gümanlar495
Qalmır artıq ortalıqda
Kiminləsə danışılmış
Nə bir qayda496
Nə bir sərt!
Yer daralır
Mənim üçün
Göy sıxılır497…
Bulud kimi
Dolur ürək
Hey498 sıxılır…
Heç nə gəlmir üzərimə
Hey çıxılır -
Tükənirəm hamı üçün
Yavaş-yavaş quruyuram…
İnanmırsan
Qoy499 and içim
Ürəyimin canı üçün -
Tək boz qurdam -
Sən mələksən
O dərgâhda -
Üzü göyə uluyuram!
Baş ağrısı
Gətirdiyim hər kəs üçün…
Mən zaman adamı ola bilmirəm
İçimdə min cürə500 fikir dolaşır
Hara501 üz tuturam502 özüm cəhənnəm -
Qeybətə, gileyə sözüm bulaşır.
Ayaq üzəngidə, əl yalmandadı503
Qayğısız504 ötməyib505 bircə günüm də!
Mən qabıq qoysam506 da – dil yalmanmadı507 -
Məmur qarşısında, para önündə
Heyrətim dünyanın oyunlarına
Həsədim508 Füzuli sevgisinədi
Baxıb qurdlarına, qoyunlarına
Görürəm kimlərin sevgisi nədi?
Bu dünyanın hər üzü
Xeyir üzü, şər üzü…
Əl dəyməmiş tər509 üzü -
Üzümüzə açılıb
Bəxtin yazı dəftəri,
Qaralayıb səhvləri510
İflasıyla, nəfləri511-
Boynumuzdan asılıb
İlk sətiri, son sözü
Ocaq qoru, can közü
Qismətimizin özü -
Alnımıza yazılıb.
Dünyanın hansı üzündə
Göz yaşı çiçək açmayıb…
Arılar şehli512 çiçəyin -
Ətrinə513 doğru uçmayıb…
Dünyaın hansı üzündə
Acıya şirin514 deyiblər…
Bir şirinin xatirinə515 -
Yüz dənə acı yeyiblər
Dünyanın üzü çoxsaylı516
Gəzsən sirrin bilərsən
Bildiklərinlə birlikdə -
Çətin dünyaya gələrsən…
Atlanıbdı ürəyim,
Neçə519 arzu-diləyim -
Yatır üzü sevgiyə…
Çin olur522 bu yuxum da!
Cismim, hətta ruhum da -
Batır düzü sevgiyə.
İşıq dolu bir həyat
Səndən gəlib bu barat!523
Allah bir dərya yarat -
Batır, bizi sevgiyə!
Gülsən – mən belə bilməzdim,
Heç kəslə bölə bilməzdim
Görmədən ölə bilməzdim -
Ömrümə açılan çiçək!
Gözün dünyaya pəncərə,
Könlün cənnətlik mənzərə
Ömrümü verdim mən sənə -
Ömrümə açılan çiçək.
Tanrım açandan524 bu sirri
Dəyişib qəlbimin yeri
Sənsən mələklərdən biri -
Ömrümə açılan çiçək!
Mən indi525
Ayrılıb insanlardan
Yapışıb xəyallardan
Bağrıma basıb
Yarpaqlardan
Xəzəl526 dilində danışıram
… Ayrıldığım insanlar,
Daldığım xəyallar
Pıçıldaşdığım yarpaqlar
Ömrümün itən -
Bitən gözəl günüdü…
Gözəl dilində danışıram.
Ay527 indi tək qalanlar
Qopub düşən günlərin
Həsrətinə dalanlar
Öyrənin xəzəl dilini
Dünyanın gözəl dilini -
Təklərin anladığı