Ebülfet Medetoğlu

Yüreğimdeki Sensin


Скачать книгу

anıma mənim kimi

      O yana446 -

      Onda billəm447, yaşamalı

      Dünyadı.

***

      Məndən uzaq qaçan yaxşı adamlar

      Qoyun öz tüstümdə448 özüm kor449 olum

      Özüm böyütdüyüm arzularıma -

      Özüm cəllad olum, özüm gor450 olum

      Mən adət etmişəm451 qəfil zərbəyə452

      Hardan453 vurulmağım qorxulu454 deyil

      Ürəyim tuş gəlib455 hər cür456 həmləyə457

      Bilmişəm həmişə458 qorxu bu deyil.

      Məndən uzaq qaçın, məni görməyin

      Təki459 könlünüzdə bir qəm az olsun

      Mənim qış havama siz bürünməyin -

      Sizə yaz460 yaraşır -

      Qismət yaz olsun!

***

      Tuşlanıbdı461 axı niyə bizlərə

      Silah kimi yerin, göyün qəzəbi.

      Bulud kimi enib hopur462 üzlərə

      Bu dünyanın tükənməyən əzabı.

      Qaya çapır463, dağ uçurur titrəyiş

      Sümükləri464 şaqqıldayıb torpağın

      Ayrılıqdan xəbər verir bu yeriş -

      Ömrü payız465 ünvanlıdı yarpağın

      Ziddiyyətlər toqquşduqca kəsişən

      Nöqtələrdə uğurdan466 çox kədər var

      Bir-biriylə həm barışan, küsüşən -

      Bizlərə də yazılmamış qədər var.

***

      Heç dinclik tapa bilmirəm467

      Ürəyim tikan üstədi468

      Ümidim kəfənə idi -

      Onu da tikən istədi

      Həyat dörd divar-qəfəsdi

      Canım quruca469 nəfəsdi

      Olanım470 adi471 həvəsdi -

      Dizimi bükən472 istədi

      Köhnəlib yadım473, yaddaşım474

      Xiffətdi475 əzəl adaşım

      Tay476 sənə necə sataşım -

      Sinəmə çökən istədi.

***

      Qarışıb fikir xəyalım477

      Düşüb qalmışam ortada

      Allahın qəzəbi tuta -

      Məni başdan daş yarada

      Hörüləm divar küncünə478

      Çox da çəkməyəm diqqəti

      Seyr edəm gözün küncünə -

      Həmən o küncdən xilqəti479.

      Bir az xəyalım durula

      Çəkiləm mən bərkə-boşa480

      Bax onda görüb vurula -

      Sevdiyim həmin bu daşa.

***

      Mən heç bir dərddən qaçmıram

      Göndər sevinsin ürəyim

      Dərd boxçasını açmıram-

      Nə var geyinsin ürəyim.

      Onsuz da481 yazım belədi

      Çoxum, həm azım belədi

      Mənim də nazım belədi -

      Dərdlə döyünsün482 ürəyim

      Azalan gözüm işığı

      Sozalan483 közün484 işığı

      Öldür sən özün aşığı -

      Sənə deyinsin485 ürəyim.

***

      Tək sənin adınla bağlıdır artıq

      Ürək çırpıntım da, ruh çırpıntım da

      Biz ki, illər sonra axtarıb486 tapdıq487 -

      Bu dəli sevgini bir pıçıltıda.

      Dilim kösöv488 olub, dodağım çat-çat

      Qollarım hörülüb bir-birinə

      Dolmuş gözlərində dolanda həyat -

      Xəcalət çəkirəm489 dərdin yerinə

      Mən ömür payımı erkən xərclədim490

      Baxmadım gün hardan çıxdı, ya batdı

      Görüşdük, vuruldum, sevgi bəxş etdin

      İndi yaşadığım həmin həyatdı!

***

      Mən hamıya491

      Başağrısı gətirirəm

      Nədənsə son zamanlar

      Sözüm acı,

      Özüm duzsus