görünər“, yaxud: „adamı libasına görə qarşılayarlar“). Red.
27
Buna görə də kətanın dəyərini sürtuklarda ifadə edirlərsə, kətanın sürtuk dəyərindən, onu taxılda ifadə edirlərsə, kətanın taxıl dəyərindən bəhs edirlər və i. a. Hər bir belə ifadə o deməkdir ki, sürtukun, taxılın və i. a. istehlak dəyərində kətanın dəyərindən başqa bir şey təzahür etmir. „Hər bir əmtəənin dəyəri onun mübadilə nisbəti demək olduğuna görə… biz onun barəsində… taxıl dəyəri, mahud dəyəri və s. kimi bəhs edə bilərik; bu da həmin əmtəənin hansı başqa əmtəə ilə müqayisə olunmasından asılıdır; beləliklə, dəyərin minlərlə müxtəlif növləri vardır, – nə qədər əmtəə varsa, düz o qədər də dəyər növləri vardır və bunların hamısı eyni dərəcədə nominaldır” („A Critical Dissertation on the Nature, Measures, and Causes of Value; chiefly in reference to the writings of Mr. Ricardo and his followers. By the Autor of Essays on the Formation etc. Of Opinions”. London, 1825, p. 39). Vaxtı ilə İngiltərədə böyük gurultu qoparan bu anonim əsərin müəllifi S. Beyli xəyal edir ki, eyni bir əmtəə dövriyyənin bu rəngarəng nisbi ifadələrini göstərməklə, dəyər anlayışına tərif verməkdə hər bir imkanı məhv etmişdir. Onun üzərinə Rikardo məktəbinin, məsələn, “Westminster Review“ nə qədər əsəbiliklə hücum etməsi sübut edir ki, bütün öz məhdudluğuna baxmayaraq o hər halda Rikardo nəzəriyyəsinin zəif yerlərini hiss etmişdir.
28
Bütün başqa əmtəələrə bilavasitə mübadilə oluna bilmək forması ilk baxışda belə bir cəhəti aşkara çıxarmır ki, maqnitin müsbət qütbü onun mənfi qütbü ilə qırılmaz surətdə bağlı olduğu kimi, ümumi bilavasitə mübadilə oluna bilmək forması da bilavasitə mübadilə olunmamaq forması ilə qırılmaz surətdə bağlı olan ziddiyyətli əmtəə formasıdır. Buna görə də bütün katolikləri papa etmək mümkün olduğunu fərz etməyə yol verilə bilərsə, eyni zamanda bütün əmtəələr üzərinə bilavasitə mübadilə oluna bilmək damğası vurula biləməyini də fərz etməyə yol verilə bilər. Əmtəə istehsalında insan azadlığının və şəxsi müstəqilliyinin nes plüş ultra-sını [zirvəsini] görən xırda burjua, əlbəttə, son dərəcə arzu edərdi ki. bu forma ilə bağlı olan nöqsanları, xüsusilə də əmtəələrin bilavasitə mübadilə oluna bilməmək kimi nöqsanını aradan qaldırsın. Prudonun sosializmi də məhz bu filister xülyasına bəzək-düzək verməkdən ibarətdir və başqa bir yerdə göstərdiyim kimi, bu sosializm hətta orijinal bir şey də deyildir, Qrey, Brey və başqalarının hələ xeyli əvvəl və xeyli yaxşı dediklərini ancaq təkrar edir. Buna baxmayaraq indi belə bir əllaməlik müəyyən dairələrdə „elm” adı ilə yayılır. İndiyədək heç bir məktəb „elm” sözündən Prudon məktəbi qədər bərk yapışmamışdır.
29
Xatırladaq ki, Çin və stollar – pour encourager 1es autres [başqalarını ruhlandırmaq üçün] məhz elə bir zamanda oynamağa başlamışdılar ki, bu zaman bütün qalan aləm, deyəsən tam sükunət halında görünürdü.
30
İkinci nəşrə qeyd. Qədim germanlar arasında bir morgen torpağın kəmiyyəti birgünlük əməklə ölçülürdü; buradan da morgenin adları irəli gəlir: Tagwerk (və ya Tagwanne) (yurnale və ya jurnalis, terra jurnalis və ya diurnalis), Mannwerk, Mannskraft, Mannsmaad, Mannshauet və i.a.
31
2-ci nəşrə qeyd. Buna görə də Qaliani deyəndə ki, dəyər iki şəxs arasında münasibətdir – „La Ricchezza e una regione tra due persone“, – bunu da əlavə etməli idi: şey pərdəsi altındakı münasibətdir (Galiani, “Della moneta” səh. 221).
