Ebülfet Medetoğlu

Yüreğimdeki Sensin


Скачать книгу

sevgimi -

      Sən insaf ver, bu qıza

      Yaratdığın mən bəndə529

      Düşüb sağalmaz530 dərdə

      Hərdən bir531 baxıb sən də

      İnsaf göndər bu qıza!

      Ölüm, itim532 haqdı, haqq

      Sayma haqqımı nahaq533

      Məni az yandırıb, yax -

      Qovuşdur tək bu qıza!

***

      Daha «can» söyləmirsən

      «can» sözü acı dadır

      Görünür bu acılıq -

      Dilini acıladır

      Daha təbəssümün də

      Bir az ciddi, ötəri534

      Mənə ayrı nə lazım -

      Bu ölümdən betəri.

      «Can» sözü təbəssümə

      Qarışsa yağ-bal olar

      Qayıt535, canım, özünə -

      Yoxsa cana qor536 dolar.

***

      Mənim ömrüm əmanətdi,

      Bir cümləyə, əmrə bənddi537

      Çoxları çox əməl etdi538

      Sevgimdən döndərmək üçün

      Könlümdən qəmi atdıqca

      Acıya şirin qatdıqca

      Sevindim, şehə539 batdıqca -

      Gül dərib540 göndərmək üçün.

***

      Sən mənə bir eşqin odunu qaytar541

      Həsrətin, sevginin adını qaytar

      Qaytar, mən sevdiyim qadını qaytar -

      Aparma542 özünə, o sən deyilsən!

      Sən mənə bənd olma543, tutaq ki, mən heç

      Görmək istəmirsən – gözünü yum keç!

      Kimi aparırsan?544

      Bax onu bil, seç -

      Aparma özünlə – o sənin deyil!

      Baxıb gözlərimdən yağan yağışa

      Dilimdə alışan bu yalvarışa

      Nə olar, sən onu son kəs

      Bağışla -

      Aparma özünlə – o sənin

      Deyil!

***

      Mən ki, artıq heç kiməm

      Nə mənası anmağın?

      Yanıb, sönmüş bir küləm -

      Gecdi545 külə yanmağın…

      Unudursan zülümlə

      Bu zülümü dilimlə…

      Oynayırsan ölümlə -

      Nə mənası danmağın546

      Nahaq547 könlün dolandı548

      Gözündə su bulandı

      Bəlkə də xoş olardı -

      Məni keçmiş sanmağın!..

***

      Daha yalvarmağa lüzum görmürəm

      Çünki söz urvatdan düşübdü549 artıq

      Axı550 mən həmişə sənə deyirəm -

      Dəryaca yaxınıq, damlaca yadıq551

      Bunu bilmək üçün ürək gərəkdi

      Sən isə ürəyi vermisən mənə

      Bu sevgi havadı, sudu, çörəkdi552 -

      Ona mən torpaq da deyirəm hələ.

      Baxıb buludlarda axtar553 sevgimi

      Qoyma acı çəksin, göz yaşı töksün

      Özünlə göylərə apar sevgimi

      Görüb qarşısında mələklər çöksün

      Mən bəndə554 haqqımı umub tanrıdan

      Dönəcəm büdrədib555 yıxana qədər

      Göndər hər nədirsə səni ağrıdan

      Çəkəcəm lap556 canım çıxana qədər!

***

      Sən bir az dözüm557 ver, bir az da ümid

      Bir az da sevdalı ömür bəxş elə…

      Özün könlümdəsən, özünü unut -

      Adımı bir yerə yazıb nəqş elə558

      Havalı günlərim indi xatirəm

      Qayğılı günlərim başımdan aşır559

      Çətin o günləri geri gətirəm

      Bunu düşündükcə səbrim lap daşır

      Əl boyda560 uşağam561 elə bil562 indi

      Nə yerim yer deyil, nə də göyüm göy

      Bircə ürəyim var – o da sənindi -

      Vermişəm, günahsa, günah üstə döy!

***

      Könlümdəki od onu,

      Yandıracaq, yaxacaq

      Bu qız günəş axtarır -

      Dönüb mənə baxacaq!

      Ulduzların selində

      Mələklərin dilində

      Ürəyimin əlindən

      Göy