boynuma.
Öyrətdiniz siz məni
Yanağa göz yaşı tək,
Kövrəltdiniz278 siz məni -
Tək qoymaqla, gülüm, tək!
Ağır zaman, ağır gün,
Gah şıltaq279, gah fağır280 gün.
Lal281 sular tək282 axır gün -
Şəklimi283 gözünə çək.
Ümidim son yarpaqdır
Son yarpaq – son yar baxdı!
Ürəyim xam284 torpaqdı -
DEYİL
Döz!287 – deyirsən, dözmək olmur
Can şirindi bezmək olmur
Hər çiçəyi üzmək288 olmur -
Üzüb, görürsən o deyil.
Xəyal qurursan dağılır,
Qala qurursan yıxılır.
Ürək gül kimi sıxılır,
Üzüb, görürsən o deyil.
Yerdə yerin bir künc289 olur,
Nə edirsən gülünc olur
Ümidlərin də linc290 olur,
Dözüb291, görürsən o deyil
Ha292 desən də, ta293 bu sondu
Bir də gördün nəsə oldu
Əlində piyalən294 doldu
Süzüb295, görürsən o deyil
Allah yazan296 yazı birdi
Qışı birdi, yazı297 birdi
Sevginin də nazı birdi.
Çözüb, görürsən o deyil.
Hər gün
Metronun üstündə
Siqaret əlimdə
Dərdim könlümdə
Dayanıb
Yerin
Tarazlığını298
Pozuram…
Bəşəri
Cinayətdi299
Ən ağır
Cəzaya da
Hazıram!
Təki300
Gözlədiyimin301
Diqqətini
Çəkə bilim…
Mənə baxıb,
Özünü oda atma
Mənim oda davamlığım302
Dəfələrlə yoxlanılıb…303
Hətta,
Bu barədə304
Zəruri qeydlər305
Tibbi
Anketdə saxlanılıb…
Sənsə, yaxşı fikirləş306
Odla oynama.
Alışıb yanarsan
Qarışarsan mənə…
Zərifsən -
Qıymıram,
Heyfim gəlir307
Sənə!
Mən dərdin oğluyam – dərdin balası308
Fikrimi309 kimlərsə yozdu310 da bəlkə
Səltənət qurmuşam -
Dərddi qalası
Mənim həyatımdı bu kiçik ölkə!
Ondan qaçmamışam, gizlənməmişəm
Qapım, pəncərəm də açıq üzünə.
O məndən, mən ondan gizlənməmişəm
Etibar görmüşəm hər zaman ondan
Yanımdan bir iynə ucu qaçmayıb
Dərdim dərdimi də dərdi tək çəkib
Mənsiz işığa da gözün açmayıb.
Baş-başa qalmışıq ömür nədirsə
Mən onun oğluyam, o mənim balam
Sən də heç çəkinmə – sənə gəldisə
Sat mənə! – Hazıram dərdini alam!
Göyün altda, yerin üstə tək ağac
Mənəm simsar313, gətir sən də ək ağac…
Bacarırsan mən görkəmdə314,
Çək ağac -
Budağından asılmağa
İp olsun…
Eldən kənar315, gözdən uzaq
Söz qərib
Söz bağından hərə bir cür316
Söz dərib317.
Deyəcəyəm, vədə yetib, söz
Gəlib -