İvandan bunları öyrəndiyi üçün xöşbəxt idi. Sanki o, artıq cəmiyyətin qurtuluşu üçün bir çıxış yolu tapa biləcəyinə özündə güc hiss edirdi. İçinin sevinclə dolu olduğu bu günlərdə həmişə bir konsertə və ya teatra, operaya getməyi adət halına almışdı. Bakıya gələn aktyor Şalyapin ilə xanəndə Cabbar Qaryağdıoğlunun dostluğu haqda qəzetlərdən bu xəbəri oxuyub fəxr hissi keçirmişdi. Əsadullah o gecə Cabbarın konsertinə getdi. O, sanki zaldakı məbədində dua edən bir dindarın duasıyla ovsunlanmışdı. “Dua ediləcəksə belə edilməlidir”, – deyə düşundü. Həmin gecə uzun müddət onu narahat edən məsələlərdən uzaqlaşdı, bir qədər rahatlıq tapdı. Cabbarın gah sakit, gah da üsyankar səsiylə yoğrulmuş mahnılarımı onu bu fikirə sövq eləmişdi? Gör, nə vaxtdan bəri dua etmir, namaz qılmırdı? Çoxdan… Amma anası evdə ara vermədən xeyir-duasını və namazını əskik etməzdi. Onun namaz qılmamasının səbəbi son falaqqadan sonraki üsyanı idi?
– Xeyr, ola bilməz! Fikirləşirəm ki, dindən uzaqlaşmışam mən. Çünki heç bir problemimizi həll etmir.
– Yaxşı, bəs çarə nədir? Problemlərin həlli necə reallaşır?
Bu işlərin çıxış yolu insanlarda olmalıydı. İnsanların düşüncələrində, yazdıqları kitablarda…
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.