Абдурагим-бек Ахвердов

Ac həriflər


Скачать книгу

ki, izin verəsən, sabah yola düşüm.

      Ağa Məhəmməd şah Qacar. Özün bil, qardaş, istəyirsən, bu gün get. Mane deyiləm. Di get, otaqlara tamaşa elə.

      Cəfərqulu xan baş əyib, sağ tərəfə, otağa keçir.

      Qapının arasında bir nəfər gizlənmiş şəxs onun ürəyinə xəncər sancır.

      Cəfərqulu xan (arxadan). Of… Namərd qardaş! (Əli ürəyində dalı-dalı gəlib otağın ortasında yıxılır.)

      Hacı İbrahim xan. Bu nə iş idi?

      Ağa Məhəmməd şah Qacar. (ağlayır). Dayan, Hacı İbrahim xan! Mən bədbəxtin, mən birəhmin hökmünə əncam oldu. Nə yaman iş gördüm! Öz belimi sındırdım! Bilirsən, Hacı İbrahim xan, əlacım yox idi. And olsun Məhəmmədhüseyn xanın qəbrinə, o nəcib ruh ki bu nəcib bədəni mühəyya61 eləmişdi, bir dəqiqə səltənət tacını mənim varisimin başında rahat qoymayacaqdı. Qoy mənim varisim görsün ki, gözümün işığı, məni həlakətdən qurtaran, məni İran təxti-səltənətinə əyləşdirən qardaşımı onun ayağının altında qurban kəsirəm ki, onun səltənəti salamat olsun və gələcəkdə İran parçalanmasın. Götürün bu binəvanın bədənini.

      Pərdənin dalından iki nəfər gəlib Cəfərqulu xanın bədəninini götürürlər.

      Hacı İbrahim xan. Qibleyi-aləm, bu işə camaat nə deyəcək, qoşun nə növ baxacaq?

      Ağa Məhəmməd şah Qacar. Gərək ki, bir zinəfəs bunun ölməyinin səbəbini bilməyə. Qoy camaat bunu İsfəhana getmiş bilsin. Sonra bilsə də, eyib eləməz. İndi deyə bilərəm ki, Qacar nəsli həmişəlik İranda salamat padşahlıq edəcək.

PƏRDƏ

      Üçüncü məclis

ƏHLİ-MƏCLİS

      Ağa Məhəmməd şah Qacar

      II İrakli – Gürcüstan padşahı

      Yuhan – onun nəvəsi, şahzadə

      Tavad Amilaxvari – katib, sərkərdə

      

      Tavad Sereteli – İmeretiya qoşununun sərkərdəsi

      Sadıq xan – İran atlı qoşunun sərkərdəsi

      Sərkərdələr, elçilər, pişxidmət62 və qoşun adamları

      Əvvəlinci məclis

      Tiflis. II İraklinin bargahı. İrakli əyləşib səndəl üstündə, yanında sərkərdələr və katib.

      II İrakli. Həzərat! Gürcüstanın başı üstündə qara buludlar oynaşır. Nadir şahın xacəsi Ağa Məhəmməd özünə şah adı qoyub, bizlə İbrahim xan Qarabaği arasında olan ittifaqnaməni bəhanə tutub, Qarabağa hücum edib. Mən də, necə ki sizə məlumdur, öz oğlum Aleksandrı qoşunla İbrahim xanın köməyinə göndərdim. Allahın köməyi ilə qoşun birləşib, Ağa Məhəmmədin hücumunu dəf ediblər. İndi Ağa Məhəmməd çəkilib oturub Xatun arxında və bizim əlimizə keçən kağıza görə, istəyir, Qarabağın ətrafında bir qədər qoşun qoyub, bizim üstümüzə gəlsin. (Katibə) Tavad, Ağa Məhəmmədin qardaşı Əliquluya yazdığı kağızı oxu, camaat qulaq assın.

      Tavad Amilaxvari (oxuyur). Yazıb sənə məlum edirəm ki, hərçənd İran qoşununun hücum-larından Qarabağın camaatı və qoşunu bilmərrə zəifləşib, bainhəmə bu qış Qarabağda dava etməyəcəyəm. Süleyman xanı 20000 qoşunla burada qoyub, qalan qoşunumuzla özüm gedəcəyəm Tiflisə. Ona binaən, yazıb müqərrər63 edirəm ki, İrəvanın ətrafında 4000 qoşun qoyub, qalan qoşunu hazırda saxlayıb mənim hökmümə müntəzir olasan, ta hökm sənə çatan tək bilatəxir qoşunu mənə yetirərsən və əgər İrəvan xanı öz övrətini və oğlunu girov versə, İrəvandan bilmərrə qoşunu götürəsən.

