qan vurdu
Lap240 o başdan – dan vurdu.
Quru bir oyun qurdu -
Yaşdan çıxartdı məni.
Səmt dəyişdi, taleh, baxt
Çiçək oldu, çiçək baxt!
Dərd özü olub bədbaxt -
Qışdan çıxartdı məni!
İndi sənsizliyimə
Sənli günlərimdən
Danışıram…
Özüm də hiss etmədən
Gizlicə
Həsrətindən soruşuram -
O söz hələ deyilməyib
Bu qor hələ alışmayıb241
Ürək hələ.
Ayrılıqla barışmayıb
Niyə belə244 dəyişmisən,
Niyə belə
Buz olmusan?..
Dil-dil ötən245 ürəyimdə
Söz bulağı246,
Söz çəməni
Niyə belə dəyişmisən
Nədən indi
Danışmayan
Susub-baxan qız olmusan.
Heç nədən249
Özüm-özümdən küsürəm…
Axtarıb səni tapmır -
Pərişan qayıdır üstümə
Bax, onda-250
Gözlərim düşür gözümdən
Gözümdən küsürəm…
Səsim qırılır251 içimdə
Didilir qəm dimdiyimdə252
Yadımdan253 çıxır
Ovcumun içi kimi
Bildiyim də -
Sözümdən küsürəm…
Bir sonsuz xəyala dalıb
Dünyanı çiynimə254 alıb
Gəzirəm üzümə salıb255
Dünyam gör nə günə qalıb
Məndən də dözümsüz256 olub -
Dözümdən257 küsürəm -
Eləcə258 özümdən küsürəm…
Mən bir qəmin adamı,
Gəzmə həmin261 adamı
Qoy gözlərin dolmasın
Həsrəti dərk edincə262
Ruh məni tərk edincə…
Bu qədər bərk263 gedincə -
Olmaz ki, iz qalmasın?!
Gözüm yollar bitirsin
Yollar səni gətirsin…
Məni məndən götürsün -
Səni məndən alınca…
Hər səhər
İçimdəki
Ağrılarla səsləşən
Bir xəbər
Kəsir
Başımın üstün
Hər səhər
Dünəndə
Qaldığını düşündüyüm
Nəsnələr
Yenə qayğıya
Çevrilir
Mənim üçün…
Və hər səhərin
Gəlişinə
Şükür edə-edə
Mən də bir təhər264
Çalışıram
Qarşıdakı
Səhərlərə doğru
Yol getməyə -
İçimdə
Sevinc, qəhər…265
Yerdə yerim qalmayıb
Göy üzü, aç qapını
Dərdlərimin sapını268
Dərdlərim xəstə, qısır
Ümidim əlin qısır269
Allahım baxır, susur -
Üzə-üzə canımı270
Səndən özgə gözümdə
Ürəyimdə, sözümdə
Yox bir kimsə, özüm də -
Halal etdim qanımı.
Ruhum dolanır başına,
Baxmadan ötən271 yaşına
Əgər gəlirsə xoşuna272 -
Sarıl boynuma
Böyüyür səbrimin şişi273,
Burax, gördüyün bu işi -
Sarıl boynuma.
Dərs