəkdir? Köhnə və istifadə olunan sözlər lüğətindən qeyri-tənqidi istifadə etmək olmaz.
28. GÖRMƏ
İşıq və qaranlıq, gecə və gündüz. Yuxu – nə isə, olduqca anlaşılmayan şey baş verir, oyaqlıq – hər nə isə, daha aydın, nə isə, yaxşı (döş), yaxud pis (ağrı) bir şey olur. Yeni doğulan körpə lampaya baxır. Həqiqətdə isə baxmır, bəbəklər genəlir və yenidən daralır. Sonra gözlərini yeri astaca dəyişdirilən əşyanın ardınca gəzdirərək, vaxtaşırı onu fiksə edir və itirir.
Ləkələrin konturları, birinci xətlərin abrisi (çevrəsi – tərc.), hamısı perspektivsizdir. Bir metr məsafədəki ana artıq sənin üzərinə əyildiyindən fərqli ləkədir. Sifət və profil ay orağı kimidir, aşağıdan baxışda yalnız çənə və dodaqlar, diz üstündə uzanarkən sifət həminki, amma gözlə birlikdədir, aşağı əyiləndə yeni dəyişiklik: saçlar zahirə çıxır.
Eşitmə və lamisə isə bütün bunların eyni şey olduğunu təsdiq edir.
Döş işıqlı buluddur, dad, qoxu, istilik, həzzdir. Yeni doğulan körpə döşü buraxır və baxır, daim döş üzərində meydana çıxan, səslər üzüb gələn və nəfəsin isti mehi əsən bu, nə isə, anlaşılmaz olanı gözlərilə öyrənir. Yeni doğulan hələ döş, sifət və əllərin bütövünü – ananı təşkil etdiyini bilmir.
Yad kimsə əlini ona uzadır. Körpə tanış hərəkətlə, şəkillə aldadılaraq, həvəslə ona gedir. Yalnız onda səhvini başa düşür. Bu dəfə əllər onu tanış ləkədən uzaqlaşdırır, qorxu oyadan tanış olmayana yaxınlaşdırır. Kəskin hərəkətlə anaya doğru dönür, baxır, ya da təhlükədən xilas olmaqdan ötrü ananın boynundan yapışır.
Nəhayət, ananın əllərlə öyrənilmiş sifəti kölgə olmağa son verir. Körpə bir çox dəfə burundan yapışmış, kipriklər pərdəsi altında gah işıldayıb, gah da qaralan qəribə gözə toxunmuş, saçları öyrənmişdir. Diqqətli, ciddi, alnı qırışlı halda dodaqları dartdığını, dişləri gözdən keçirdiyini, ağzın içinə baxdığını kim görməyib. Doğrudur, boş gəvəzəlik, öpüşlər, körpəni “əyləndirmək” adlandırdığımız zarafatlar bunda ona mane olur. Amma əylənən bizik, o isə öyrənir. Artıq tədqiqatların gedişində onun üçün şübhəli və möcüzəli kimi müəyyən edilmiş şeylər aşkara çıxıb.
29. EŞITMƏ
Pəncərə çərçivələri arxasındakı küçənin səsi, uzaq əks-sədalar, saatın tıqqıltısı, danışıqlar və taqqıltılar, düz körpəyə istiqamətlənmiş pıçıltı və sözlər körpənin təsnif edib anlamalı olduğu qıcıq xaosu yaradır.
Bura yeni doğulan körpənin özünün çıxardığı səsləri – qışqırtı, qığıltı, donqultunu – də əlavə etmək gərəkdir.
Görünməyən başqasının deyil, özünün qığıldayıb qış-qırdığını anlayana qədər az vaxt keçməyəcək. Uzanıb öz-özünə: abb, aba, ada – danışanda dinləyir və dodaqlarını, dilini, udlağını tərpədərək, dərk etdiyi hissiyyatı keçirir. Özünü tanımayaraq, yalnız belə səslərin yaradılmasının sərbəstliyini konstatasiya edir.
Mən körpəyə onun öz dilində – aba, abb, ada – müraciət edəndə o təəccüblə mənə, ona yaxşı tanış səslər çıxaran anlaşılmaz məxluqa nəzər salır.
Əgər biz yeni doğulanın şüurunun mahiyyətinə varsaydıq, onda, bizə göründüyü kimi olmamaqla, fikirləşdiyimizdən daha çox şey tapardıq. Yazıq və ac balaca çiş, amm istəyir. Balaca hər şeyi gözəl başa düşür, dayənin məmədanının düy mələrini nə vaxt açacağını, yaylığını bağlayacağını gözləyir, gözlədiyi hissiyyat