32
„Ancaq vaxtaşırı inqilablar vasitəsi ilə özünə yol aça bilən bir qanun haqqında biz nə düşünməliyik? Bu məhz təbii qanundur və bu qanun ona əsaslanır ki, burada iştirak edənlər şüursuz hərəkət edirlər" (Fridrix Engels. „Siyasi iqtisadın tənqidinə dair qeydlər”, Arnold Ruge və Karl Marks tərəfinlən nəşr edilən “Deutsch-französische Jahrbücher” jurnalında. Paris, 1844 bax; K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 1-ci cild, səh. 561]).
33
2-ci nəşrə qeyd. Hətta Rikardo da öz robinzonadasına əl atmadan keçinə bilməmişdi. “O, ibtidai balıqçı ilə ibtidai ovçunu məcbur edir ki, əmtəə sahibləri olmaq etibarı ilə onlar balıqla quşu bu mübadilə dəyərlərində maddiləşmiş iş vaxtına mütənasib surətdə dərhal mübadilə etsinlər. Həm də o, belə bir anaxronizmə qapılır ki, ibtidai balıqçı ilə ibtidai ovçu öz əmək alətlərini hesaba alarkən 1817-ci ildə birjasında işlənən illik faiz ödənişləri cədvəllərindən istifadə edir. “Cənab Ouenin naraleloqramları“, deyəsən, burjua cəmiyyəti formasından başqa ona məlum olan yeganə cəmiyyət forması idi“ (Karl Marks. „Siyasi iqtisadın tənqidinə dair“, Berlin, 1859, səh. 38, 39. [bax: K, Marks və F. Engels, Əsərləri. İknnci nəşri, 13-cü cild, səh. 46–47]).
34
Dəyər kəmiyyətinin Rikardo tərəfindən edilən təhlilinin qənaətbəxş olmaması – bu isə dəyər kəmiyyətinin ən yaxşı təhlilidir – bu əsərin üçüncü və dördüncü kitablarında göstəriləcəkdir. Ümumiyyətlə dəyərə gəldikdə, klassik siyasi iqtisad dəyərdə ifadə olunan şəkildəki əməklə məhsulun istehlak dəyərində ifadə olunan eyni əmək arasında heç bir yerdə tam aydın və şüurlu surətdə açıqca fərq qoymur. Faktik surətdə klassik siyasi iqtisad, əlbəttə, belə bir fərq qoyur, çünki birinci halda əməyi miqdar cəhətindən, ikinci halda isə keyfiyyət cəhətindən nəzərdən kecirir. Lakin onun heç ağlına da gəlmir ki, əmək növlərinin xalis miqdarca fərqi onların keyfiyyət vəhdəti və ya bərabərliyini, deməli, onların abstrakt insan əməyinə müncər olmasını nəzərdə tutur. Məsələn, Rikardo deyir ki, o, Destüt de Trasinin bu sözlərinə şərikdir: “Fiziki və mənəvi qabiliyyətlərimizin yeganə ilkin sərvət olması tamamilə aşkar olduğuna görə, bu qabiliyyətlərin tətbiq olunması, yəni əmək bizim ilkin xəzinəmizdir. Sərvət adlandırdığımız bütün şeyləri ancaq bu qabiliyyətlərin tətbiq edilməsi yaradır… Bu da aydındır ki, bütün bu şeyləri ancaq bu qabiliyyətlərin tətbiq edilməsi yaradır… Bu da aydındır ki, bütün bu şeylər ancaq onları yaradan əməyi təmsil edir və əgər bunların dəyəri, yaxud hətta iki müxtəlif dəyəri vardırsa, bu dəyər ancaq həmin şeyləri doğuran əməyin dəyərindən törəyir“ (Ricardo. „The Principles of Political Esonomy“. Biz ancaq bunu qeyd edəcəyik ki, Rikardo Destütə bu məsələ haqqında özünün daha dərin olan anlayışını isnad verir. Doğrudur, Destüt, bir tərəfdən, deyir ki, sərvətimizi təşkil edən bütün şeylər, “onları yaradan əməyi təmsil edir“, lakin, digər tərəfdən, o iddia edir ki, bunların “iki müxtəlif dəyəri” (istehlak dəyəri və mübadilə dəyəri) „əməyin dəyərindən“ törəyir. Beləliklə, o, bir əmtəənin (burada əməyin) dəyəri olduğunu fərz edib, sonra bunun vasitəsi ilə başqa əmtəələrin dəyərini müəyyən edən vulqar siyasi iqtisadın bu bayağı fikirlərini təkrar edir. Rikardo isə Destütü belə oxuyur: istehlak dəyərində də, mübadilə dəyərində də əmək (əməyin dəyəri yox) təmsil