      II İrakli. Bu kağız bu gün gərək bir mötəbər qasiddən göndərilə qraf Qudoviçə və bizə lazımdır qoşun tədarükündə olmaq. Tiflisin camaatına xəbər edərsiniz, şəhərin ətrafının möhkəmlənməyi barəsində tədbir etsinlər. Ağa Məhəmməd Tehranda ikən Gürcüstan üstünə gəlmək fikrinə düşəndə mən əhvalatı bilib, knyaz Potyomkinə yazmışdım, imperatriçədən təvəqqe etsin ki, lazım olan vaxt bizə 3000 qoşun köməkliyi etsin. Bu barədə mənim övrətim də imperatriçənin özünə kağız yazıb. İmperatriçə təvəqqemizi qəbul edib, buyurubdur ki, kömək məsələsi barəsində dövlət şurası rəy versin. Dövlət şurası bu növ rəy verib. (Kağızı mizin üstündən götürüb verir katibə.) Oxu!

      Tavad Amilaxvari (oxuyur). 1793-cü ildə may ayının 30-da dövləti-aliyyeyi-Rusiyanın şurası əlahəzrət imperatriçeyi-küll-Rusiyanın fərmanına itaət edib, Gürcüstan padşahı II İraklinin qoşun köməyi istəməyi barəsində məsləhət edib, bu növ qət etdi: İraklinin Rusiya dövlətinin təht-himayəsində olmağına görə və Ağa Məhəmməd xanın günü-gündən güclənib Gürcüstan üstünə yeriməklə Rusiya dövlətinə ziddiyyət göstərməyinə görə, qraf Qudoviçə hökm olunsun ki, Ağa Məhəmməd xanın Gürcüstan üstünə gəlmək məramı yəqin olsa, İrakliyə kömək verməyi vədə etsin.

      II İrakli. İndi, həzərat, iş bu məqamdadır. Düşmən yaxınlaşıb. Necə ki bizim əlimizə keçən kağızdan məlum oldu, payız düşən tək, yəni bir-iki həftədən sonra Tiflisə gələcək. Rusiya dövləti bişəkk kömək göndərəcək. Əlavə, İmeretiya padşahı Solomona mən yazmışam ki, Gürcüstanla onun arasında 1790-cı ildə bağlanan ittifaqnaməyə görə, buraya qoşun göndərsin. Cavabında yazırdı ki, Tavad Zöhrab Sereteli güclü qoşunla rəvanə olub. Bu günlərdə, yaxud bu gün varid olar. Camaata məlum edin, onun istiqbalına çıxıb, artıq hörmət eləsinlər. (Gedir.)

      Tavad Orbeliani (birinci sərkərdə). Heç ürək qısmaq lazım deyil, Allah kərimdir. Qoy Ağa Məhəmməd Tiflisin yaxınlığına gəlsin, görərsən, necə peşman edərlər… Gedim, padşahın əmrinə görə, şəhərdə binagüzarlıq edim. (Gedir.)

      Tavad Muxrani(ikinci sərkərdə). Tiflis camaatı bu saat qızmış şirə dönüb, beş Ağa Məhəmməd xan gələ, qabağına çıxmağa hazırdırlar.

      Tavad Keyxosrov Aveliani (üçüncü sərkərdə). Doğrudur, İranın qoşunu rəşiddir, amma çətini odur ki, bir dəfə oxları daşa toxunsun. O saat görərsən, qayıdıb qaçdılar.

      Tavad Çavçavadze (dördüncü sərkərdə). Şəhərimiz möhkəmdir. İnşallah, biz az da möhkəmləşər və camaatımız da pəhləvandır. Bundan əlavə, ümidvaram ki, padşahın oğlanları hər biri Gürcüstanın igidlərindən min nəfər gətirsin. Şəkk yoxdur ki, İranın qoşununu murü mələxtək64 dağıdacağıq. (Top atılır). Bu nə top səsidir?

      Tavad Muxrani (pəncərədən baxır). Gözlərimiz aydın olsun, dəxi Gürcüstana ölüm yoxdur! Bir gəlin pəncərədən baxın, görün nə görərsiniz. (Sərkərdələr gəlib baxırlar.) İmeretiya qoşunu dünyanı tutub. Qabaqda Zöhrab Sereteli şiri-jiyantək gəlir. Toplar şadlıq topudur!

      Tavad Keyxosrov Aveliani. Bəh, bəh, bəh!.. Afərin belə qoşuna! Afərin bu gözəl oğlanlara. Hər